Axtarış:
Kafedralar > II daxili xəstəliklərin propedevtikası kafedrası
     Ünvan: AZ1072, Bakı, Fətəli xan Xoyski küçəsi 101, 5 saylı şəhər klinik xəstəxanası. Telefon: 564-09-92, 564-12-05.
     Kafedra müdiri – 1989-cu ildən kafedraya rəhbərlik edir t.e.d., professor, əməkdar həkim, Respublikanın Baş Allerqoloqu Məmmədov Cəbrayıl Teymur oğlu.
     Kafedranın əsası 1933-cü ildən qoyulmuş, kafedra 4 saylı F.Əfəndiyev adına şəhər klinik xəstəxanasında yerləşmiş, kafedra müdiri, prof. V.A.Tarnoqradski olmuşdur.
     Kafedraya rəhbərlik etmişlər: 1933-1944 prof. V.A.Tarnoqradski, 1944-1947 prof. P.S.Şteyn, 1947-1970 prof. G.M.Bayşeva-Zeynalova, 1970-1979 prof. M.M.Abdullayev, 1979-1980 prof. R.A.Yusifov, 1980-1984 prof. M.N.Sultanov, 1984-1989 dosent T.S.Ağamalıyev.
     Kafedranın elmi problemləri: «Allergologiya və immunologiya», «Pulmonologiya».
     Kafedra əməkdaşlarının əsas əsərləri:
     1. Allerqologiya (dərslik). Bakı 1983, 5 çap vərəqi. Müəlliflər: P.D.Kats, C.T.Məmmədov.
     2. Tənəffüs sistemi xəstəlikləri. Bakı 1995, (monoqrafiya). 2005-ci ildə kitab yenidən işlənərək latın qrafikası ilə çap edilmişdir. Müəllif: C.T.Məmmədov.
     3. Daxili xəstəliklərin propedevtikası (dərslik) Bakı 1997, 2003-cü ildə kitab yenidən işlənərək latın qrafikası ildə dərc edilmişdir. C.T.Məmmədov. M.M.Ağayev, G.C.Hacıyev
     4. Qaraciyər və öd yolları xəstəliklərində laborator-instrumental müayinə üsulları. Bakı 2004, Ə.İ.Mikayılov.
     Bundan əlavə kafedra əməkdaşları son 10 ildə 8 tibbi metodik göstəriş və 1 tədris metodik göstəriş çap etdirmişlər.
     Kafedranın ştatı 1 professor, kafedra müdiri, 3 dosent, 7 assistent, onlardan 4 nəfər tibb elmləri namizədidir, 2 nəfər baş laborant, 5 nəfər texniki işçilərdən ibarətdir.
     Son 10 ildə 5 namizədlik dissertasiyası müdafiə edilmiş, növbəti 5 ilə 1 doktorluq və 1 namizədlik işi planlaşdırılmışdır.
     Son 15 ildə 500-ə yaxın elmi məqalə və tezislər, o cümlədən 60 tezis və məqalə xarici ölkələrdə çap olunmuşdur.
     1972-ci ildə prof. C.T.Məmmədov tərəfindən Respublikada ilk allerqoloji kabinet açılmaqla (5 №-li klinik xəstəxanada) böyüklərə allerqoloji xidmətin əsası qoyulmuşdur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |