
Ünvan: AZ0022, Bakı, Mirgasımov küçəsi 1.
Kafedranın müdiri - t.e.d. Əməkdar müəllim, professor Mahalov Ş.İ.-1991-ci ildən kafedra müdiridir.
Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur, nə vaxt ki professor Ş.N.Davidenkovun rəhbərliyi altında Bakı Universitetinin tibb fakültəsi nəzdində psixonevrologiya kafedrası yaranmışdır .Bu dövrdə üç doktorluq dissertasiyası müdafiə edilmişdir.
1925-1945-ci illərdə, 5 il ərzində nevrologiya kursunun, 1930-cu ildən etibarən isə müstəqil sinir xəstəlikləri kafedrasının rəhbəri professor M.M.Ammosov olmuşdur. Bu dövrdə iki doktorluq və bir namizədlik dissertasiyası müdafiə edilmişdir.
1945-ci ildə M.M.Ammosovun nevrologiya üzrə dərsliyi, 1946-cı ildə isə "Kəskin virus ensefaliti" adlı monoqrafiyası dərc edilmişdir.
1946-1948-ci illərdə kafedraya M.M.Məlikov başçılıq etmişdir. Onun "Böyüklərin kəskin, yarımkəskin və xroniki poliomieliti" adlı monoqrafiyası çap edilmişdir.
1949-1962-ci illərdə kafedranın rəhbərliyi professor A.V.Feyzullayeva həvalə olunmuşdur. Onun rəhbərliyi ilə 14 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1963-1967-ci illər ərzində sinir xəstəlikləri kafedrasına professor S.H.Axundov rəhbərlik etmişdir Onun 3 monoqrafiyası çapdan çıxmışdır. Prof. S.H.Axundovun rəhbərliyi ilə iki doktorluq dissertasiyası müdafiə edilmişdir.
1967-1989-cu illərdə nevrologiya kafedrasına professor Z.M.Salayeva rəhbərlik etmişdir. .0, 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. Z.M.Salayevanın rəhbərliyi altında 3 doktorluq, 9 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1989-1991-ci illərdə kafedranın müdiri vəzifəsinə professor T.Q.Qədirova təyin edilmişdir.
1991-ci ildən 1-ci nevrologiya və tibbi genetika kafedrasına t.e.d., professor Şərif İslam oğlu Mahalov rəhbərlik edir.
Onun rəhbərlik etdiyi dövrdə kafedrada prioritet olaraq irsi sinir-əzələ, piramid və ekstrapiramid xəstəliklərin, serebro-vaskulyar patologiyanın, epilepsiyanın öyrənilməsinə geniş yer verilmişdir. Professor Mahalovun rəhbərliyi altında 1 doktorluq və 5 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hal-hazırda 3 namizədlik dissertasiyası yerinə yetirilir. Professor Mahalov Ş.İ. Ümumdünya nevroloqlar assosiasiyasının Azərbaycan bölməsinin və epilepsiya ilə mübarizə liqasının prezidentidir.
Hal-hazırda kafedranın elmi problemləri epilepsiyanın, beyin qan dövranın pozulmalarının və irsi xəstəliklərin öyrənilməsinə yönəlmişdir.
Kafedra əməkdaşlarının əsas əsərləri:
l. "Epidemik ensefalit-əsmə ilə keçən iflic." Davidenkov S.N. 1922-ci il.
2. "Malyariya psixozları." Perelman 1923-cü il.
3. "Baş beyin xəstəlikləri zaman lipidlərin öyrənilməsinə aid materiallar." M.M.Ammosov 1923-cü il.
4. "Baş beyin müxtəlif xəstəliklərində damar kələflərinin patogistoloji öyrənilməsi". V.E.Perebinos 1923-cü il.
5. "Baş beyin patoloji prosesləri zaman yaranan arxaik pəncə. " Feyzullayev A.V. 1936-cı il.
6. "Böyüklərin kəskin, yarımkəskin və xroniki poliomieliti. " Məlikov M.M. 1938-ci il.
7. Periferik sinirlərin travmatik zədələnmələrinin diaqnostikası və müalicəsi." Axundov S.Q. 1956-cı il.
8. Onurğa beyninin və fəqərə sütununun şişlərinin klinikası, diaqnostikası və müalicəsi." Axundov S.Q. 1960-cı il.
9. "Baş beyninin cisticerkozunun klinikası, diaqnostikası və müalicəsi." Axundov S.Q. 1965-ci il.
10. "Baş beynin yarımkürələrinin şişlərinin klinikası və diaqnostikası." Axundov S.Q. 1965-ci il.
11. "Arxa kəllə çuxurunun şişlərinin klinikası və diaqnostikası." Axundov S.Q. 1968-ci il.
12. "Neyrocərrahiyyənin Azərbaycanda inkişafının tarixi." Axundov S.Q. 1972-ci il.
13. "Nevrologiyadan praktikum." Salayeva Z.M. 1966-cı il.
14. "Sinir xəstəlikləri." Salayeva Z.M. 1968-ci il.
15. "Azərbaycanda hemorragik ensefalit." Salayeva Z.M. 1968-ci il.
16. "Qapalı kəllə-beyin travmalar zamani beyin kötüyünün retikulyar formasiyasının funksional və struktur dəyişiklikləri." Yunusov Y.M. 1970-ci il.
17 "Sinir-əzələ sisteminin irsi xəstəliklərinin epidemiologiyası və fenotipik polimorfizmi." MahalovŞ.İ. 1986.
18. "Dağınıq sklerozun diaqnostik və patoginetik mexanizmləri", R. Şirəlieva. 1995 il.
Kafedra əməkdaşlarının sayı, elmi dərəcələri:
l. Mahalov.Ş.İ.- t.e.d. professor, kafedra müdiri.
2. İmanova S.S.- t.e.n. dosent.
3. QuluzadəN.Ə.- t.e.n. dosent.
4. Məmmədbəyov F.N.-t.e.n. dosent.
5. SultanovaF.A.-t.e.n. dosent.
6. Mahmudova D.B.-t.e.n. dosent.
7. Bayramova F.M.-asistent.
8. Məmmədova T.Ş.-t.e.n.asistent.
9. AxundovaN.K.-t.e.n. asistent.
l0. Nəbiyev T.M.-t.e.n. asistent,kafedranın tədris üzrə müdiri.
11. Xəlilova D.M.-asistent.
12. Əbkbərova S.P.-asistent.
13. Bədəlova Y.T.-t.e.n. asistent
14. Mahalova V.Ş-baş laborant
15. Quluzadə Ş.N.-baş laborant
16. Axundova A.F.-baş laborant.
17. Musayeva Q.R.-baş laborant.
18. Əmənullayev N.İ.-klinik ordinator.
19. Əsgərova Ş.Y.-klinik ordinator.
20. Hüseynova T.Ə.-klinik ordinator.
Kafedranın əsası qoyulan gündən etibarən 13 doktorluq və 38 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Bu dövrdə 1442 məqalə çap olunmuşdur.
Kafedra yaranan gündən о Azərbaycan nevrologiyasının əsas kliniki, elmi və pedagoji mərkəzi olmuşdur. Kafedrada epidemik ensefalitin atipik formalarının öyrənilməsinə (M.M.Ammosov), beyin qan dövranının pozğunluqlarına, sinir xəstəliklərinin yerli kurort faktorları ilə müalicəsinə, kortiko-niqral əlaqələrin və zeytun arası təbəqənin təsvirinə (A.V.Feyzullayev), epilepsiyanın problemlərinin araşdırılmasına, və neyroonkologiyanın inkişafına (S.M.Axundov), baş beyin və onurğa beyninin neyroinfeksiyalarının və damar xəstəliklərinin ayrı-ayrı aspektlərinin işıqlandırılmasına(Z.M.Salayeva) geniş yer verilmişdir.
Professor Mahalov Ş.İ. tərəfindən Azərbaycanda ilk dəfə irsi xəstəliklərin epidemiologiyası öyrənilib, sinir-əzələ sisteminin, piramid və ekstrapiramid xəstəliklərin fundamental araşdırmaları aparılıb. Bir sıra xəstəliklərin tipik formaları ilə yanaşı, nadir hallarda təsadüf edilən forma və variantlarının da olduğu aşqar edilmişdir (Xantinqton xoreyası ,X-xromosomu ilə ilişikli miodistrofiya xoş xassəli gedişi, Nevral amiotrofiya). Xantinqton xoreyası zamanı yaranan hiperkinezlərin patoqinezində katexolaminlərin rolu haqqında orijinal konsepsiya irəli sürülmüşdür, Tomsen xəstəliyin yeni müalicə üsulu təklif edilmişdir.
|