Axtarış:
Kafedralar > Bioloji kimya kafedrası
     Ünvan: AZ1078, Bakı, Mərdanov qardaşları küçəsi, 98. Tel.: 495-39-54, 495-39-53
     1987-ci ildən kafedraya biologiya elmləri doktoru, professor Arif Mustafa oğlu Əfəndiyev rəhbərlik edir.
     Kafedranın əsası 1921-ci ildə Bakı Dövlət Universiteti Tibb fakültəsinin nəzdində qoyulmuşdur. 1930-cu ildən indiyə qədər kafedra həmin fakültə əsasında təşkil edilmiş Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) nəzdində fəaliyyət göstərir.
     Kafedraya 1921-1932-ci illərdə tibb elmləri doktoru, professor V.D.Malenyuk, 1932-1937-ci illərdə professor H.İ.Səfərov, 1937-1972-ci illərdə Azərbaycan SSR-in əməkdar həkimi, əməkdar elm xadimi, Azərb. EA-nın müxbir üzvü, professor Ə.S.Həsənov, 1972-1981-ci illərdə Azərbaycan SSR-in əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor N.A.Rzayev, 1981-1984-cü illərdə biologiya elmləri doktoru, professor A.M.Əfəndiyev rəhbərlik etmişdir. 1984-1987-ci illərdə kafedra bioüzvi kimya kafedrası ilə birləşmiş şəkildə fəaliyyət göstərmiş və ona Azərbaycan EA-nın müxbir üzvü, professor R.A.Babaxanov rəhbərlik etmişdir. 1987-ci ildə yenidən müstəqil fəaliyyətə başlayan biokimya kafedrasının müdiri vəzifəsinə biologiya elmləri doktoru, professor A.M.Əfəndiyev seçilmişdir.
     Kafedrada aparılan elmi işlər respublikanın kurort amillərinin və bir sıra vitaminlərin müalicəvi tə’sirinin biokimyəvi mexanizmlərinin öyrənilməsinə, maddələr mübadiləsinin yaşla əlaqədar olan dəyişikliklərinin aydınlaşdırılmasına, toksik mənşəli hepatozlar, irsi qan xəstəlikləri, xronik böyrək çatışmazlığı və osteoporozun patobiokimyəvi mexanizmlərinin müəyyənləşdirilməsinə həsr edilmişdir.
     85-illik fəaliyyəti dövründə kafedra əməkdaşlarının 10 monoqrafiyası, 6 dərsliyi, 4 dərs vəsaiti, 40-dan artıq tədris-metodik vəsaiti çap edilmişdir.
     1. Fizioloji kimya –A.S.Həsənov, Bakı, Azərnəşr, 1933 (Azərbaycan dilində).
     2. Karatonaftalan – A.S.Həsənov, Bakı, Azərnəşr, 1947 (Azərbaycan dilində).
     3. Витамины и здоровье – А.С.Гасанов, Москва, Издательство «Знание», 1959 (Rus dilində)
     4. Bioloji kimya – A.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev, Bakı, «Maarif», 1974; 1989 (Azərbaycan dilində).
     5. «Bioloji kimyadan laboratoriya məşğələlərinə rəhbərlik» - A.M.Əfəndiyev, F.Q. İslamzadə, A.N.Qarayev. Bakı, «Təbib», 1991; 1999 (Azərbaycan dilində).
     6. Руководство к практическим занятиям по биологической химии – А.М. Эфендиев, С.А.Джавадов, З.А.Бехбудова. Баку, «Табиб», 1999 (Rus dilində)
     7. İnsan biokimyasının əsasları (4-cilddə) – A.M.Əfəndiyev, F.Q.İslamzadə, F.İ.İslamzadə. Bakı, «Şirvannəşr», 2001-2002-ci illər (Azərbaycan dilində).
     8. Patoloji fiziologiya - F.İ.İslamzadə (Y.C.Məmmədovun və Z.Y.Təqdisinin həmmüəllifiliyi ilə). Bakı, «Maarif», 1989; 2004 (Azərbaycan dilində).
     9. Endokrin sistemin patobiokimyası - F.Q.İslamzadə, F.İ.İslamzadə. Bakı, «Təbib», 1999 (Azərbaycan dilində).
     10. Azərbaycan Tibb Universiteti – F.İ.İslamzadə (Ə.T.Əmiraslanovun həmmüəllifliyi ilə). Bakı, «Təbib», 2000 (Azərbaycan dilində).
     11. Bioloji kimyadan laboratoriya məşğələləri - A.M.Əfəndiyev, F.Q.İslamzadə, A.N.Qarayev,A.Ə.Eyyubova, Bakı, 2004 (Azərbaycan dilində).
     12. Qanın klinik biokimyası - A.M.Əfəndiyev, A.Ə.Eyybova, A.N.Qarayev. Bakı, «Müəllim» nəşriyyatı, 2006, (Azərbaycan dilində).
     Kafedranın professor-müəllim hey'əti 35 nəfərdən ibarətdir. Onlardan 1 nəfər biologiya elmləri doktoru, professor, 1 nəfər tibb elmləri doktoru, professor, 22 nəfər biologiya elmləri namizədi (o cümlədən 6 nəfər dosent) və 3 nəfər tibb elmləri namizədidir (tibb elmləri namizədlərindən 2 nəfərin dosent elmi adı vardır). 85 il ərzində kafedra əməkdaşlarının 700-dən artıq elmi məqaləsi çap edilmişdir.
     Kafedranın müdiri, biologiya elmləri doktoru, professor A.M.Əfəndiyev 2000-ci ildə Avropa Biokimya Cəmiyyətləri Federasiyasının yeni yaradılmış biokimyanın tədrisi komissiyasına MDB ölkələrinin yeganə nümayəndəsi seçilmişdir. O, Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyası Azərbaycan bölməsinin idarə hey’ətinin üzvüdür. Kafedranın dosenti F.İ.İslamzadə eyni zamanda «Azərbaycan Tibb Jurnalı»nın baş redaktor müavini vəzifəsində işləyir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |