
Ünvan: Az1065, Bakı ş. Şahbazi küçəsi 95. tel: 439-67-25
Kafedra Bakı şəhəri Uşaq nevroloji xəstəxanasının bazasında yerləşir.
Kafedraya 1992-ci ildən tibb elmləri doktoru, professor Zakir Məmməd oğlu Əliyev rəhbərlik edir.
Azərbaycan Tibb Universitetinin II sinir xəstəlikləri kafedrası 1969-cu ildə uşaq nevrologiyası kursu adı ilə sinir xəstəlikləri kafedrasından ayrılmışdır. Uşaq nevrologiyası kursunun və bütövlükdə uşaq nevrologiyası xidmətinin yaranmasının təşkilatçısı və rəhbəri əməkdar elm xadimi, professor Töhrə Qədirova olmuşdur (1927-1997). Onun elm, təhsil və müalicə işi sahələrində çoxcəhətli və coşqun fəaliyyəti nəticəsində 1972-ci ildə ixtisaslaşdırılmış uşaq nevroloji xəstəxanası yaradılmış, həmin ildə uşaq nevrologiyası kursu II sinir xəstəlikləri kafedrasına çevrilmiş və nəhayət, 1980-cı ildə yeni bina istifadəyə verilməklə, respublika uşaq nevroloji mərkəzi yaradılmışdır.
Kafedraya 1969-cu ildən 1992-ci ilədək əməkdar elm xadimi, professor Töhrə Qədir qızı Qədirova rəhbərlik etmişdir.
Kafedranın hazırkı elmi işləri Sinir sisteminin perinatal zədələnmələrinin yaxın və uzaq nəticələrinin diaqnostika və müalicəsi problemi üzrədir.
Kafedrada 1 professor, 2 dosent, 4 assistent çalışır.
Kafedra əməkdaşlarının apardıqları tədqiqatlar əhəmiyyətli nəticələr əldə etməyə imkan vermişdir:
1. Revmatizmin uşaqların sinir sisteminə təsiri və onların aradan qaldırılması (F.C.Axundova; 1970-1990-cı illər).
2. Uşaqlarda pnevmoniyalar zamanı baş verən sinir dəyişiklikləri (Z.M.ƏIiyev; 1970-1975-ci illər).
3. Sinir sisteminin perinatal zədələnmələrinin klinik və immunoloji xüsusiyyətləri (M.M.Məmmədova; 1975-1980-cı illər).
4. Anadangəlmə hidrosefaliyanın diaqnostikası və müalicəsi (O.Ə.Qasımova; 1980-1990-cı illər).
5. Uşaqlarda hiperkinezlərin əmələ gəlməsi və onların transformasiya mexanizmləri (R.N.Rzayev; 1980-2000-ci illər).
6. Uşaqlarda kəllə-beyin travmaları sindromlarının dinamikası (Z.M.ƏIiyev; 1975-1990-cı illər).
7. Uşaqlarda nevrozabənzər hallann xüsusiyyətləri və profilaktikası (N.N.Abasova).
Tədqiqatların nəticələri əsasında bir sıra monoqrafiyalar dərc olunmuşdur:
1. «Uşaqlarda beyin hipoksiyası» (T.Q.Qədirova, Z.M.ƏIiyev, F.C.Axundova, M.M.Məmmədova - Azərb. dilində. Bakı. 1990).
2. «Hidrosefaliya və timomeqaliya» (T.Q.Qədirova, L.V.Kalinina, O.Ə.Qasımova, A.Ə.Mehtiyeva - Rus dilində. Bakı, 1992.
Kafedranın əməkdaşları bir neçə tədris-metodik vəsait çap etdirmişlər:
1. «Müasir tədqiqatlar işığında kəllə-beyin travmaları zamanı baş verən nevroloji dəyişikliklərə baxış» (Z.M.ƏIiyev - Rus dilində, Bakı, 1985).
2. «Uşaqlarda epilepsiya » (R.N.Rzayev, M.M.Məmmədova - Rus dilində. Bakı , 1996).
3. «Yeni doğulmuş uşaqlarda mərkəzi sinir sisteminin perinatal dövrdə zədələnməsi» (N.Ə.Tağıyev, Z.M.ƏIiyev - Azərb. dilində. Bakı, 1998).
Professor T.Q.Qədirovanın rəhbərliyi ilə «Uşaq sinir xəstəlikləri» dərsliyi çap olunmuşdur (T.Q.Qədirova, Z.M.Əliyev, Ə.N.Mursakulova, F.C.Axundova, M.M.Məmmədova, R.N.Rzayev - Azərb. dilində , Bakı, 1991).
Il sinir xəstəlikləri kafedrası ha!-hazırda pediatriya, tibbi-proftlaktika və tibbi-biologiya fakültələrində sinir xəstəlikləri tədrisi ilə yanaşı, respublika uşaq səhiyyəsində geniş müalicə-profilaktika işi aparır və uşaq nevropatoloqlarının hazırlanması, onların ixtisaslarının artırılması sahəsində fəaliyyət göstərir.
|