Axtarış:
Kafedralar > Burun, boğaz və qulaq xəstəlikləri kafedrası
     Ünvan: AZ0014 Bakı, Fizuli küçəsi, 61 tel.495-83-74. Kafedra F.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının Qulaq, burun və boğaz xəstəlikləri şöbəsi bazasında yerləşir.
     Kafedranın müdiri - Tibb Elmləri Doktoru Talışınskiy Əzizağa Mehdi oğlu (1995-ci ildən).
     Kafedranın əsası 1925-ci ildə qoyulmuşdur. İlk kafedra müdiri prof. I.I.Lukov olmuşdur (1925-1940).
     Sonrakı illərdə kafedraya A.O.Şıxlinski (1940-1970), O.M.Hüseynov (1970-1982), Z.R.Cəfərov (1982-1995) rəhbərlik etmişlər. 1995-ci ildən kafedranın müdiri Ə.M. Talışınskidir.
     Kafedranın elmi problemi: yuxarı tənəffüs yollarının və qulağın iltihabı xəstəliklərinin və onların fəsadlarının patogenezi, diaqnostikası və müalicəsi aspektləri.
     Prof. Ə.M.Talışınskinin «Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis» dərs vəsaiti (1997) yazılıb çap edilmişdir. Kafedrada 4 doktorluq və 15 namizədlik dissertasiyası müdafiə edilmişdir. 400-dən artıq elmi iş (məqalə) çap edilmişdir.
     Kafedrada 2 pofessor, 2 dosent, 12 assistent, 5 həkim laborant işləyir.
     1) Talışınskiy Əzizağa Mehdi oğlu. Tibb Elmləri Doktoru, professor, Respublika Otorinolarinqoloqlar Cəmiyyətinin Sədri. Azərbaycan Tibb Universitetinin «Qulaq, burun və boğaz xəstəlikləri kafedrası»nın müdiri. Beynəlxalq Otorinolarinqoloqlar (IFOS) və Avropa Rinoloji Cəmiyyətinin (ERŞ) üzvü. ABŞ, Türkiyə, Almaniya, İsveçrə, İran, Yunanıstan, Fransa, Rusiya, Koreya, Avstraliya, İtaliya, Misir və digər ölkələrdə çağırılan beynəlxalq otorinolarinqoloji və Rinoloji konqreslərdə iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
     2) Cəfərov Zeynal Rza oğlu. Kafedranın professoru, Tibb Elmləri Doktoru
     3) Xudiyev Azər Manaf oğlu . Kafedranın dosenti, Tibb Elmləri Doktoru
     4) Cəlilov Cabbar Səttar oğlu. Tibb Elmləri Namizədi, dosent əvəzi
     5) Talışınskiy Rəşad Şəmsəddin oğlu. Tibb Elmləri Namizədi, assistent
     6) Quvalov Şakir İslam oğlu. Tibb Elmləri Namizədi, assistent
     7) Qasımov Cahangir Lətif oğlu. Tibb Elmləri Namizədi, assistent
     8) Qasımov Ayaz Vəli oğlu. Tibb Elmləri Namizədi, assistent
     9) Əliyev Elşad Yusif oğlu. assistent
     10) Hüseynova Mənsurə Əli qızı. assistent
     11) Əliyeva Zümrüd Sayad qızı. assistent
     12) Şıxlinski Nazim Abdulla oğlu. assistent
     13) Kazımova Məhvəş Əziz qızı. assistent
     14) İbrahimova Narınc Mətləb qızı. assistent
     15) Əzizov Aydın Əziz oğlu. assistent
     Bundan əlavə kafedrada 5 həkim laborant, 1 laborant və 1 preporator işləyir. Hazırda 2 aspirant və 2 klinik ordinator var.
     Kafedrada 3 doktorluq və 15 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
     Kafedra əməkdaşları tərəfindən 447 məqalə çap edilmişdir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |