Axtarış:
Kafedralar > II mamalıq- ginekologiya kafedrası
     Ş.M.ƏIəsgərova adına 5 saylı klinik doğum evinin bazasında yerləşən kafedranın ünvanı belədir: AZ0003, Bakı şəhəri. Qurban Abbasov küçəsi, 29.
     2004 - cü ildən kafedranın müdiri t.e.d., dosent Hicran Firidun qızı Bağırovadır.
     Kafedra 27 sentyabr 1920-ci ildə Bakı Dövlət Universitetinin tibb fakultəsinin nəzdində əməkdar elm xadimi Fyodr Nikolayeviç İlyin tərəfindən qurulmuşdur. 1930-cu ildən həmin fakultə Tibb İnstitutu kimi fəaliyyət göstərməyə başlamışdır.
     Elmi- tədqiqat və təşkilati nöqteyi-nəzərdən kafedranın tarixi Azərbaycanda Sovet hakimiyyətinin qurulması dövrünə (1920) təsadüf etməsinə görə maraq doğurur. Kafedra müdiri tibb elmləri doktoru, Qadın tibb İnstitutunun privat-dosenti, həmçinin Dövlət mamalıq -ginekologiya institutunun assistenti F.N.İIyin Leninqrad (indiki Sankt-Peterburq) şəhərindən dəvət edilmişdi. F.N.İIyin (1875-1959). Azərbaycan respublikasında qədim Rusiyanın qabaqcıl alimindən, sovet novator alimi, böyük səhiyyə təşkilatçısına kimi böyük yol keçmişdir. Professor F.N.İIyinin tələbələri tərəfindən anemiyanın ağır formaları endokrin pozğunluqlar, uşaqlıq miomasının patogenezi və müalicəsi, hamilələrdə ürək-damar xəstəlikləri uzun müddət endemik malyariya ocaqlarında yaşayan qadınların menstrual və uşaqdoğma funksiyaları, disfunksional qanaxmalar zamanı uşaqlığın selikli qişasının vəziyyəti, doğuşun ağrısızlaşdırılması, hamiləliyin gecikmiş (hestozları) toksikozları, kesar kəsiyi məsələsinin müasir vəziyyəti kimi vilayət patologiyası öyrənilmişdir.
     Kafedra əməkdaşlarının mamalıq-ginekologiya elminin bir sıra probleminin həllində nailiyyətləri çox böyükdür. Qadın sağlamlığının mühafizəsi və dölün bətndaxili normal inkişafının təmini məqsədi ilə, cavan qadınlarda menstrual funksiyanı saxlamaq üçün miomanın əməliyyat metodikası işlənilmiş neftayırma zavodlarının istehsalat faktorlarının işçi qadınlarının spesifik funksiyalarına təsiri öyrənilmiş, uşaqlıq və artımların, damarlarının anatomik və funksional vəziyyətinin çanaq arterioqrafiyası ilə öyrənilməsi, qadın cinsiyyət orqanlarının reseptorları və uşaqlığın şişləri zamanı E seriyasından olan prostoqlandinlər; qadın sonsuzluğu problemləri təcrübədə öz həllini tapmışdır.
     Mamalıq-ginekologiya sahəsində elmi-tədqiqat işləri həmçinin hipoxrom anemiyalı, gecikmiş hestozu olan; hamiləliyin düşük təhlükəsi olan; urogenital xlamidiozu olan hamilə qadınların immun statusunun öyrənilməsinə həsr olunmuşlar. Respublikamızda vaxtından qabaq doğuşlar və özbaşına düşüklərin etiologiyasında toksoplazmoz, herpez və sitomeqalovirus infeksiyalarının rolu aşkar olunmuşdur. Azərbaycanın işğal olunmuş rayonlarından olan məcburi köçkün və qaçqınlarda (1988-ci ildə qonşu Ermənistanla olan konfliktdən sonra) dəmirdefisitli anemiyanın rastgəlmə tezliyinə, neftayırma sənayesinin istehsalat faktorlarının ciftin klinik morfoloji xarakteristikasına təsiri, birinci hamiləliyin pozulma təhlükəsində fetoplasentar kompleksin vəziyyətinə xüsusi diqqət yetirilmişdir. Diaqnostik məqsədlərlə, kardiotokoqrafiya, uşaqlıq göbək və dölün orta beyin arteriyasının dopplerometriyası, hamiləlik zamanı və qadın sonsuzluğunun səbəblərini müəyyənləşdirmək üçün hormonal müayinə və sair kimi müasir diaqnostiki üsullar geniş istifadə olunur. Endometrioz, yumurtalıqların və uşaqlığın törəmələri zamanı cərrahı laparoskopiya tətbiq edilir, ekstrakorporal mayalanma və embrion köçürülməsindən sonra hamiləliyin və doğuşun gedişi öyrənilir, respublikanın müxtəlif regionlarında ana ölümünün azaldılma yolları işlənib hazırlanır. Kafedra əməkdaşları Azərbaycanın 3 qurultayında aktiv iştirak etmişlər. Səhiyyə orqanlarına, konsultativ və cərrahı kömək göstərirlər. Çoxsaylı elmi işlərə baxmayaraq kafedranın əsas işi II müalicə profilaktika fakultəsinin yuxarı kurs (IV, V, VI) tələbələri üçün aparılan pedaqoji fəaliyyətdir. Tələbələrin aktual mövzularda çıxış etdiyi Tələbə Elmi dərnəyidə böyük yol keçmişdir. Yaxşı çıxışlar hər il yekun elmi konfransa salınır. Elmi tədqiqat işlərinin beşillik planına müasir mamalıq və ginekologiyanın aktual problemlərinin öyrənilməsinin davam etdirilməsi, tədrisin keyfiyyətinin artırılması və səviyyə orqanlarında yardımın genişləndirilməsi nəzərdə tutulur.
     Kafedra müdirləri:
     1. 1920-1959 illər -tibb elməlri doktoru, əməkdar elm xadimi., prof. İlyin Fedor Nikolaeviç;
     2. 1959-1964 illər - tibb elməlri doktoru, əməkdar elm xadimi, prof. Quseynov Əbdulrəhim Nacəfqulu oqlı;
     3. 1964-1970 illər-tibb elmləri doktoru, prof. Mahmudbəyova Məhbubə Kərim qızı.; 4.1970-1993 illər; 1998-2003 illər - tibb elməlri doktoru., əməkdar elm xadimi., prof. Şəmsəddinskaya Naziyə Musa qızı.;
     5.1993 - 1998 illər-t.e.n., dosent Kasimova Kaımilə Həbib qızı;
     6. 2004 q. - hal hazıradək tibb elmlər doktoru Bağırova Hicran Firudin qızı .
     Kafedranın problemləri: «Neftayırma sənayesinin zərərli faktorlarının qadının reproduktiv funksiyasına təsiri» (1989-1999). «Hamiləlik zamanı anemiyanın, düşüklərin və bətndaxili infeksiyanın etiologiyasında risk faktorlarının klinik diaqnostik əhəmiyyəti» (2000-2004); «Reproduktiv yaşlarda qadın sağlamlığının mühafizəsinin yeni kompleks diaqnostik və müalicə profilaktik tədbirlərinin işlənməsi» (2005-2009).
     Kafedranın əməkdşlarının əsas elmi əsərləri :
     1. İlyin F.N. - Operativ mamalıqdan praktik məşğələlərə rəhbərlik. Bakı, 1926, yeni nəşri. 1935 il.
     2. Ataev A.R. - Mamalıq (azərb dilində), Bakı, Azərməşr, 1936 il.
     3. İlyin F.N. - Əsərləri. Azərnəşr, 1964 il.
     4. Axundov D.M. - Ginekologiya (azərb dilində). Tibb institutunun tələbələri üçün dərs vəsaiti, Bakı, 1967 il.
     5. Hüseynov A.N. - Miometroektomiya zamanı aybaşı funksiyasının saxlanılması. Bakı, 1971 il.
     6. Nəzərli S.X. - Cinsi hormonların uşaqlıq miomasının inkişafına təsiri (klinik eksperimental təcrübə). Bakı. (azərb dilində), 1971 il.
     7. Mahmudbəyova M.K. - Ürək damar sisteminin xəstəlikləri. Bakı (azərb. dilində), 1973 il.
     8. Şəmsəddinskaya N.M., Hüseynov D.Ə.- Mamalıqda və ginekologiyada dərman müalicəsi (azərb. dilində). Bakı. Azərnəşr, 1986, 339 s.
     9. Ginekologiya fənni üzrə praktiki məşğələlər üçün qrafoloji strukturlar Tərtib edənlər: II mamalıq-ginekologiya kafedrasının dosentləri t.e.n. S.K.Bağırova, t.e.n. H.F.Bağırova, 1997 il.
     10. Mamalıq fənni üzrə praktiki məşğələlər üçün qrafoloji strukturlar Tərtib edənlər: II mamalıq-ginekologiya kafedrasının dosentləri t.e.n. S.K.Bağırova, t.e.n. H.F.Bağırova, 1997 il.
     11. Mamalıq və ginekologiya fənni üzrə tədris proqramı HS 190100 - Müalicə işi və hərbi tibbi fakultələr üçün. Tibb elmlər doktoru H.F.Bağırova və t.e.n., dosent LR.Kərimova. Bakı, 2005.
     12. Mamalıq fənni üzrə metodik işləmələr (II müalicə-profilaktika fakultəsinin V və VI kurs tələbələri üçün) Tərtib edənlər: kafedra müdiri, t.e.d., Baqirova H.F., dos., t.e.n. K.H.Qasımova, dos., t.e.n. Ş.C.İsmayılova, dos., T.Q.Şirinova, ass., t.e.n. R.A.Sadıxova, ass., t.e.n. G.R. Ələkbərova, ass., t.e.n. Ş.H.Qədimova, ass., t.e.n. F.Ə.Tağıyeva, ass.P.İ.ƏIiyeva
     13. Ginekologiya fənni üzrə metodik işləmələr ( II müalicə-profilaktika fakultəsinin V və VI kurs tələbələri üçün): Tərtib edənlər kaf. müdiri., t.e.d. H.F.Bağırova, prof., t.e.d., N.M.Şamsəddinskaya, dos., t.e.n. S.K.Bağıirova, ass., t.e.n. Y.A. Hüseynova, ass., t.e.n Z.T.Tağıeva, ass., t.e.n İ.A.İmanverdiyeva, ass., t.e.n. Ş.M.Cəbrayılzadə, ass. E.Q.Sarıeva, ass. N.M.Şəmsəddinskaya.
     14. Mamalıq. Azərbaycan Tibb Universitetinin tələbələri üçün dərslik (t.e.d. H.F.Bağırovanın rəhbərliyi altında), Bakı, 2006, 520 s.
     II mamalıq-ginekologiya kafedrasında 31 əməkdaş çalışır, onlardan 2 tibb elmlər doktoru (1 professor), 4 dosent, 11 tibb elmləri namizədi (assistentlər), 5 nəfər assistent elmi dərəcəsiz, 5 baş laborant və 3 kliniki ordinator və 1 aspirant.
     1920-ci ildən 2005-ci ilədək 13 nəfər tibb elmdəri doktorluq dərəcəsi və 69 tibb elmləri namizədi adına layiq görülmüşdür.
     Bu müddət ərzində 10 mindən artıq məqalə çap olunmuşdur.
     Kafedranın nailiyyətləri:
     Kafedra çoxillik fəaliyyəti nəticəsində (85 il) pedaqoji proses, elmi tədqiqat işləri səhiyyə orqanlarına müalicə-konsultativ yardımının göstərilməsində müəyyən nailiyyətlər qazanmışdır.
     Professorlar və dosentlər kafedranın bazası olan müasir avadanlıqla təchiz olunmuş 250 çarpayılıq Ş.ƏIəsgərova adına 5 saylı doğum evində hamilə və xəstə qadınlara məsləhətlər verir və cərrahi yardım göstərirlər. Müvəffəqiyyətlə elmi tədqiqat işləri aparılır, doktorluq və namizədlik dissertasiyaları müdafiə olunurlar.
     Son 5 il ərzində (2000-ci ildən) 3 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə olunaraq nəticələri səhiyyə təcrübəsində istifadə olunmuşdur. Müasir diaqnostika və müalicə metodları (KTQ, USM, dopplerometriya, yenidoğulmuşların neyrosonoqrafiyası, immunferment metodu ilə qanda hormonların təyini, plazmoferez, hiperbarik oksigenasiya) tədbiq olunmaqdadır.
     Qarın boşluğu cərrahi əməliyyatının 52,5%-i cərrahi laparoskopiya vəsitəsi ilə həyata keçirilir. Doğuşların və əməliyyatların ağrısızlaşdırılmasında epidural anesteziyadan (72%) geniş istifadə olunur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |