
Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 101, 5 saylı tədris binası, 996-cı kvartal, tel. 495-39-68
F.e.d. professor Səyyarə Mollazadə Məmməd qızı 1969-cu ilin may ayından hal-hazıra qədər kafedraya rəhbərlik edir.
Kafedranın əsası 1919-cu ildə qoyulmuşdur. Universitetimizdə ilkin tədris olunan fənlərdən biri türk (Azərbaycan) dili olmuşdur. Belə ki, Bakı Dövlət Universiteti təsis olunarkən (1919) təhsil rus dilində aparıldığından dövlət dili olan türk (Azərbaycan) dili öyrədilirdi. Bu ondan irəli gəlirdi ki, universitetin hazırladığı kadrlar Azərbaycan respublikasının əsas əhalisinə - azərbaycanlılara xidmət göstərməli idilər. Sonralar universitetin türk (Azərbaycan) və rus bölmələri mövcud olanda Azərbaycan bölməsində rus, rus bölməsində isə türk (Azərbaycan) dili keçilirdi. İlk illərdə türk (Azərbaycan) dili 10 semestrdə tədris edilirdi. Bu illərdə onun tədrisi ilə yazıçı-dramaturq Ə.Haqverdiyev, dövrünün görkəmli ziyalıları Qədim bəy Şaxtaxtinski, Qulamrza Qasımbəyli məşğul olurdular.
1930-cu ildə müstəqil Tibb İnstitutu təşkil olunanda ayrıca dillər kafedrası yaradıldı ki, onun da tərkibində Azərbaycan dili müəllimləri mühüm yer tuturdular. O zaman kafedraya Azərbaycan dili müəlliminin - Qədim bəy Şaxtaxtinskinin rəhbər təyin olunması da ana dilimizə göstərilən qayğının nəticəsi idi.
1932-ci ildə kafedraya dosent Qulamrza Cəfər oğlu Qasımbəyli müdir təyin edilir. O, bu vəzifədə 1937-ci ilə qədər çalışır. Həmin il dillər kafedrasına A.Zeynallı, 1938-ci ildən B.Ağayev rəhbərlik etməyə başlayır. 1939-cu ildən isə kafedraya hər dilin tədrisinə bir məsul müəllim təyin olunur.
1937/1938-ci tədris ilindən başlayaraq Azərbaycan dilinin tədrisinə ayrılan vaxt kəskin surətdə azaldılır - əvvəlki 10 semestrə qarşı tədris 4 semestrdə yerinə yetirilir. 1943/1944-cü tədris ilində müstəqil Azərbaycan dili kafedrası yaradılır və hal-hazıra kimi fəaliyyət göstərir.
Azərbaycan dili kafedrasına 1943-1946-cı illərdə Qulamrza Qasımbəyli; 1946-1958 Nurməmməd Şahsuvarov; 1958- 1964-cü illərdə Həsən Atakişiyev; 1964-1968-ci illərdə Məmməd Qasımov rəhbərlik etmişdir, 1969-cu ildən hal-hazıra qədər kafedraya f.e.d., professor Səyyarə Məmməd qızı Mollazadə rəhbərlik edir.
Azərbaycan dilinin ikinci dil kimi təlimi (qeyri-Azərbaycan qruplarında, əsasən də rus qruplarında) problemləri.
Kafedra əməkdaşlarının əsərləri:
Mollazadə S.M “Azərbaycan dilində coğrafi adlar.” B., 1973, "Elm" nəşriyyatı; “Azərbaycan dilində coğrafi adlar necə yaranmışdır?” B., 1974, "Elm" nəşriyyatı; “Azərbaycan rayonlarının bəzi toponimləri.” B., 1978, "Elm" nəşriyyatı; “Топонимы северных районов Азербайджана.” Баку, 1978,"Маариф"; “Azərbaycan toponimiyası.” B., 1985, "Elm" nəşriyyatı; “Azərbaycan toponimləri. Ensiklopedik lüğət.” B., 1999, "Az.ensiklopediyası"; “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Əczaçılıq fakültəsinin tələbələri üçün metodik vəsait) B., 2002, ATU; “Rus qruplarında Azərbaycan dili dərsləri” (Pediatriya fakültəsinin tələbələri üçün metodik vəsait) B., 2004, "Təknur", “Azərbaycan dili fənnindən proqram.” B., 2005, ATU; Miriyev A.F. “Azərbaycan dilinin orfoepiya sözlüyü.” B., 1982, "Elm"; “Rus qruplarında Azərbaycan dili dərsləri” (Pediatriya fakültəsi üçün metodikm vəsait) B., 1993, "Təbib"; “Azərbaycan dili fənnindən proqram.” B., 2005, ATU; Avılova Z.İ. “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Müalicə-profilaktika faklütəsinin tələbələri üçün metodik vəsait). B., 2000, ATU; Hüseynova M.S. “Rus qruplarında Azərbaycan dili dərsləri” (Əczaçılıq fakültəsi üçün metodik vəsait) B., 1994, "Təbib" nəşriyyatı; “Rus qruplarında Azərbaycan dili dərsləri” ( Tərcümə dərslərinin təşkili prinsipləri. Metodik vəsait) B., 1994, "Təbib"; Rus qruplarında Azərbaycan dili dərsləri (Əczaçılıq fakültəsi üçün metodik vəsait) B., 2002, "Təbib"; Ağayeva İ.S. “Bədii və elmi üslub.” B., 1988, "Maarif"; “Azərbaycan dilinin üslubiyyatı (elmi, rəsmi və epistolyar üslublar).” B, 1999, "Elm" , müştərək; “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Pediatriya fakültəsi üçün metodik vəsait) B., 1993, ATU , müştərək; Məhərrəmova X.İ. “Bədii ədəbiyyatda oronimlər.” B., 2004, "Çıraq"; “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Əczaçılıq fakültəsi üçün metodik vəsait) B., 2002, ATU, müştərək; Quliyeva E.A. “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Əczaçılıq fakültəsi üçün metodik vəsait) B., 1994, "Təbib"; “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Müalicə-profilaktika fakültəsi üçün metodik vəsait), müştərək, Bakı, 2000, ATU; Rəhimova D.M. “Müasir fars dilində Azərbaycan-türk mənşəli sözlər.” B., 1996, "Çənlibel" nəşr.; “Müasir fars dilində Azərbaycan-türk mənşəli sözlər. İran, Təbriz, 2003, fars dilində; “Rus qruplarında Azərbaycan dili dərsləri.” (Pediatriya fakültəsi üçün metodik vəsait) B., 2004, "Təknur", müştərək; Vəliyeva İ.İ. “Rus qruplarında Azərbaycan dili dərsləri” (Pediatriya fakültəsi üçün metodik vəsait). B., 2004, "Təknur", müştərək; Babayeva R.H. “Rus qruplarında Azərbaycan dili dərsləri” (Tərcümə dərslərinin təşkili prinsipləri metodik vəsait) müştərək, B.1994, ATU; Pənahova F.T. “Rus qruplarında Azərbaycan dili dərsləri.” (metodik vəsait), müştərək. B., 2002, ATU; Yusubova A.T. “Mərdini unutmaz Vətən ( müştərək)”. B., 2004, "Nurlan" nəşriyyatı; Nağıyeva D.Ə. “Rus qrupalrında Azərbaycan dili dərsləri.” (Pediatriya fakültəsi üçün metodik vəsait) Müştərək. B., 2004, "Təknur".
Kafedra əməkdaşları:
1. Mollazadə Məmməd qızı f.e.d prof., kaf. müd.
2. Miriyev Akif Fərman oğlu f.e.n dos., t/h müd.
3. Avılova Zərifəİsmayıl qızı f.e.n. dos.
4. Ağayeva İsmət Seyfulla qızı f.e.n. dos.
5. Hüseynova Məfkurə Salam f.e.n. dos.
6. Mehdiyeva Təhminə Mehdi f.e.n. dos.
7. Məhərrəmova Xuraman İbniyəmin f.e.n., dos.
8. Quluyeva Esmira Allahverdi q. f.e.n.,müəl.
9. Rəhimova Dürdanə Mirzə qızı f.e.n., b/müəl.
10.İsmixanova Səadət Məcid qızı f.e.n., müəl.
11.Qiyasbəyli Dilruba Həsənağa qızı b/müəl.
12.Əliyeva Taliyə Cəlal qızı müəl.
13.Vəliyeva İradə İbrahim qızı f.e.n., b/ müəl.
14.Babayeva Rəhilə Hacıbavba qızı müəl.
15.Qocayeva Leyla Vəli qızı müəl.
16.Tağıyeva Sacidə Hüseyn qızı müəl.
17.Əzizova Pərvinə Əyyub f.e.n., müəl.
18.Pənahova Fatma Tapdıq qızı
19.Yusubova Arifə müəl.
20.Mirzəyeva Arzu Ağanəhmət qızı müəl.
21.Məmmədova Elnarə Adil q. k/müd.
22.Nağıyeva Dürdanə Əsəd qızı baş lab.
23.Abduləlimova Rəsmiyyə Ənvər qızı lab.
24.Məmmədova Heyran Adil qızı baş prep.
25.Zeynalova Elmira Fayaz qızı prep.
Kafedrada 1 doktorluq və 13 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Kafedrada 600 məqalə çap edilmişdir.
|