Axtarış:
Kafedralar > Daxili xəstəliklər kafedrası
     Ünvan: AZ1014. Füzuli küç., 61. Tel.: 494-50-81.
     Ə.e.x., tib.e.d., prof. Məmmədhəsənov Rafiq Musa oğlu – 1991-ci ildən kafedraya başçılıq edir.
     Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur.
     Kafedra təşkil olunan müddətdən əvvəl Paster adına klinikada, sonralar (1935-1949 illər) Elmi-Tədqiqat ölkə diyar, patologiya institutunda, 1950-ci ildən bu günə kimi 4 saylı klinik xəstəxanasının nəzdində yerləşir.
     Kafedraya 1920-26-cı illər prof. A.M.Levin; 1926-ci il – prof. B.A.Qranstrem; 1927-35-ci illər – prof. A.M.Əliyev; 1935-57-ci illər – prof. K.A.Yeqorov; 1958-70-ci illər – prof. Y.M.Orucov; 1971-90-ci illər – prof. T.Ə.Əliyev rəhbərlik etmişlər.
     Kafedranın elmi problemləri:
     Endokrin fəzlərin patologiyasının öyrənilməsi (şəkərli diabet və onun damar fəsadları, qalxanabənzər vəzin xəstəlikləri).
     Kafedra əməkdaşlarının əsərləri:
     Əliyev T.Ə., Hüseynov İ.A. «Klinik-laborator müayinə metodları» monoqrafiya, (azərb., 1974); Əliyev T.Ə. «Şəkərli diabet» monoqrafiya, (rus, 1974); Əliyev T.Ə., Mirsəlimova T.M. «Elektrokardioqrafiya» dərslik, (rus, 1978); Əliyev T.Ə., Hüseynov İ.A. «Biokimyəvi müayinə metodları» monoqrafiya, (azərb., 1979); Əliyev .Ə., Abdullayev Ə.M. «Şəkərli diabet haqqında» monoqrafiya, (azərb., 1980); Əliyev T.Ə., Ələkbərov M.A. «Prediabet» monoqrafiya, (rus, 1982); Əliyev T.Ə. «Şəkərli diabet və insulinorezistentlik» dərs vəsaiti, (rus, 1982); Əliyev T.Ə. «Kəskin miokard infarktı (klinika, diaqnostika və müalicə prinsipləri)» dərs vəsaiti, (rus, 1982); Əliyev T.Ə., Oqanov R.E. «ÜİX və karbohidrat mübadiləsinin pozulması» monoqrafiya, (rus, 1983); Əliyev T.Ə., Yleser M.Q. «Şəkərli diabetdə qan dövranı pozulması» monoqrafiya, (rus, 1985); Əliyev T.Ə., Mirzə-zadə A.A. «Endokrinologiya» dərslik, (azərb., 1987); Məmmədhəsənov R.M. «Şəkərli diabetli xəstələrdə aşağı ətrafların angiopatiyasının patofizioloji m"exanizmləri» monoqrafiya, (rus, 1994); Məmmədhəsənov R.M., Nəsibov Ə.İ., Baxşıyev Ş.H. «Terapevtik klinikada xəstənin müayinəsi və bir sıra daxili xəstəliklər zamanı təxirəsalınmaz yardım» dərs vəsaiti, (azərb., 2000); Nəsibov Ə.İ., Baxşıyev Ş.H., Hacıyev A.B. «Elektrokardioqrafiya və laborator müayinə üsulları» monoqrafiya, (azərb., 2001); Nəsibov Ə.İ., Baxşıyev Ş.H., Hacıyev A.B. «Kardioloji xəstələrin EKQ diaqnostikası» monoqrafiya, (azərb., 2003); Məmmədhəsənov R.M., Mehdiyev T.A. «Şəkərli diabetin fəsadları» monoqrafiya, (azərb., 2003); Məmmədhəsənov R.M. «Daxili xəstəliklər» dərslik, (azərb., 2003); Məmmədhəsənov R.M. «Daxili xəstəliklər» dərslik, (azərb., 2004); Məhərrəmov M.M. «Revmatoid artrit» monoqrafiya, (azərb., 2004); Məmmədhəsənov R.M. «Şəkərli diabet» monoqrafiya, (azərb., 2005); Məmmədhəsənov R.M. «Endokrinologiya» dərslik, (azərb., 2006);
     Bu gün kafedrada 30 əməkdaş çalışır.
     1 dövlət mükafatı laureatı
     2 əməkdar elm xadimi
     8 tibb elmləri doktoru
     50 tibb elmləri namizədi
     1 əməkdar tibb işçisi
     1 əməkdar həkim
     Kafedrada 10 doktorluq, 69 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     Kafedrada 1552 məqalə çap edilib.
     Kafedrada müxtəlif xəstəliklərin endokrin patologiyası ilə müştərək diaqnostikası ənənəvi üsul ilə yanaşı ekstrakorporal müalicə üsulu olan plazmaferezin tətbiqi xüsusi bir fəaliyyət hesab edilə bilər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |