Axtarış:
Kafedralar > Bədən tərbiyəsi, MBT və HN kursu kafedrası
     Ünvan: Səməd Vurğun küç., bina 83
     Kafedranın müdiri, 1969-cu ildən p.e.n., prof. Kamal Əkbər oğlu Kəbirlinskidir.
     1931-ci ildə əmək gigiyenası kafedrasının nəzdində bədən tərbiyəsi kursu yaradılıb. 1933-1934-cü tədris ilində müstəqil bədən tərbiyəsi və həkim nəzarəti kafedrasına çevrilib. 1940-cı ildə bədən tərbiyəsi kafedrası hərbi kafedra ilə birləşdirilib. 1950-1951-ci tədris ilində yenidən müstəqil bədən tərbiyəsi, həkim nəzarəti və müalicə bədən tərbiyəsi kafedrası yaradılıb. Müxtəlif kafedraların əməkdaşları və tələbələri arasında idman işlərinin təşkili sahəsində ictimai orqan olan İdman Klubu 1952-ci ildə yaradılıb.
     1969-cu ildə kafedra iki müstəqil kafedraya bölünüb:
     1. Bədən tərbiyəsi və idman;
     2. Həkim nəzarəti və müalicə bədən tərbiyəsi kafedraları.
     2004-cü tədris ilindən rektorun əmri ilə kafedra Bədən tərbiyəsi və idman, MBT və HN kursu ilə adlandırılır.
     1931-1950-ci illərdə dos.S.Q.Əliyev, 1951-1954-cü illərdə prof-lar P.V.Blişenko, B.B.Muradov və A.İ.Buqayev, 1954-1969-cu illərdə t.e.n., Respublikanın əməkdar həkimi K.M.Axundov rəhbərlik etmişlər. 1969-cu ildən başlayaraq kafedraya p.e.n., prof.K.Ə.Kəbirlinski rəhbərlik edir.
     Universitetin ümumi elmi-tədqiqat işlərinin planına uyğun olaraq, hər beş ildən bir kafedraya konkret istiqamətdə, elmi-tədqiqat işi planlaşdırılır. Əsas problem «ATU-nun tələbələri ilə keçilən bədən tərbiyəsi dərslərinin optimal metodlarının təkmilləşdirilməsi» olmaqla yanaşı, təhsil aldığı dövrdə onların fiziki inkişafına, gündəlik hərəki rejiminə və peşə fəaliyyətinə uyğun fıziki hazırlıq səviyyəsini yaxşılaşdırmaqdır. İdmanın növlərindən asılı olaraq müəllimlər kafedranın elmi istiqamətinə uyğun olaraq fıziki tərbiyənin müəyyən problemlərinə aid mövzular seçir və elmi-metodik araşdırmalar aparırlar.
     Bu dövrdə 2 kitab yazılıb və çap edilib.
     1. K.Ə.Kəbirlinski. «Həndbol idman növü üzrə Ali məktəblər üçün tədris vəsaiti» (azərbaycan dilində) Bakı, 1982.
     2. M.İ.Hüseynov. «Atletizm idmanı, hərtərəfli fiziki inkişafın əsasıdır» (azərbaycan dilində tədris vəsaiti) Bakı, 1995.
     Bunlardan əlavə kafedra müəllimləri tərəfindən 35 metodik tövsiyə çap edilmişdir.
     Hal-hazırda kafedrada 26 müəllim çalışır. Onlardan:
     1. Kamal Əkbər oğlu Kəbirlinski - kafedranın professoru, p.e.n. və Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi -kafedra müdiri.
     2. Mirzə İbrahim oğlu Hüseynov - kafedranın dosenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim və Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi - İdman ustası.
     3. Zakir Əkbər oğlu Məmmədov - kafedranın dosenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim və Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi - İdman ustası.
     4. Adil Kamal oğlu Dadaşov - Azərbaycan Respublikasnın Əməkdar məşqçisi - baş müəllim - İdman ustası.
     5. Akif İsaməddin oğlu Qədimov - Azərbaycan Respublikasının Əməkdar məşqçisi - müəllim - İdman ustası.
     6. Dəmirova Gülsümxanım Abdulla qızı - Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi - baş müəllim.
     7. Firuzə Amanulla qızı Kasumova - Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi - baş müəllim - İdman ustası.
     8. Sergey Vasilyeviç Titoves - Azərbaycan Respublikasmm Fəxri Bədən Tərbiyəsi və İdman işçisi - müəllim - İdman ustası.
     9. Qurban Məmmədsadıq oğlu Cəbrayılov - Beynəlxalq dərəcəli hakim -müəllim.
     Qalan müəllimbrdən 6 nəfəri baş müəllim, 11 nəfəri isə adi müəllimdir. Onlardan 3 nəfəri öz idman növündə idman ustasıdır. Bundan əlavə kafedrada 2 nəfər baş laborant işləyir.
     Kafedra əməkdaşları arasında doktorluq dissertasiyası müdafiə edən olmayıb. Elmlər namizədi adını 3 müəllim müdafiə edib.
     K.M.Axundov - tibb elmlər namizədi - 1967-ci il.
     K.Ə.Kəbirlinski - pedaqoji elmlər namizədi - 1968-ci il.
     E.E.Kuşnikov - pedaqoji elmbr namizədi - 1986-cı il.
     Kafedranın tarixi boyu 380-dan çox bədən tərbiyəsi və idmana həsr olunmuş məqalələr yazılıb və müxtəlif jurnallarda çap olunub.
     1931-1940-cı illərdə tələbələrin ümumi fiziki hazırlığı ilə bərabər onların vətənpərvərlik ruhunda hazırlanmasına daha çox fıkir verilirdi.
     1941-1945-ci illərdə müharibə ilə əlaqədar olaraq və hərbi kafedranın nəzdində olduğuna görə, kafedranın tədris planında tələbələrin fiziki hazırlığı ilə yanaşı xüsusi hərbi hazırlıq üstünlük edib.
     1946-1952-ci illərdə kafedrada işləyən müəllimlərin əksəriyyəti həkim olduğuna görə təlim-tədris planları əsasən tələbələrin müalicə bədən tərbiyəsi yönümündə hazırlanması olmuşdur.
     1952-1969-cu illərdə kafedrada İdman Klubunun yaranması ilə əlaqədar olaraq idman işləri bir xeyli fəallaşıb. İdmanın müxtəlif növləri üzrə tələbələr yarışlarda iştirak etməyə başlayıb.
     1969-1983-cü ilə qədər olan dövrdə kafedranın ayrıca idman kompleksi olmadığına baxmayaraq tələbələr Ali məktəblər arasında keçirilən Spartakiadalarda müntəzəm çıxış etmişlər.
     1984-cü ildə öz quruluşuna görə nadir idman kompleksinin istifadəyə verilməsi, institutda kütləvi-idman işlərinin inkişafına böyük təkan verdi. Kompleksdə 10 ixtisaslaşmış idman zalı, bir yüngül atletika maneji və 25 metrlik üzgüçülük hovuzu var.
     1991-ci illərə qədər institutun müxtəlif növləri üzrə yığma komandaları Kaunas, Minsk, Moskva, Aşqabad, Lvov və başqa şəhərlərdə dəfələrlə yoldaşlıq görüşlərində iştirak etmiş və bio çoxunda qalib gəlmişlər. Bu dövrdə voleybolçu və hənbolçular ADR-m Berlin şəhərində Qumbold adına Universitetin tibb fakültəsinin idmançıları ilə beynəlxalq yoldaşlıq görüşləri keçirmişlər.
     Əgər əvvəlki illərdə bizim idmançılar Bakı və Azərbaycan çempionları olurdularsa 1995-ci ildən isə Avropa və Dünya birinciliklərində fərqlənməyə başladılar. Məsələn, 1996-cı ildə kikboksinq üzrə Dünya birinciliyində Ceyhun Şadlinski bürünc medal qazanmış, həmin ildə uşu-sando üzrə Canpolad Budaqov Avropa çempionu, 1999-cu ildə isə Qonkonqda (KXR), keçirilən yarışda Dünya çempionu olmuşdur.
     Tələbəmiz İ.Annenko Respublikanm həndbol üzrə yığma komandasının tərkibində 1996-cı ildə Kopenhaqen şəhərində keçirilən avropa birinciliyində iştirak edib. O, hal-hazırda da Respublikanın həndbol üzrə aparıcı komandası olan ABU-idman klubunda fəal idmançıdır.
     Voleybolçulardan Dadaşeva Aybəniz və Mehtiyeva Xatirə 1997-ci ildə İranda keçirilən İslam oyunlarında «Gənclik» yığma komandanın tərkibində II yeri tutublar.
     1998-ci ildə Tehranda (İran) keçirilən növbəti İslam oyunlarıda tələbəmiz Alisa Xaliyeva üzgüçülük üzrə mxtəlif məsafələrdə 5 qızıl medal qazanmış və Respublikanın yığma komandasının tərkibində 2000-ci Sidneydə (Avstraliya) keçirilən XXVII Olimpiya oyunlarında iştirak etmişdir.
     Bu dövrdə şahmat üzrə Parij, Madrid, Varşava və Afma şəhərlərində keçirilən beynəlxalq yarışlarda Rüfət Bağırov və Kəmalə Qurbanova dəfələrlə qalib gəlmiş və mükafat alan yerlər tutmuşlar.
     Ümumiyyətlə 1991-2005-ci illərdə müxtəlif idman növləri üzrə ATU-nun yığma komandaları Ali məktələr arasında keçirilən Spartakiadalarda 10 dəfə Ümümkomanda birinciliyində qalib gəlmiş və hər iki ildən bir keçirilən Universiadalarda 7 dəfə qalib olaraq Super Kubok qazanmışlar.
     2004-2005-ci tədris ilində «Gənclik» tələbə idman klubunım voleybol üzrə yığma komandasının tərkibində çıxış edən tələbələrimiz Musayeva Maya, Əkbərova Nigar və Seyidova Nərgiz yüksək liqada keçirilən Azərbaycan birinciliyində III yeri tutublar. Hal-hazırda başqa bir tələbəmiz Tağıyeva Təranə gənc voleybolçulardan ibarət olan Azərbaycanın yığma komandasının üzvüdür.
     1931-ci ildən bu ilə qədər bədən tərbiyəsi kafedrası tərəfindən 115 idman ustası və 1000-dən çox kütləvi-idman dərəcəlilər hazırlanmışdır.
     Kafedra əməkdaşları 20 növ idmanın təkmilləşdirmə bölmələrini təşkil edib və müntəzəm olaraq məşq prosesi keçirlər.
     İdman Klubu tərəfindən professor-müəlim heyəti və yataqxanalarda yaşayan tələbələrlə böyük idman-sağlamlıq işləri aparırlar. Müntəzəm olaraq idmanm 7-8 növü üzrə Universitetin fakültələrarası Spartakiadaları keçirirlər. Universitetdə oxuyan tələbəbrlə məşq keçmək üçün kafedra tərəfindən xüsusi müəllimlər ayrılıb.
     Universitetin rəhbərliyi tərəfindən tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsində kafedraya böyük köməklik göstərilir. Professor-müəllim heyətinin və tələbə-idmançıların müəyyən bir qisminin yayda aktiv istirahətinin təşkil etmək məqsədiylə, sağlamlaşdırma planına və idman işlərinə uyğun olaraq, Xudatda dəniz kənarmda yerləşən Nabran qəsəbəsində idman-sağlamlıq düşərgəsi yaradılıb.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |