Axtarış:
Kafedralar > II uşaq xəstəlikləri kafedrası
     Ünvan: AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küç;11.
     Kafedra müdiri - tibb elmləri doktoru, Əyyubova Amaliya Abdulla qızı 1989-cu ildən kafedraya rəhbərlik edir.
     « II Uşaq xəstəlikləri kafedrası»-nın əsası 1936-cı ildə «Ana və uşaqlara qayğı institutu»-nda qoyulmuşdur.
     Kafedranın ilk müdiri professor Ə.F.Qarayev ( 1936-1952) olmuşdur. Sonradan kafedraya Q.B.Bron (1952-1963), S.İ.Hacıyeva (1963-1970), L.M.Hüseynova (1970-1987), P.D.Kats (1987-1989) rəhbərlik etmişdir.
     Kafedranın elmi problemi: "Azərbaycanda uşaq ölümünün səbəblərinin araşdırılması və aradan qaldırılması yolları."
     Kafedra əməkdaşları tərəfindən bir sıra kitablar və tədris-metodik vəsaitləri buraxılmışdır. Bunlardan « Uşaqlarda qida allergiyası» (Müəlliflər: P.D.Kats., A.A.Əyyubova 1988-ci il)., «Uşaqlarda respirator xəstəliklər» (G.M.Nəsrullayeva 1998-ci il)., «Uşaq xəstəlikləri» (Dərs vəsaiti A.A.Əyyubovanın redaktəsi ilə 2000-ci il) və s. göstərmək olar.
     Kafedrada 3 tibb elmləri doktoru və 20-ə qədər tibb elmləri namizədi çalışır.
     Kafedrada 3 toktorluq və 15-dən artıq namizədlik dissertasiyası müdafıə edilmişdir.
     Kafedra əməkdaşları tərəfindən 450-dən artıq elmi iş çapdan çıxmışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |