
Ünvan: AZ1078, Bakı, Mirqasımov küç., 1. Tel. 4954926. Kliniki Tibbi Mərkəz.
Kafedra müdiri: tibb elmləri doktoru, professor Teymur Əsəd oğlu Babayev. (1987 ildən).
Kafedra 1956-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində 1956-cı ildə təşkil olunmuşdur. О zaman kafedranın adı Cərrahi stomatologiya idi. 1956-cı ilin sentyabr ayında cərrahi stomatologiya kafedrasının ilk rəhbəri professor Qurbanov Gülbaba Rəhman oğlu təyin olunmuşdur. Prof. Qurbanov G.R. 17 il kafedraya başçılıq edirdi. 1973-cü ildə prof. Qurbanov G.R. vəfat etmiş (dünyasını dəyişib). 1973-1974-cü illərdə kafedranın rəhbərliyi müvəqqəti olaraq kafedranın dossenti Məhriva Quliyevaya tapşırılmışdır. 1974-cü ilə müsabiqə yolu ilə kafedra müdiri dosent Hüseynov B.H. oğlu seçilmişdir. 1979-cu ildə dos. B.Hüseynovun müsabiqəyə verilən 5 illik vaxtı qurtardıqdan sonra, kafedranın rəhbərliyi Səhiyyə Nazirliyinin əmri ilə tibb elmləri doktoru professor T.H.Hüseynovaya tapşırılıb. 1986-cı ildə prof. T.Hüseynova stomatologiya kafedrasının rəhbərliyinə keçib və kafedraya müdir dos. Əliyev M.G. təyin olunmuşdur. 1987-ci ildə müsabiqə yolu ilə kafedra müdiri tibb elmləri doktoru, professor T.Ə. Babayev seçilmişdir.
Kafedranın elmi problemləri:
Kafedrada aparılan elmi işlər anadangəlmə və qazanılmış üz-çənə nahiyəsinin defektlərin və anomaliyalarının diaqnostikası və müalicəsi, çənələrin sınıqları-klinikası, diaqnostikası, müalicəsi.
Kafedra əməkdaşlarının əsas əsərləri:
1- Əliyev M.H.,Hüseynov Ə.H. Sifətin dərisinin, ağzın selikli qişasının və dodaqların qırmızı haşiyəsinin xərçənginin xəstəlikləri. Bakı. 1987. Metodik göstəriş.
2- Hüseynov Ə.H., Babayev T.Ə. Dişlərin çıxarılması əməliyyatı . Metodik vəsait. Bakı. 1987.
3- Hüseynov Ə.H., Əliyev M.H., Babayev T.Ə. Yerli ağrısızlaşdırma. Metodik vəsait Bakı 1987.
4- Hüsenov Ə.H., Əliyev M.H., Babayev T.Ə. Учебно-методические рекомендации к организации и проведению производственной практики по хирургической стоматологии Баку-1988. Методическая рекомендация.
5- Hüseynov Ə.H., Qurbanov E.G., Babayev T.Ə., Əliyev M.H. Cərrahi stomatologiyada ümumi ağrısızlaşdırma. Metodik göstəriş. Bakı 1989.
6- Yusubov Y.Ə., Əliyev M.H, Hüseynova A.H., Əliyev T.M. Лечение воспалительных заболеваний челюстно-лицевой области. Баку 1990 Методическая разработка.
7- Hüseynov Ə.H., Babayev T.Ə., Əliyev M.H,Qurbanov E.G. Üz- çənə sisteminin abses və fleqmonaları. Tədris metodik göstəriş . Bakı 1991.
8- Qurbanov E.G., Əliyev Y.T., Əliyev TM., Rusca-azərbaycanca stomatoloji lüğət. Bakı 1993.
9- Yusubov Y.Ə. Poliklinikada cərrahi stomatoloji yardım. Dərslik Bakı 1996.
10- Rəhimov Ç.R., Yusubov Y.Ə., Cəfərov M.Ə., Quliyev A.H. Üz-çənə nahiyyəsinin iltihabi xəstəliklər. Tədris metodik vəsaitlər. Bakı 1997.
11- Rəhimov Ç.R., Hüsenov Ə.H. Üz-çənə nahiyyəsinin travmatologiyası. Tədris metodik vəsait Bakı 1997.
12- YusubovY.Ə, Mehdiyev E.S.,Cəfəroa M.İ., Quliyev A.H, Mehdiyev O.H. Üz-çənə və boyun nahiyyələrinin şişləri. Metodik işləmə Bakı 1998.
13- Babayev T.Ə.,Yusubov Y.Ə, Rəhimov Ç.R., Hüseynov Ə.H., Əhmədov E.T. Cərrahi stomatolgiyadan tədris proqramı. Tədris proqramı. Bakı 2001.
14- Rəhimov Ç.R., Hüseynov Ə.H., Əhmədov E.T., Quliyev S.B. Üz-çənə və boyun nahiyyələrinin infeksion- iltihabi və parazitar xəstəlikləri. Tədris metodik vəsait. Bakı 2004.
15- Yusubov Y.Ə, Mehdiyev O.H., Quliyev A.H., Cəfərov M.Ə. Üz-çəçə nahiyyəsinin travmatik zədələnmələri. Metodik işləmə. Bakı 2004.
16- Rəhimov Ç.R. Dental implantologiyadan sənədləşdirmənin aparılması. Metodik vəsait Bakı 2005.
17- Yusubov Y.Ə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Dərslik . Bakı 2005.
Əməkdaşlar:Kafedrada 21 professor-müəllim heyəti, onlardan 3 - t.e.d., professor, 2 -dosent, 6 - t.e.n. çalışır.
Kafedrada 12 namizədlik dissertasiya və 1 maqistr işləri hazırlanmışdır və müdafiə olunmuşdur.
Yarandığı 50 il ərzində kafedrada cəmi 550 məqalə çap olunmuş və onlardan 20-si xaricdə çap olunmuşdur.
Kafedra və Beynəlxalq Ağız və üz-çənə cərrahlarının Asosiasiyası arasında sıx əlaqə qurulub.
|