
Ünvan - AZ0078,Akad. Mirqasımov küç 1, tel 495 54 31, 495 53 17. (Bakı Şəhər Tibbi Klinik Mərkəz.)
Kafedra müdiri - t.e.d.,prof. Vəsadət Əli oğlu Əzizov 28 dekabr 1999-cı ildə isə kafedranın müdiri vəzifəsinə seçilmişdir.
II daxili xəstəliklər kafedrası tarixi baxımdan 1920-ci ildə Bakı Universitetində təşkil edilən hospital terapiyası kafedrasının varisidir.
Bu kafedraya 1920-21-ci tədris ilində əvəzçilik üzrə prof. A.M.Levin rəhbərlik etmişdir. 1922-1926-ci illərdə kafedranın müdiri prof. P.Q.Mezernitski olmuşdur. 1926-ci ildən 1951-ci ilə qədər kaferdaya prof. N.P.Afonski rəhbərlik etmişdir.
1943-cü ildə kafedranın əsasında 2 sərbəst hospital terapiyası (birinci və ikinci) kafedrası yaradılmış, bunlardan birinin müdiri vəzifəsinə N.P.Afonski, digərinə is prof. C.M. Abdullayev təyin edilmişdir.
Yuxarıda qeyd edildiyi kimi, II hospital terapiyası (II daxili xəstəliklər) kafedrasının müdiri vəzifəsi 1943-cü ildən prof. C.M. Abdullayevə həvalə edilmişdi.
C.M.Abdullayevin tədqiqatları əsasən ürək-damar sistemi patologiyasının etiologiyasına, patogenezin, klinikasəna, profilaktikasına və müalicəsini həsr edilmişdir. Onun rəhbərliyi altında respublikamzıda ilk dəfə praktik həkimin iş praktikasında elektrokardioqraf tədbiq edilmişdir. O, respublikada birincilər sırasında neft sənayesi işçilərində peşə xəstəlikləri probleminə diqqət yetirmiş, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına təsirini öyrənmişdir. Gözəl alim və istedadlı pedaqoq olan C.M. Abdullayev öç davamçılarının böyük bir məktəbini yaratmışdır. Onun bilavasitə rəhbərliyi altında 13 elmlər doktoru, 47 elmlər namizədi hazırlanmışdır. Onlar arasında sonralar məhsuldar elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, öç elmi məktəblərini yaratmış tibb alimləri vardır. Professorlar H.M. İsazadə, S.M. Kərimov, Z.A. Tağızadə, S Ə. Tağıyeva, M. İrani, Z.A. Zeynalova, M.İ. Livanov, P.D. Kats, L. Hüseynova, A.M. Axundzadə v. b. Bunlara misal ola bilər. C.M. Abdullayev ürək-damar sistemi xəstəliklərinin diaqnostika və müalicsin həsr edilmiş 10 monoqrafiya və dərsliyin, 150-dən artıq elmi məqalənin müəllifidir. Əsas əsərlərindən aşağıdakıları göstərmək olar: “Ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi” – B., 1963; “Ateroskleroz və hipertoniya xəstəliyi”, - B., 1964; “Daxili xəstəliklər”, - B., 1970.
1974-cü ildən 1989-cu ilə qədər II daxili xəstəliklər kafedrasına akad. C.M. Abdullayevin şaqirdi və davamçısı, t.e.d., prof. S.M. Kərimov rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedrada C.M Abdullayevin ənənələri davam etdirilmiş, ÜİX-in etiologiyası, patogenezi, klinikası, müasir müalicə və profilatika usulları araşdırılmış bu proses zamanı hemokoaqulyasiyanın, elektrolitlərin, lipid və karbohidrat mübadiləsinin vəzifəsi öyrənilmişdir.
1989-1999 -ci illərdə kafedraya prof. E.E. Qorin rəhbərlik etmişdir
Ötən onillik ərzində kafedrada “İnsan ekologiyası, endo- və ekzotoksikozlar. Orqanizmin dezintoksikasiyası” problemi üzrə tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar planlaşdırılarkən Bakı şəhərinin neft sənayesi müəssisələri ilə zəngin olduğu və isrin müqaviləsi ilə əlaqədar neft sənayesinin inkişaf perspektivlərinin yüksək olduğu nəzərə alınaraq, neft karbohidrogenlərinin insan orqanizminə (ürək-damar və tənəffüs sistemlərini, qaraciyər v. b. Orqanlara) təsiri, həmçinin bu təsirin aradan qaldırılma yolları klinik-instrumental və laborator-biokimyəvi üsullarla ətraflı tədqiq edilmişdir. Bu dövrdə prof. E.E. Qorinin rəhbərliyi altında 2 doktorluq, 18 namizədlik dissertasiyası işlənmiş və müdafiyə edilmişdir.
Prof. V.Ə. Əzizov 28 dekabr 1999-cı ildə isə kafedranın müdiri vəzifəsinə seçilmişdir.
O, bir neçə beynəlxalq elmi cəmiyyətlərin (Avropa Kardioloqlar Cəmiyyəti, MDB Kardioloqlar Cəmiyytinin Rəyasət heyyətinin və Türkdilli Xalqların Kardoloqlar Cəmiyytinin Təşkilat Komitəsinin, Dünyanın ürək dostları Cəmiyytinin, Rusiyanın Tibbdə ultrasəs diaqnostikası mütəxəssisləri Assosiasiyasının, Tibbdə reabilitasiya və immunoreabilitasiya üzrə Beynəlxalq təşkilatının, həmçinin Azərbaycan kardioloqlar Assosiasiyasının Rəyasət heyyətinin, Azərbaycan herontoloqlar və heriatrlar cəmiyyətinin) və nüfuzlu jurnalların: «Kardiologiya» (Moskva); «Ukrainskiy Kardioloqiçeskiy jurnal» (Kiyev); « Kardioloqiya» jurnalı (İstanbul); «Vizualizasiya v klinike»( Moskva); «Sağlamlıq»(Bakı); «Konsilium» (Bakı) redaksiya heyətinin üzvüdür.
Prof V.Ə. Əzizov düyanın bir çox ölkələrində Azərbaycan tibb elmini yüksək səviyydə təmsil etmişdir.(İtaliya, 1995;ABŞ 1996; İsveç, 1997, 2005;Avstriya,1998, 2003;Türkiyə,2000, 2001; Almaniya,2002,2004; Fransa,2004;Rusiya, Qazaxstan, Qirğızstan, Moldova və s.).
Kafedrada tədqiqat aparan TEC üzvlərindən bir neçə nəfər universitet konfranslarında mükafata layiq yer tutmuş Rusiya Federasiyasında və Türkiyədə gənc elmi işçilərin forumlarında iştirak etmişlər.
Kafedranın elmi problemləri - kardiologiya. Son beş illdə «Vazaprostanın Ürəyin İşemik Xəstəliyinin (ÜİX) müalicəsində istifadə edilməsinin eksperimental əsasladırılması və onun kliniki tədbiqinin əhəmiyyətinin öyrənilməsi» mövzu üzrə elmi-tədqiqat işlər aparılırdı. Elmi mövzu çərçivəsində 3 tədqiqat işi aparılmışdır. Bu işlərdən biri kafedralar arası müzakirədən keçmiş və AAK-na təqdim edilmişdir, diğəri ilin sonunda müzakirəyə təqdim ediləcək, üçüncü işin isə yalnız statistik təhlili qalmışdır.
Tədqiqat işlərinin nəticələri Z.M.Məmmədovun 100 illik yubileyində (Bakı 2003), Türkdilli kardioloqların III konqresində (Qırğıstan, 2002), MDB allerqoloqlar və immunoloqlarının V konqşresində (Rusiya,2003) məruzə edilmişdir.
Qarşıdaki beş illik ərzində kafedranın elmi işi “Azərbaycan respublikasında ürək qan-damar sistemi xəstəliklərindən ölüm faizinin aşağı salınması məqsədi ilə müalicə prinsiplərinin təkmilləşdirilməsi» mövzusunda olacaqdır. İcra müddəti: 2006 – 2010 – cu illər
İşin aktuallığı- Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ürək qan-damar sistemi xəstəlikləri insanlarən əmək qabiliyyətinin itirilməsinə və ölüm faizinə görə birinci yeri tutur. Ona görə də bu xəstəliklərlə məbarizə dövlətin prioritet vəzifələrindən biri sayılır. Bu xəstəliklərin ayrı-ayrı aspektləri müasir səviyyədə öyrənilsə də, müxtəlif qrup dərman preparatlarının (xüsusilə yeni dərman preparatlarının) ürəyin hemodinamik göstəricilərinə və həyat keyfiyyətinə təsiri lazımı səviyyədə öyrənilmimişdir.
Nəzərə alsaq ki, son zamanlar bu məqsədlə işlədilən yeni dərman preparatlarının sayı sürətlə artır, ona görə də bu dərmanların ürək qan-damar sistemi xəstəlikləri olan xəstələrin həyat keyfiyyətini və mərkəzi hemodinamikaya təsirinin öyrənilməsi vacib əhəmiyyət kəsb edir.
İşin əhəmiyyəti- Ürək qan-damar xəstəliklərinin vaxtında və adekvat müalicəsinin təşkili bu qrup xstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqla yanaşı ölüm faizinin azalmasını təmin edəcəkdir.
İşləmə yeniliyi- Yeni dərman preparatlarının ürək qan-damar sistemininə təsirinin öyrənilməsi.
Elmi tədqiqat işi- Bu müddət ərzində IV - VI kurs tələbələri üçün ayrı-ayrı nozologiyalar üzrə 38 metodik işləmələr hazırlayıb və kitabça şəkilində çap etdirmişik. Rəhbərliyim altında kafedra əməkdaşları tərəfindən 14 kitab (o çümlədən 12 dərs vəsaiti və 2 monqorafiya), 2 metodik tövsiyə, 2 konfrans materiallarının toplusu buraxılmışdır. Kafedranın təşəbbüsü ilə və Universitet rəhbərliyinin köməyi ilə akademik J.M. Abdullayevin 100-illik yübileyi keçirilmiş və Universitetin rektoru akademik Ə.T. Əmiraslanovun və mənim redaktorluğum ilə konfransın materiallar toplusu buraxılmışdır. 2004-jü ilin noyabr ayında respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Salih Mustafa oğlu Salihovun 95-illik yubileyinə həsr olunmuş konfrans keçiriləjək və konfrans materiallarının toplusu buraxılmışdır.
Kafedrada tələbə elmi cəmiyyəti aktiv fəaliyyət gostərir. Kafedraya rəhbərlik etdiyim bütün illərdə tələbə elmi jəmiyyətinin işinə xüsusi diqqət göstərmişəm və gənj alimlərin hazırlanmasında aktiv iştirakıma görə Universitet rəhbərliyinin diplomuna layiq görülmüşəm. Bu müddət ərzində 132 tələbə TEJ-in işində fəal iştirak etmiş, onlardan 93 tələbə işlərini tamalamış, 28-i fərdi diplomlara laiq görülmuşdur.
2003-2004-cü tədris ilinə kafedrada 30 tələbə TEC-ə cəlb edilmişdir, onlardan 16 nəfəri elmi-tədqiqat işini tam yerinə yetirmişdir, onlardan 4 elmi iş I müalicə-profilaktika fakültəsinin TEC-in 33-cü konfransına məsləhət görulmüşdür. Təqdim olunan bütün elmi işimiz fakültə konfransında ATU-nun 72-ci yekün tələbə elmi cəmiyyətinin konfransına tövsiyyə olunmuş və həmin işlər Universitet üzrə konfrnasda I və II dərəcəli diplomlara laiq görülmüşlər.
Kafedra əməkdaşlarının əsas əsərləri:
1. Неотложная помощь при острых отравлениях ядом гюрзы Методические рекомендации. Баку 2001, 20 с; Азизов В. А., Эфендиев И. Н.
2. Неотложная помощь при острых отравлениях ядом гюрзы. Методические рекомендации. Баку. 2001, 20 с ,Азизов В. А. Эфендиев И. Н.
3. Применение плазмафереза и гипербарической оксигенации в комплексном лечении острых инъекционных отравлений ядом гюрзы Методические рекомендации. Баку. 2001, 20 с.,. Азизов В. А Эфендиев И. Н.
4. Kəskin zəhərələnmələr zamanı yekun intoksikasiya indeksinin hesablanması Удостоверение на рационализаторское предложение. № 405 от 19. 05. 2001. Əzizov V.Ə
5. KƏSKİN ZƏHƏRLƏNMƏLƏR Bakı. 2001196 s. Əzizov V. Ə. Əfəndiyev İ. N. Əmrahova L. Q
6. PARAKARDİOLOGİYA. Bakı. 2002 il380 s. Alimetov S. N. Əzizov V. Ə. Əliyev A. S
7. Tibbi terminlərinin izahlı lüğəti. Bakı. 2002 il100 s. Əzizov V. Ə. Quliyev O. A. Əlixanova Z. Ə. Mirzəyev T. A.
8. Хронический бронхит. Методическая разработка. Баку. 2002,24 с. Азизов В. А, Али-заде Л. И. Мурадова С. Р.
9. Острая и хроническая пневмония. Методическая разработка. Баку. 2002,32 с. Азизов В. А, Али-заде Л. И., Мурадова С. Р..
10. Бронхиальная астма. Методическая разработка. Баку. 2002. 26 с. Азизов В. А,. Али-заде Л. И, Мурадова С. Р.
11. Плеврит. Методическая разработка. Баку. 2002. 27 с. Азизов В. А., Али-заде Л. И., Мурадова С. Р.
12. Инфаркт миокарда. Методическая разработка. Баку. 200232 с. Азизов В. А., Алекперова А. К. Рагимова А. С.
13. Гипертоническая болезнь. Методическая разработка. Баку. 2002. 38 с. Азизов В. А. Эфендиева Л. Г. Ибрагимова Ш. Г.
14. Xroniki ürək jatışmazlığı. Monoqrafiya. Bakı. 2002. Əzizov V. A. 150 s.
15. Миокардит. Методическая разработка. Баку. 200220 с. Азизов В. А. Али-заде Л. И , Мурадова С. Р.
16. Нейроциркуляторная дистония. Методическая разработка. Баку. 2002. 16 с. Азизов В. А., Мамедова Ф. Д ,Али-заде Л. И., Мурадова С. Р.
17. Инфекционный эндокардит. Методическая разработка. Баку. 2002. 24 с. Азизов В. А., Али-заде Л. И., Мурадова С. Р.
18. Стенокардия. Методическая разработка. Баку. 2002. . 35 c. Азизов В. А., Али-заде Л. И., Мамедова С. С.
19. Кардиомиопатии. Методическая разработка. Баку. 2002. 23 c. Азизов В. А. Иса заде Д.Г. ,Рзаева О. И., Курбанова Х. И.
20. Ревматизм. Методическая разработка. Баку. 2002. 27 c. Азизов В. А. Али-заде Л. И. Мурадова С. Р.
21. Хроническая почечная недостаточность. Методическая разработка. Баку. 2002. 20 c. Азизов В. А. ,Рагимова А. С., Алекперова А. К.
22. Эмфизема легких. Методическая разработка. Баку. 2002. 15 c. Азизов В. А., Мамедова Ф. Д. ,Али-заде Л. И., Мурадова С. Р.
23. Тромбоэмболия легочной артерии. Методическая разработка. Баку. 2002.
22 c .Азизов В. А, Мамедова Ф. Д., Али-заде Л. И. ,Мурадова С. Р.
24. Симптоматические артериальные гипертонии. Методическая разработка. Баку. 2002. 50 c. Азизов В. А, Эфендиева Л. Г., Ибрагимова Ш. Г.
25. Бронхоэктатическая болезнь. Методическая разработка. Баку 2002. 15 с. Азизов В.А., Асад-заде Р.М., Али-заде Л.И., Мурадова С.Р.
26. Ревматоидный артрит. Методическая разработка. Баку 2002. 53с Азизов В.А., Иса-заде Д.Г., Азизбекова С.А., Рзаева О. И.
27. Нагноительные болезни легких. Методическая разработка. Баку 2002. 14с. Азизов В. А., Али-заде Л. И., Мурадова С. Р.
28. Перикардиты. Методическая разработка. Баку 2002. 35 с. Азизов В. А., Али-заде Л. И., Мамедова С.С.
29. Бронхообструктивный синдром. Методическая разработка. Баку 2002. 18 с. Азизов В. А., Султанова М.Б, Али-заде Л. И., Мурадова С. Р.
30. Хроническое легочное сердце (ХЛС). Методическая разработка. Баку. 2002. 19с. Азизов В. А., Али-заде Л. И., Мурадова С. Р.
31. Неспецифический язвенный колит (НЯК). Болезнь Крона. Методическая разработка. Баку .2002. 24 с. Азизов В. А., Алиханова З.Э., Али-заде Л. И., Мурадова С. Р.
32. Хронический колит. Хронический энтерит. Методическая разработка. Баку. 2002.36 с. Азизов В. А., Алиханова З.Э., Али-заде Л. И., Мурадова С. Р.
33. Приобретенные пороки сердца. Методическая разработка. Баку.2002.69 с. Азизов В. А., Гурбанова Х.И., Ибрагимова Ш.С., Эфендиева Л. Г.
34. Цирроз печени. Методическая разработка. Баку 200227 с Азизов В. А. , Алиханова З.Э., Шахбазбекова С.К. ,Али-заде Л. И.
35. Sarılıq sindromu. Monoqrafiya. Bakı. 2001208 s. V.Ə. Əzizov ,S. Alimetov, Q. Kərimli, X. Qurbanova.
36. Аритмии и блокады сердца. Методическая разработка. Баку. 2002. 91с. Азизов В. А., Керимли Г.А. ,Юсиф-заде Л.К. ,Али-заде Л. И., Мурадова С. Р.
37. Гепатиты. Методическая разработка. Баку 2002. 15с. Азизов В. А., Курбанова Х.И., Азизбекова С.А.37. Kəskin böyrək çatışmazdığı. Metodik işləmə. Bakı-2003. 15s V.Ə.Əzizov. Ç.Əhmədov Ş.S.İbrahimova
38. Böyrəklərin polikistozu. Metodik işləmə. Bakı-2003. 6 s. V.Ə.Əzizov, Ç.Əhmədov,,Ş.S.İbrahimova
39. Kəskin pielonefrit. Metodik işləmə. Bakı-2003. 15s. V.Ə.Əzizov, Ç.Əhmədov, Ş.S.İbrahimova
40. Xroniki pielonefrit. Metodik işləmə. Bakı-2003. 14s. V.Ə.Əzizov., Ç.Əhmədov., Ş.S.İbrahimova.
41. Böyrəklərin amiloidozu. Metodik işləmə. Bakı-2003. 13s. V.Ə.Azizov, Ç.Əhmədov, Ş.S.İbrahimova.
42. Kəkin qlomerulonefrit. Metodik işləmə. Bakı-2003. 16s. V.Ə.Əzizov,. Ç.Əhmədov, Ş.S.İbrahimova.
43. Xroniki qlomerulonefrit. Metodik işləmə. Bakı-2003. 16s. V.Ə.Əzizov, Ç.Əhmədov, Ş.S.İbrahimova.
44. Böyrəkdaşı xəstəliyi. Metodik işləmə. Bakı-2003. 21s. V.Ə.Əzizov, Ç.Əhmədov, Ş.S.İbrahimova.
45. Xroniki böyrək çatışmazlığı. Metodik işləmə. Bakı-2003. 16s. V.Ə.Əzizov, Ç.Əhmədov, Ş.S.İbrahimova.
46. Синдром лихорадки. Методическая разработка, Баку – 2003. 27 c Азизов В.А., Исазаде Д.Г., Рзаева О.И., Азизбекова С.А.
47. Kliniki Toksikoloqiya. Bakı-2004.282 s V.Ə.Əzizov İ.M. Əfəndiyev A.S. Maqsudov
48. Laborator müayinələrin normal və patoloji göstəriciləri. Bakı – 2005. 216s. V. Əzizov, Ş. İbrahimova ,X. Qurbanova, İ. Nəsirov, S Alimetov.
49. Kardiofunksional yük sınaqları. Bakı – 2005, 96 s, V. Ə. Əzizov, O. A. Quliyev, X.Ə. Nəsibova.
Hazırda kafedranın professor-müəllim heyəti- Kafedra müdiri -1 ,Professor -2, Dosentlər -10 ,Assistentlər-24, Baş laborantlar-3, Laborant-1, Baş preparator-1, Prepatarator-1 Xadimə -2 ,Aspirant-2.
Müalicə işi - Kafedranın yerləşdiyi 1 saylı şəhər klinik Tibbi Mərkəz xəstəxanasında 225 çarpayılıq bazamızda müntəzəm olaraq xəstələri müayinə edir və müalijə işini təşkil edirik. Kafedranın professor və dosentləri qrafik üzrə I, II və VII-ji terapiya şöbələrində müntəzəm olaraq həkimlərin və tələbələrin iştiraki ilə xəstələrə baxış keçiririk, diaqnostika və müalicə taktikası üzrə tövsiyyələr veririk. Həmçinin xəstəxanın diqər şöbələrində həkim məsləhətçi kimi fəaliyyət göstəririk.
Kafedramızda eləcədə ölüm hadisələri ciddi sürrətdə təhlil olunur, səhvlər əşkərlanır və həkimlərə düzqün nəticələr çıxartmaq üçün tövsiyyələr verilir. Ayda bir dəfədən qec olmayaraq müəllimlərin, xəstəxana həkimlərinin və tələbələrin aktiv iştiraki ilə klinik təhlillər keçiririk.
Praktik səhiyyəyə həmişə diqqət və qayğı göstəririk. Xəstələrə yüksək ixtisaslı tibbi yardım göstərmək məqsədi ilə mən hər il kafedra əməkdaşları ilə birgə Respublikamızın ayrı-ayrı bölgələrində (Masallı, Lənkəran, Astara, Jəlilabad, Goranboy, Naftalan rayonları, Naxçıvan MR), qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdığı yerlərdə (Aşağı Ağçakənd) oluram, xəstələri müayinə edir və ehtiyacı olanlara tibbi yardım göstərir və tövsiyələr verirəm. İmkansızları müvafiq dərman preparatları ilə təmin edirik. Regionlarda həkimlər üçün müasir təbabətin aktual problemlərinə həsr olunmuş seminarlar keçirir və onları yeni tibbi ədəbiyyatlarla təmin edirik.
O cümlədən, 2003-2004-cü tədris ilində kafedranın əməkdaşları əvvəlki illərdə olduğu kimi respublika səhiyyə orqanlarına müalicə-profilaktik köməyi göstərilməkdə davam etmiş və öz fəaliyyətini xeyli artırmışlar. Həmin tədbirlər əvvəlki illərdə olduğu kimi Cəlilabad – Masallı -Lənkəran rayonlarında kafedra əməkdaşlarından prof. Əzizov V., dos Kərimli Q., dos. Quliyev R., ass. Əfəndiyev İ., ass. Yusivov D., ass. Əhmədov C., ass Nuriyev A., ass. Əsgərov M. iyul ayında briqada şəklində olmuşlar. Cəlilabad mərkəzi xətxanasında, Lənkəran rayonunun Şağlaser kəndində, Masallı rayon mərkəzi xəstəxanasında və Boradigah qəsəbə xəstaxanasında 800-dən artıq xəstələrə təmənasız müayinə və mualicə işləri aparmışlar. Həmin tədbir zamanı Cəlilabad və Masallı mərkəzi xəstəxanalarında Fransanın «Servye»-firması ilə birgə keçirilmiş elmi-praktik konfransda professor V.Ə. Əzizov Avropa Kardioloqlar Assosiasiyasının və Amerika Kardioloqlar Çəmiyyətlərin tövsiyəsi əsasında hazırlanmış «Stenokardiyanın müasir müalicəsi» mövzusunda mühazirə oxunmuş və yeni dərman preparatları haqqında dəyirmi massa keçirmişdir. İmkansız xəstələrə dərman preparatları pulsuz paylanmışdır.
Son beş illdə V.Əzizovun rəhbərliyi altında 1 doktorluq (elmi məsləhətçi – ə.e.x. Abbas Axunbəyli) və 7 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq və 4 namizədlik dissetasiyasıları sınaq müdafiəsindən keçmiş və açıq müdafiəyə tövsiyə olunmuşdur. Hazırda V.Əzizovun rəhbərliyi altında 4 doktorluq və 7 namizədlik dissertasiya işləri davam etdirilir.
Kafedra 155 məqalə çap edilmişdir.
|