
Ünvan: AZ0022 Bakı, Mirqasımov küç. 1, Kliniki Tibbi Mərkəz, 1 korpus, I-III-IV mərtəbə, tel. 495-49-45, 495-49-23, 95-53-26.
 Ə.e.x., prof. Abbas Axunbəyli Əhməd oğlu 1991-ci ildən birləşmiş yeni I Daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri vəzifəsində işləyir.
Kafedra 1969-cu ildən 1 saylı Bakı şəhər kliniki xəstəxanasında akademik C. Abdullayevin rəhbərlik etdiyi I-hospital terapiya kafedrası tərkibindən ayrılıb (H.M. İsazadə - prof. kafedra müdiri, Z.Ə. Tağı-zadə – prof., Ə.H. Mehdiyev dos., E.B. Mahmudbəyova dos.) II-hospital terapiya kafedrası kimi fəaliyyətə başlamış, I müalicə fakültəsinin tələbələrinə daxili xəstəliklər fənnini IV-V-VI kurslarda tədris etmişdir. 1974-cü ildən ilk dəfə olaraq ADTİ-də anesteziologiya və reanimatologiya kafedrası ə.e.x., prof. Axunbəyli A.Ə. tərəfindən yaradılmış, yaradıldığı ilk gündən bu günə qədər kafedrada Tibb Universitetinin bütün fakültələri sonra isə 1985-ci ildən I və II müalicə fakültəsinin tələbələri təhsil alır.
Terminal vəziyyətlərin klinikası və müalicə üsullarını, ağrısızlaşdırmanın müasir növlərinin öyrənilməsi üzrə tədqiqat işləri aparılmışdır. Tədrisdə əsas diqqət orqanizmin pozulmuş həyati funksiyalarının nəzarətinə və bərpasına ayrılır. Ona görə də pedoqoji proses müalicə, elmi-tədqiqat və tərbiyə işi ilə müştərək aparılır. Kafedra Respublika üçün ilk anestezioloq-reanimatoloq kadrların hazırlığında və bu sahənin inkişafında xüsusi rol oynamışdır. 1985-ci ildən II hospital terapiya kafedrasının adı I Daxili xəstəliklər kafedrası adlandırılaraq 1991-ci ildən anesteziologiya - reanimatologiya kafedrası ilə birləşdirilmişdir və kafedra I Daxili xəstəliklər və reanimatologiya kafedrası adlandırılmışdır.
Kafedraya 1969-1990-cı illərdə prof. İsazadə H.M., 1991-ci ildə prof. Baxşəliyev A.B., 1991-ci ildən (birləşdikdən sonra) bu günə qədər ə.e.x., prof. Axunbəyli A.Ə. rəhbərlik edir.Kafedraya 1969-1990-cı illərdə prof. İsazadə H.M., 1991-ci ildə prof. Baxşəliyev A.B., 1991-ci ildən (birləşdikdən sonra) bu günə qədər ə.e.x., prof. Axunbəyli A.Ə. rəhbərlik edir.
Kafedranın elmi fəaliyyəti ürək-damar sistemi xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, məsələlərinə həsr olunmuşdur.
Kafedra əməkdaşlarının əsas əsərləri: 1. İsazadə H.M., Əlimərdanov F.İ. – Kliniki elektrokardioqrafiya, 1981. 2. İsazadə H.M., Bəşirov Ə. – Peşə etiologiyalı tənəffüs orqanlarının xəstəlikləri. 3. Axunbəyli A.Ə., Qorin E.E. – Kliniki toksikologiyanın əsasları, 1985. 4. İsazadə H.M., Talıbov F.Y., Tağı-zadə Z.Ə. – Revmatologiya. 1 hissə, 1989. 5. Axunbəyli A.Ə., Alimetov S.N. – "Daxili xəstəliklər" I nəşr, 1992. 6. Talıbov F.Y. – Revmatologiya 2 hissə, 1995. 7. Axunbəyli A.Ə., Alimetov S.N. - "Daxili xəstəliklər" II nəşr, 1998. 8. Axunbəyli A.Ə., Hüseynov D.Y. – Farmakoterapiyanın əsasları, Bakı 2001. 9. Baxşıyev M.M. – "Ürək damar sistemi zədələnməsi üstünlüyü ilə gedən irsi xəstəliklər" Bakı, 2004 (rus dilində).
Kafedrada 34 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 4 nəfər t.e.d. professor, 8 nəfər t.e.n. dosent, 12 nəfər t.e.n. assistent 6 nəfər assistent, 5 nəfər baş laborant vəzifəsində çalışır.
Kafedrada 7 elmlər doktoru və 50-dən çox tibb elmləri namizədi dissertasiyası müdafiə etmişdir.
Son 35 ildə kafedrada 1200-dən çox məqalə, 20-dən dərslik və dərs vəsaiti, 90-dan çox tədris metodik göstəriş nəşr edilmişdir.
ə.e.x., prof. Axunbəyli A.Ə. 1966-cı ildən Respublika Səhiyyə Nazirliyinin baş mütəxəssisi kimi Səhiyyə idarələri üçün çox saylı reanimatologiya və anesteziologiya mütəxəssisləri yetişdirmişdir.
|