Axtarış:
Kafedralar > Ağ ciyər xəstəlikləri kafedrası
     Ünvan: Bakı şəhəri 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsi, 2514 –cü məhəllə. tel.421-22-53 4 saylı Vərəm Əleyhinə Dispanser
     Kafedra müdiri - professor Abbasov Namiq Əbdülsəməd oğlu ( 2005-ci ildən kafedra müdiri vəzifəsini icra edir ).
     Vərəmin tədrisi ilə 1933-cü ilə kimi Azərbaycan Tibb institutunun fakültə terapiya
     kafedrası məşğul olmuşdur. O zaman bu kafedrada vərəm xəstəliyi ilə tələbələri tanış etmək üçün cəmisi 12 saat praktik və 4 saat mühazirə saatı ayrılmışdır. 1933-cü ildə Azərbaycan Tibb İnstitutunun fakültə terapiya kafedrası nəzdində vərəm kursu təşkil edilir və ona dosent Y.M.Kazıyev rəhbərlik edir. ATİ-nun Ftiziatriya kursunun rəhbəri dosent Y.M.Kazıyev dünyasını dəyişəndən sonra isə bu kursa 1948-ci ildən 1969-cu ilə kimi tibb elmləri doktoru A.M.Pirverdiyev rəhbərlik etmişdir. 1969-cu ildə kurs Tibb institutunun Vərəm kafedrasına çevrilir. Bu kafedranın müdiri vəzifəsinə dosent B.B.Əhmədov seçilir. Bu dövrdə həkimlərin vərəm haqda biliklərini genişləndirmək ehtiyacı hiss olunur. Bununla əlaqədar olaraq 1 №-li Semaşko adına xəstəxananın nəzdində vərəm şöbəsi açılır və bu şöbə kafedranın bazasına çevrilir. O vaxtdan etibarən vərəm xəstəliyi Müalicə-profilaktika, pediatriya fakültəsinin IV kursunda, sanitar və stomatoloji fakültənin V kursunda və VI kurs müalicə-profilaktika fakültəsində tədris edilməyə başlamışdır. 1973-cü ildən etibarən kafedranın bazası 4№li vərəm dispanseri və Elmi Tədqiqat Vərəm institutu olur.
     1976-cı ildən ATİ-nun Vərəm kafedrasına rəhbərliyə müsabiqə yolu ilə tibb elmləri doktoru,professor F.M.İsmayılov seçilmişdir.
     1992-1993-cü illərdə Ftiziopulmonologiya kafedrasına tibb elmləri doktoru, professor Ə.B.İnsanov rəhbərlik etmişdir.
     1993-cü ildən 2001-ci ilədək kafedraya tibb elmləri doktoru F.M.Abdullayev rəhbərlik etmişdir. 2001-2005-ci illərdə kafedraya akademik Ə.B.İnsanov rəhbərlik etmişdir. 2005-ci ildən kafedraya t.e.d. professor N.Abbasov rəhbərlik edir.
     Kafedranın əməkdaşları tərəfindən son 5 ildə aşağıdakı dərsliklər, dərs vəsaitləri yazılmışdır:
     «Методическое пособие по туберкулезу для студентов» -2001г ,Али Инсанов, Ф.Исмайлов, Н.Аббасов; «Vərəm» tələbələr üçün metodik vəsait – 2002-ci il,Ə.İnsanov,F.İsmayılov, N.Abbasov; «Azərbaycan səhiyyəsinin tarixi» -2002-ci il, Ə.İnsanov; «Исследование сократительной функции миокарда у больных хроническим легочным сердцем» -2003 г,Ф.Исмайылов, Н.Аббасов; «История здравоохранения Азербайджана» -2003 г, А.Инсанов; «Vərəm» dərslik –2004-cü il, Ə.İnsanov; «Клинические рекомендации и фармакологический справочник»-2004 г.А.Инсанов, «Vərəm» dərslik F.İsmayılov,N.Abbasov.
     Kafedranın elmi problemləri Bakı şəhəri əhalisi arasında vərəmin profilaktikasının təşkili və ağ ciyərlərin səpələnmiş xəstəliklərinin differensial diaqnostikasıdır.
     Kafedranın 18 nəfər əməkdaşı var:
     1. Abbasov Namiq Əbdülsəməd. professor t.e.d.
     2. Quliyev Fəraməz Şamil. assistent t.e.n.
     3. Cümşüdov Cəlal Qəmbər. assistent t.e.n.
     4. Cabbarov Ədalət Məhəmməd. assistent t.e.n.
     5. Bayramov Rafiq İdris. assistent
     6. Ələkbərova Aidə Əvəz. assistent t.e.n.
     7. Məmmədova Aidə Məmməd. assistent t.e.n.
     8. Fərəcova Sevinc Əkrəm. assistent t.e.n.
     9. Qədimova Zülfü Şaiq. assistent t.e.n.
     10. Sadıqov Əlizaman Siyasət. assistent
     11. Vəliyeva Şəfa Malik. assistent
     12. Mustafayeva Rəna İbrahim. assistent
     13. İrzayeva Arzu Eldar. assistent
     14. İsmayılzadə Ceyhun Mohübbət. assistent
     15. Nağıyeva Ürfanə Bəhram. baş laborant
     16. Qurbanova Zeynəb Tamrelha. baş laborant
     17. Quliyeva Kəmalə Nizami. baş preparator
     18. Zeynalova Kəmalə Eylaz. preparator
     Kafedrada bir doktorluq, beş namizədlik dissertasiyası işlənib hazırlanmaqdadır.
     Ağ ciyər xəstəlikləri kafedrasında son 5 ildə 91 məqalə çap edilib.
     Kafedranın nailiyyətləri:
     Vərəmin destruktiv formalarının müalicəsində yeni metodların işlənib hazırlanması üçün kaverna modelinin alınması. Vərəmin patogenezində yeni nəzəriyyə. Bronxial astmanın müalicəsi məqsədilə istifadə olunan yüksək effektli antiastmatik preparatın kəşfi.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |