Axtarış:
Kafedralar > I mamalıq-ginekologiya kafedrası
     Ünvan: AZ1168229, Bakı, Yusif Səfərov küc 12. Resp. Doğum Evi. Tel. 490-73-62, 490-20-41; (əsas baza); AZ0078 , Bakı, Mir-Qasımov küc,1. KTM-in mamalıq və ginekoloqiya şöbələri tel. 495-39-19 (II baza).
     T.e.n., dosent Leyla Rəhim-qızı Kərimova 2003-cü ildən etibarən bu günə kimi kafedraya rəhbərlik edir.
     1919-20-ci illərdə Bakı Universitetində təşkil olunmuş mamalıq və ginekoloqiya kafedrasına prof.t.e.d. M. Mir –Qasımov rəhbərlik edir. 1920 ildə Bakıya Petroqraddan dəvət olünmüş mama-ginekoloq t.e.d. prof. F.N.İlyin həmən kafedraya, sonralar isə 1930 ildə Az. Tibb İnstitutunun mamalıq və ginekoloqiya kafedrasına rəhbərlik edir. 1932 ildə kafedra əməkdaşlarından ibarət II mamalıq və ginekoloqiya kafedrası (indiki I kafedra) Əzizbəyov adına 1 s. doğum evində təşkil edilir və bu kafedraya müdir həmin doğum evinin müdiri t.e.d. prof. M. Hacıqasımov seçilir və 1959 ilə qədər bu kafedraya rəhbərlik edir. Bu dövrdə bir çox alimlər dəstəsi (prof. A.N. Hüseynov, prof. S.X. Nəzərli, prof. Ə.X. Şahtaxtinskaya, Atayev, Ağabəyov, dos. A.Sultanova, prof. C.B.Axundov və s. yetişir.
     1959-1968-ci illər ərzində kafedraya prof. A.N. Hüseynov, 1968-1976-ci ilə qədər dos. A. Sultanova, 1976-1991 ilə qədər isə t.e.d. prof.T.C.Mehdiyeva, 1991-1992-ci illərdə t.e.n. dos. Z.M. Topçubaşova, 1993-cü ildən bu günə qədər isə t.e.n., dos. L.R. Kərimova kafedraya rəhbərlik edir. Prof. A.N. Nüseynovun rəhbərliyi dövründə kafedrada bir çox alimlər və təcrübəli müəllimlər (t.e.d.prof. X. İsmayılov , t.e.d. prof. N. Şəmsəddinskaya, dos. X. Rzaquliyeva, dos. H. Qanbay, dos. A. Mayılova, dos. T. Əhmədova, dos. Ə. Rəşdiyev, dos. L.R. Kərimova, dos. T.Paliy, dos. t.e.n. İ. Mustafayev, t.e.n. F. Məmmədova, t.e.n. F. Səfərova, t.e.n. T. Əliyeva, t.e.n. T. Şirinova və s.) yetişmişdir. T.e.d. prof. T.C. Mehdiyevanın rəhbərlik etdiyi dövr ərzində t.e.n. S. Quliyeva, t.e.n. C. Mirbağırova, t.e.n. N. Poladova yetişmişlər.
     1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən 35-ə qədər aktual problemlərə dair dissertasiya işləri yerinə yetirilmişdir. Bunlardan 3 doktorluq, 27 namizədlik işlərindən 15 iş tamamlanmış, 9 işin (1 dokt.) sınaq müdafiələri keçirilmiş, 10 iş (2 dokt.) isə tamamlanmaq üzrədir. Kafedra əməkdaşları (2005-2010 ildə) KKƏ-nin strukturası, texnologiyası və ana-perinatal göstəricilərinin yaxşılaşdırılmasına həsr edilən yeni planlı iş üzərində işləyir.
     T. Əhmədova, T.C. Mehdiyeva «Mamalıq fantomu» (B. Azərnəşr, 1985 az dilində), L.R. Kərimova «Cərrahi ginekologiya» dərsliyi (2003, Nafta-Press az. dilində 330 səh.); L. R. Kərimova, X.M. Mirzəyeva «Mamalıq və ginekoloqiya termin, simptom, və sindromların izahlı lüğəti» (B. Muəl. Nəşriyyatı2003, latın, azərb., rus, türk dillərində; Həman II dərcin 5 dildə- ingilis dili əlavələrlə çapa hazırdır); N.M. Kamilova «Azərb. Resp. müxtəlif regionlarında perinatal ölümün azalma yolları» (2006. Nafta-Press, az. dili) dərç olunub.
     Kafedrada 25 müəllim və baş laborant (6), klinik ordinator (5), aspirant (1) çalışır. T.e.n. dos.- 6 nəfər, t.e.n. assistent-10, elmi dərəcəsiz assistent- 9 nəfərdir.
     Kafedrada son 15 il ərzində 14 namizədlik dis. müdafiə olunub, t.e.n. elmi adı alınıb, bunların 4 nəfəri praktik təbabətdəndir. 1 doktorluq, 9 namizədlik dissertasiya işi müdafiə üçün təqdim olunub, 10 namizədlik, 2 doktorluq işləri tamamlanmaq üzrədir.
     Kafedrada bu illər ərzində 450- dən çox məqalə, 15-ə qədər metodik tövsiyyə, 3 dərslik və dərc vəsaiti dərc olunub.
     Mamalıq və ginekologiyada yeni cərrahi-modifikasiya üsullarından 6 səmərələşdirici təklifin vəsiqəsi (L.R. Kərimova, M. İsmayılova, İ. Sultanova, N. Kamilova, N. Tahirbəyova), 2 yeni müalicə üsullarının səmərələşdirici təkliflərin vəsiqələri (Ş. Şahbazov, İ. Sultanova) alınmışdır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |