Axtarış:
Kafedralar > Biofiziki və bioüzvü kimya kafedrası
     Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç, 98. Tel.: 495-39-52; 495-49-75
     Kafedra müdiri – Kimya elmləri doktoru, professor Tağıyev Dilqəm Bəbir oğlu (1994-cü ildən kafedraya rəhbərlik edir).
     Kafedranın əsası 1933-cü ildə Tibb institutunun ümumi kimya kafedrasından ayrılan üzvi kimya kafedrasının müstəqil fəaliyyətə keçməsi nəticəsində qoyulmuşdur. 1984-cü ildə üzvi kimya və bioloji kimya kafedraları birləşdirilərək «Bioüzvi və bioloji kimya» kafedrası, 1987-ci ildən isə «Ümumi və bioüzvi kimya» kafedrası adı altında fəaliyyət göstərmişdir. Tədris sahəsində aparılan islahatlar, dərs proqramının daha da təkmilləşdirilməsi və tibbi yönümlülüyün artırılması ilə əlaqədar olaraq kafedraya 1995-ci ildə «Biofiziki və bioüzvi kimya» kafedrası adı verilmişdir.
     Kafedranın yarandıgı ilk dövrdə ona dos. S.M.Əliyev, sonralar Azərbaycan EA-nın müxbir üzvü M.M.Mövsum-zadə (1959-cu ilə qədər), dos.Q.M.Əbilov (1959-1962), dos. S.N.Quluzadə (1962-1964), dos.S.X.Dzosoti (1965-1969). Azərbaycan EA-nın müxbir üzvü R.Ə.Babaxanov (1969-1992), prof.F.Ə.Quliyev (1992-1994). 1994-cü ildən isə prof. D.B.Tağıyev rəhbərlik edir.
     Kafedrada elmi tədqiqat işləri bir neçə istiqamətdə, o cümlədən, sedativ və antibakterial təsirə malik olan bioloji fəal üzvi birləşmələrin, radioprotektor xassəsinə malik olan bir və çox nüvəli platin və palladium komplekslərin sintezi və tədqiqi; seolit katalizatorları üzərində spirtlərin daha qiymətli maddələrə çevrilməsinin qanunauyğunluqlarının öyrənilməsi; yarımkeçirici elektrodların modifikasiyası və suyun fotoelektrokimyəvi parçalanmasında aktivliliyin tədqiqi və s. istiqamətlərdə aparılır.
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     - Biofiziki kimya (D.B.Tağıyev), azərbaycan dilində, 1998.
     - Fiziki və kolloid kimya praktikumu (D.B.Tağıyev), azərbaycan dilində, 2001.
     - Catalytic utilization of low molecular alkanes (S.I.Abasov, S.V.Agayeva, D.B.Tagiyev). Catalysis in Application, Cambridge, UK, 2003, p.302-307.
     - Hydrothermal synthesis of zeolite-like iron and zinc phosphates and its application in the methanol conversion (D.B.Tagiyev, A.M.Aliyev, N.D.Mamedov, S.S.Fatullayeva). 2004, v.154 A, p.1049-1056.
     - Carbonaceous deposits on the surface of CaO/SiO2 as active catalysts for the oxidative dehydrogenation of ethylbenzene (D.B.Tagiyev, G.O.Gasimov, M.I.Rustamov). Catal. Today, 2005, v.102-103, p.197-202.
     Kafedrada 15 nəfərlik professor- müəllim və 10 nəfərlik laborant–preparator heyəti, o cümlədən, 3 elmlər doktoru və 12 elmlər namizədi fəaliyyət göstərir.
     Kafedra əməkdaşlarından 7 nəfər namizədlik dissertasiyası müdafiyə etmişdir.
     2001-2005-ci illərdə kafedranın əməkdaşları 100-dən çox elmi iş çap etdirmişlər. (cəmi 700-ə yaxın).
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |