Axtarış:
Kafedralar > I uşaq xəstəlikləri kafedrası
     Ünvan: AZ-1078, Bakı, Nəsimi rayonu, S.Vurğun küçəsi 956 məhəllə
     Kafedra müdiri: t.e.d., professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Adilə Əvəz qızı Namazova, 1968-ci ildən kafedraya başçılıq edir.
     Kafedranın əsası qoyulub 1947-ci ildə qoyulub.
     Kafedraya 1947-50-ci illərdə prof. Ə.F.Qarayev, 1950-68-ci illərdə t.e.n.,dosent A.N.Əmircanov rəhbərlik etmişlər. 1968-ci ildən akademik A.Ə.Namazova rəhbərlik edir.
     Elmi problemləri: Uşaqlarda ürək qan-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası.
     Kafedra əməkdaşlarının əsas əsərləri+:
     A.Ə.Namazova. Uşaqlarda revmatizmin fəal dövründə ürək və damar sisteminin funksional vəziyyəti. Moskva. 1959.
     A.Ə.Namazova. Sağlam uşaqlarda ürək qulaqcıqlarının cərəyan fəallığının vektor kardioqrafiyası. SSRİ Dövlət kəşf və icad etmə komitəsi. Moskva. 1964. Vəsiqə № 59038.
     A.Ə.Namazova. Uşaq ürəyinin elektrokimoqrafiyası. SSRİ Dövlət kəşf və icad etmə komitəsi. Moskva. 1964. Vəsiqə № 49040.
     A.Ə.Namazova. Mədəcikarası qüsurun vektorkardioqrafik diaqnostikası. SSRİ Dövlət kəşf və icad etmə komitəsi. Moskva. 1964. Vəsiqə № 44500.
     A.Ə.Namazova.Arterial axacağın vektorkardioqrafiyası. SSRİ Dövlət kəşf və icad etmə komitəsi. Moskva. 1964. Vəsiqə № 49039.
     A.Ə.Namazova. Хирургия перегородки сердца. Monoqrafiya. Moskva. Medgiz. 1967.
     A.Ə.Namazova. Ürək arakəsmələrinin qüsurları. Monoqrafiya. Bakı. Azərnəşr. 1967.
     A.Ə.Namazova. Uşaq xəstəlikləri - dərslik. Bakı. Maarif. 1972.
     A.Ə.Namazova. Qaraciyər, öd yollarının xəstəlikləri zamanı mübarizə üsulları və uşağın qidalanması. Monoqrafiya. 5 ç.v. Bakı. Azərnəşr. 1976.
     A.Ə.Namazova. Azərbaycanda uşaqlar arasında endokrin xəstəlikləri. Bakı. Monoqrafiya. 5 ç.v. Azərnəşr. 1979.
     A.Ə.Namazova. Uşaqlarda və yeniyetmələrdə birincili arterial hipotoniya. Monoqrafiya. 10 ç.v. Bakı. «Elm». 1979.
     A.Ə.Namazova. Proteolitik fermentlərin ingibatorlarının və antikinin preparatlarının pediatriyada tətbiqi. Metodik tövsiyə. 3 ç.v. Bakı. 1980.
     A.Ə.Namazova. Azərbaycan tibb elminin vəziyyəti və inkişaf perspektivləri. Moskva. 1983.
     A.Ə.Namazova. Pediatrın resept məlumat kitabı. 14 ç.v. Bakı. 1985.
     A.Ə.Namazova. Elmi tədqiqat işlərinin planlaşdırılmasının əsas prinsipləri və təcrübəyə tətbiqi. Bakı. 1987.
     A.Ə.Namazova. Pediatrların proqramlaşma ilə təhsili. Bakı. 1990.
     A.A.R.Abdullayev. Uşaqlarda kritik hallar və təxirəsalınmaz müalicə. 25 ç.v. Bakı 1999, 2000.
     Namazova A.Ə., Tağızadə T.Q. Bir yaşa qədər uşağın qidalandırılması. 2 ç.v. Metodik vəsait. Naxçıvan. 2000.
     Namazova A.Ə. Hüseynova Z.H. Təbabətin etik prinsipləri. I hissə. Metodik vəsait. 2 ç.v. Bakı. Elm. 2002.
     Этические принципы в медицине. Метод. пособие. I часть. 2 п.л. Баку, Элм. 2002. Ethics prinsips of medicin. Baku. 2002.
     Namazova A.Ə. Mustafayev X.C. Bruselyoz. Metodik vəsait. Bakı. 2002.
     Namazova A.Ə., Mustafayev X.C. Uşaqlarda sidik saxlaya bilməməyin (enurezinin) müalicəsi. Metodik vəsait. 2 ç.v. Bakı. 2003.
     Namazova A.Ə., Hüseynova Z.H., Tağızadə T.Q. Evtanaziyanın bioetik prinsipləri. Broşura. 2 ç.v. Bakı. Elm. 2003.
     Namazova A.Ə., Hüseynova Z.H. Uşaqlarda bronxit və pnevmoniyanın klinika və müalicəsinə müasir baxışlar. 3,5 ç.v. Naxçıvan. 2003.
     Namazova A.Ə., Əliyev Q. Təbabət etikası. Monoqrafiya. 15 ç.v. Bakı. 2004.
     Namazova A.Ə. Vitaminlərin bioloji xüsusiyyətləri, defisiti və hipervitaminoz. Monoqrafiya. 3 ç.v. Naxçıvan. 2006.
     Namazova A.Ə., Mustafayev X.C., Tağızadə T.Q. Uşaqlarda ürək xəstəlikləri. Monoqrafiya. 12 ç.v. Bakı. 2006.
     Namazova A.Ə., Mustafayev X.C. Sağlam uşaqların qidalandırılması. Metodik vəsait 3 ç.v. Bakı. 2006.
     Əməkdaşların sayı - 35. Onlardan Tibb elmləri doktoru - 2, Tibb elmləri namizədi - 13, Professor - 2, Dosent - 4, Assistent - 23, Aspirant -1, Baş laborant - 2, Klinik ordinator - 1, Preparator - 2.
     Kafedrada 6 doktorluq dissertasiyası, 50 namizədlik dissertasiyası müdafiə edilmişdir.
     3000-dən artıq elmi məqalə çap edilmişdir.
     İlk dəfə olaraq anadan gəlmə ürək qüsurlarının klinik gediş xüsusiyyətləri, ağ ciyər hipertenziyası öyrənilib, təsnifatı tərtib edilib, ürəkdə cərrahi əməliyyata göstəriş, əks göstəriş təklif olunub. İlk dəfə olaraq bu kafedrada neyroendokrin laboratoriyası təşkil olunaraq normada və müxtəlif xəstəliklər zamanı uşaq və yeniyetmələrdə endokrin sisteminin vəziyyəti öyrənilib. Uşaqlarda hipo- hipertonik xəstəliklər zamanı əsas endokrin vəzilərin funksional vəziyyəti, biogen amillərin və lipid mübadiləsinin xüsusiyyətləri öyrənilmişdir. Bakı şəhəri və Azərbaycanın başqa regionlarında uşaq və yeniyetmələrdə arterial qan təzyiqin normativ göstəriciləri işlənib hazırlanmışdır. Arterial hipertoniyası olan uşaqlar-da böyrəküstü vəzinin qabıq maddəsinin vəziyyəti, serotonin, 50YU turşusu. aldestronun sutkalıq ekskresiyası, qalxanvari vəzinin fəallığı öyrənilmiş, eləcə də bu xəstəliklər zamanı simpatiko-adrenal sistemin vəziyyəti qiymətləndirilmişdir. Uşaqlarda arterial hipertoniyanın klinik xüsusiyyətləri aydınlaşdırılıb, təsnifat işlənib, təklif olunub, müvafiq müalicə sxemləri işlənilmişdir.
     Respublikada ilk dəfə Uşaqlarda ürək qan-damar sisteminin xəstəlikləri, hiper-hipotonik vəziyyətlərin öyrənilməsində aparılan tədqiqatlardakı böyük nailiyyətlərinə görə kafedranın müdiri və bir qrup əməkdaşı Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, Əməkdar həkim adına layiq görülmüşdür. Uşaqlarda revmatik xəstəliklərin öyrənilməsinə xüsusi diqqət yetirilərək, bu və bir sıra xəstəliklərdə (Pnevmoniya, sepsis, toksikozlar) kallekreinkinin sisteminin komponentləri tədqiq edilmişdir.
     İlk dəfə olaraq Azərbaycanda qaçqın və məcburi köçkün uşaqlar arasında antropometrik göstəricilər, lipid-immun, ürək qan-damar sisteminin vəziyyəti tətbiq edilib.
     İlk dəfə olaraq uşaqlarda birləşdirici toxumanın diffuz xəstəlikləri zamanı həzm orqanlarının vəziyyəti öyrənilmişdir. İlk dəfə olaraq birləşdirici toxumanın sistem xəstəliklərində hormonla preparatların və venadaxili immunoqlobulinlərin yeni üsulla tətbiqi həyata keçirilmişdir.
     Son illərdə kafedrada təbabətin etik prinsipləri və deontologiyaya aid məsələlər geniş şəkildə öyrənilir və müasir tibbə tətbiq olunur. Bu sahədə Beynəlxalq dövlətlər səviyyəsində seminarlar, konfranslar təşkil olunub.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |