Axtarış:
Kafedralar > Akademik M. A. Topçubaşov adına III cərrahi xəstəliklər kafedrası
     Ünvan: Bakı AZ0025, Y.Səfərov küç. 19. tel: 490-45-13
     Kafedranın müdiri - t.e.d., professor Məmmədov Əlikram Mustafa oğlu 2003-cü ildən kafedraya rəhbərlik edir.
     Kafedraya rəhbərlik edən kafedra müdirləri:
     - akademik Mustafa Ağabəy oğlu Topçubaşov (1930-1981)
     - professor Əbdülrəhim Mirzə oğlu Əliyev (1981-1983)
     - professor Hüsü Məmmədxan oğlu Kərimov (1983-1994)
     - professor İbadulla Nüsrət oğlu Ağayev (1994-2003)
     - professor Əlikram Mustafa oğlu Məmmədov (2003-cü ildən etibarən)
     İlk olaraq kafedra Azərbaycan Dövlət Universitetinin nəzdində 1919-cu ildə təşkil edilmiş və ona prof. A. A. Oşman rəhbərlik etmişdir. 1930-cu ildə fakultə cərrahlığı kafedrasına M. A. Topçubaşov rəhbərlik etməyə başlamışdır. Bu dövrdə öd daşı və sidik daşı xəstəliyinin müalicəsi, pielotomiya, tikişsiz uretrotomiya, splenomeqaliyanın müalicəsi kimi problemlər üzərində işlər aparılmış, öd kisəsinin xaric edilməsindən sonra baş verən dəyişikliklər eksperimentdə öyrənilmişdir.
     Eksperimental tədqiqatlar və çoxsaylı klinik müşahidələrin nəticəsi olaraq yeni metodika - inyeksion efir-yağ və ya analqezin anesteziyası təklif edilmiş və sonradan M. A. Topçubaşovun kombinə edilmiş analqeziyası adı ilə anestezioloji praktikaya geniş tətbiq edilməyə başlamışdır. Sonrakı illərdə həmin üsulun travmatik şok və tetanus qıcolmaları zamanı, doğuşun ağrısızlaşdırılması məqsədilə istifadəsi öyrənilmişdir. Kafedranın elmi tədqiqatalrı arasında öd daşı xəstəliyi probleminin öyrənilməsi geniş yer tutur. Kafedra əməkdaşları tərəfindən qaraciyərin, öd yollarının və mədəaltı vəzinin müxtəlif xəstəliklərinin patogenezi, dianostikası və müalicə üsullarının işlənib hazırlanması, bu orqanlar üzərində əməliyyatlardan sonra letallığın azaldılması istiqamətində tədqiqatlar aparılmışdır. Demək olar ki, yarım əsrlik bir təcrübədən sonra M. A. Topçubaşov tərəfindən öd daşı xəstəliyinin patoloji prosesin inkişafından asılı olaraq klinik gedişi barədə yeni konsepsiya irəli sürülmüşdür. Böyük Vətən müharibəsi dövründə klinika yaralıların və ordu sıralarında olan xəstələrin müalicəsində aktiv iştirak etmişdir. M. A. Topçubaşov Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin Xalq Komissarlığının evakohospital İdarəsinin baş cərrahı və neyrocərrahiyyə hospitalının məsləhətçisi təyin olunmuşdur. Kafedranın bir çox əməkdaşları istərsə cəbhədə, istərsə də hospitallarda aktiv çalışmışlar.
     Müharibə illərində klinika cəbhədə müxtəlif mənşəli travmalarla bağlı ağırlaşmaları və ətrafların periferik sinirlərinin güllə yaralanmalarından sonrakı zədələnməsini əhatə edən problemlər üzərində işləmişdir. Sinirlərin regenerasiyasını yaxşılaşdırmaq məqsədilə əməliyyatdan sonra mum-parafin tubajının tətbiq edilməsi təklif edilmişdir.
     Tədqiqatlardan sonra kranioplastikanın yeni üsulu - M. A. Topçubaşova görə sümüküstlüyü sümük loskutları üsulu təklif edilmiş və klinik praktikaya tətbiq edilmişdir.
     Klinikada metal yad cisimlərin lokalizasiyasını dəqiq təyin etməyə və onu xaric etməyə imkan verən xüsusi qurğu hazırlanmışdır.
     1946-cı ilin sonunda kafedra Qara şəhərdə yerləşən klinik xəstəxanaya köçürülmüşdür. Kafedra tərəfindən klinikada vivari və cərrahiyyə otağı ilə bərabər eksperimental şöbə yaradılmış və heyvanlarda qaraciyər, portal venoz sistem, dalaq, mədəaltı vəzi, ətrafların damarları və magistral damarlar üzərində minlərlə eksperimental əməliyyatlar icra olunmuşdur.
     Klinika kollektivinin məşğul olduğu vacib problemlərdən biri də portal hipertenziya olmuşdur. 1935-ci ildə M. A. Topçubaşov tərəfindən malyariya splenomeqaliyasının müalicəsinə dair doktorluq dissertasiyası müdafiə olunmuşdur. Həmçinin, profuz qastroduodenal qanaxmalarla nəticələnənə portal hipertenziya zamanı kompleks operativ tədbirlər təklif edilmişdir. 1951-1965-ci illərdə aparılmış tədqiqatların nəticələri «Portal hipertenziyanın cərrahi müalicəsi» monoqrafiyasında (1961) öz əksini tapmışdır.
     Kafedranın elmi-tədqiqat işində xərçəng xəstəliklərinin, xüsusilə də mədəaltı vəzinin və fater məməciyinin qaraciyər-mədəaltı vəzi ampulasının xərçənginin öyrənilməsinə xüsusi yer verilmiş və onillik klinik-eksperimental tədqiqatlardan sonra pankreatoduodenal rezeksiyanın yeni modifikasiyası təklif edilmişdir. 1963-cü ildə te.d., professor İ. M. Topçubaşovun «Mədəaltı vəzinin və fater məməciyinin xərçənginin müalicəsi» monoqrafiyası işıq üzü gördü.
     1950-ci ildə kafedrada abdominodiafraqmal kəsik işlənib hazırlanmış və geniş istifadə edilmişdir. Sonralar lyumbo-diafraqmal kəsik də təklif edilmişdir.
     Klinikada uzun borulu sümüklərin sınıqlarında sümükdaxili fiksasiya geniş istifadə olunmağa başlamış və Sovetlər birliyində ilk dəfə olaraq Azərbaycanda bu klinikada ştiftləmə üsulu təcili cərrahiyyədə tətbiq edilməyə başlamışdır.
     Kafedrada müsiqinin cərrahiyyədə tətbiqinə dair elmi tədqiqat işləri aparılmış, mərhum professor İ. M. Topçubaşov tərəfindən bu mövzuda Beynəlxalq Simpoziumlarda elmi məruzələr edilmişdir.
     Hazırda kafedranını bir sira əməkdaşları cərrahiyyənin aktual problemlərinə həsr olunmuş doktorluq və namizədlik dissertasiyaları üzərində çalışır.
     87 il ərzində kafedranın əməkdaşları tərəfındən hazırlanmış elmi işlərin çox hissəsi xarici və beynəlxalq dərgilərdə dərc edilmişdir.
     Kafedrada cərrahiyyə üzrə tələbə elmi dərnəyi fəaliyyət göstərir. Kafedarada tələbələr üçün nəzəri və praktik hazırlıq, praktik dərslərdə sərbəst iş və elmi fəaliyyət üçün lazımi şərait yaradılmışdır.
     Kafedranın əməkdaşları:
     1. Məmmədov Ə. M. - t.e.d. professor, kafedranın mudiri
     2. Baxşəliyev B.R. - t.e.d. professor
     3. prof. İskəndərov F.İ. - t.e.d. professor
     4. Tahirova Z.A. - t.e.n., dosent
     5. Əliyev Ş.X. - t.e.n., dosent
     6. Əhmədov Ə.Ə. - t.e.n., dosent
     7. Hüseynov Q.Q. - t.e.n., dosent
     8. Şıxəmmədov N.Ə. - t.e.n., dosent
     9. Sultanov Ə.P. - - t.e.n., dosent
     10. Məmmədov K.T. - t.e.n., dosent
     11. Həsənov E.S. - assistent
     12. Əliyev Ə.H. - t.e.n., assistent
     13. Əsədov S.Ə - t.e.n., assistent
     14. Əliyev Y.Q. - t.e.n., assistent
     15. Rəhimov V.Ə. - t.e.n., assistent
     16. Hüseynov A.S. t.e.n., assistent
     17. Həməzəyev S.M. - t.e.n., assistent
     18. Vəliyev V.Ə. - t.e.n., assistent
     19. Nəzərov Ə.İ. - assistent
     20. Fərəcov V.F. - assistent
     21. Rüstəmova A.B. - assistent
     22. Ramazanov C.N. - assistent
     23. Nəsibov E.Y. - baş laborant
     24. Tarıverdiyev R. Ə. - baş laborant
     25. Məmmədov R.A. - baş laborant
     26. Zeynalova R.Ə. - baş laborant
     27. İbadova A.A. - baş laborant
     28. Əlizadə A.O. - aspirant
     29. Qapaqov V.F. - aspirant
     30. Həmzəyeva S.E. - klinik ordinator
     31. Məmmədova S.A. -muzeyin müdiri
     32. Bağırova M.R. - baş preparator
     33. Kərimli E.V. - preparator
     34. Mürsəlova S.A. - preparator
     35. Salmanova E.V. - preparator
     Kafedra əməkdaşlarının əsas elmi əsərləri:
     1. «Xüsusi cərrahlıq». M. A. Topçubaşov, 1978. V hissədən ibarət dərslik
     2. «Рак поджелудочной железы и фатерово сосочка». И. М. Топчибашев, 1963.
     3. «Аналгезиновое обезболивание в хирургии». И. М. Топчибашев, 1964.
     4. «Высокая поясничная симпатэктомия при облитерирующем эндоартериите». И. М. Топчибашев, 1969.
     5. «Ətraf mühit və sağlamlıq». M. A. Topçubaşov, 1979
     6. «Инъекционный эфирно-масляной наркоз». М. А. Топчибашев, 1945
     7. «Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi». А. М. Topçubaşov, 1930.
     8. «Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləri». B. R. Baxşəliyev, 1997. Dərslik
     9. «Cərrahi xəstəliklər». К. Т. Məmmədov, 2005. Dərslik
     10. «Onkologiya». İ. N. Ağayev, 1994. Dərslik
     11. «Избранные лекции по клинической хирургии». К. Т. Мамедов, 2004.
     12. «Onkologiya». Ə. Т. Əmiraslanov., Ə.M. Məmmədov və həmm. Dərslik.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |