
Ünvan: AZ1025, Bakı, Y.Səfərov 19, tel. 4901215. Kafedra M.Əfəndiyev adına 2 saylı klinik xəstəxananın terapiya şöbəsində yerləşir.
Kafedra müdiri: t.e.d., professor Y.Z.Qurbanov –1993-cü ildən kafedraya başçılıq edir.
Kafedra 1935-ci ildə yaradılıb (2 saylı xəstəxananın terapiya şöbəsinin bazasında). 1938-ci ilə qədər propedevtik terapiya kafedrasının filialı kimi, 1938-ci ildən isə sərbəst kafedra kimi fəaliyyət göstərir. Ali tibb təhsilində kliniki fənnlərin tədrisi III kursdan başlanır və ilkin fənn kimi «daxili xəstəliklərin propedevtikası» hesab edilir. Propedevtika fənni tələbələrə xəstənin ən əsas və vacib sayılan klassik müayinə üsullarını, eləcə də xəstəliklərin semitikasını və onların diferensiasiyasını öyrədir, tibbi deontologiya əsasında həkim şəxsiyyətinin peşəkar xüsusiyyətlərini, başqa sözlə həkim təfəkkürünün formalaşmasını təmin edir.
Kafedranın ilk rəhbəri prof.P.S.Şteyn olmuşdur. Üzun müddət (1944-1985-ci illər) əməkdar elm xadimi, professor, tanınmış korifey-terapevt M.M.Əfəndiyev kafedraya rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Respublika kliniki təbabətin bir çox sahələri üzrə elmi tədqiqat işləri aparılmış, bir sıra namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. Kafedranın əməkdaşları Azərbaycan təbabətinin tarixinin ilk tədqiqatçıları olmuş azərbaycan dilində tibbi terminologiyanın əsaslarını tərtib etmişlər. Bundan sonra kafedraya ayrı-ayrı dövrlərdə (1985-1987), prof.R.T.Fərmanov, (1987-1993) prof. M.Ə.Mizə-zadə rəhbərlik etmişlər. 1993-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Səhiyyə Nazirliyinin baş terapevti, professor Y.Z.Qurbanov rəhbərlik edir. Onun rəhbərliyi altında «Daxili xəstəliklərin propedevtikası» fənninin tədrisinin keyfiyyətini artırılması və təşkilinin düzgün qurulması istiqamətində bir çox tədris-metodiki işləmələr, tövsiyyələr hazırlanmış, «Daxili xəstəliklərin propedevtikası» adlı azərbaycan dilində dərslik çapdan çıxmışdır. Hazırda yeni «Daxili xəstəliklərin propedevtikasının məqsədi və klassik müayinə üsulları» adlı dərsliyin tərtibi yekunlaşmaqdadır.
Kafedranın elmi problemləri:
1993-1995 illərdə - «Ürəyin işemik xəstəliyinin patogenezinin və müalicəsinin aktual problemləri, şəkərli diabetin bəzi araşdırmaları».
1996-2001 illərdə - «Ürəyin limfadrenajının stimulyasiyası və ÜİX-nin profilaktika, reabilitasiya, patogenez və müalicəsinin aktual problemləri».
2001-2006 illərdə - «II tip şəkərli diabet zamanı ÜİX-nin epidemiologiyası, kliniki gedişi və patogenezinin bəzi xüsusiyyətlərinin öyrənilməsi, yeni müalicə və profilaktika prinsiplərinin araşdırılması».
2006-2011 illər- «Metabolik sindrom - diaqnostik kriteriyaları və bu zaman ÜİX-nin patogenezinin, kliniki gedişinin xüsusiyyətləri, rastgəlmə tezliyi və müalicə prinsiplərinin öyrənilməsi».
Kafedra əməkdaşlarının əsas əsərləri:
1. M.Ə.Əfəndiyev – Konçalovski «Daxili xəstəliklərin propedevtikası» və M.V.Çerporutski «Daxili xəstəliklər diaqnostikası» kitablarının (1948) tərcüməsi.
2. M.Ə.Əfəndiyev – «İstisuyun bağırsaqların hərəki funksiyasına təsiri», 1934.
3. M.M.Ağayev–Применение лекарственных препаратов при почечной недостаточности, 1980.
4. M.M.Ağayev – Патогенез, диагностика и лечение нарушений сердечной деятельности при хронической уремии, 1980.
5. Y.Z.Qurbanov – Применение лития карбоната при ишемической болезни сердца и действие его на состояние свертывающей системы крови, Методические рекомендации, 1981.
6. M.Mirzəzadə – Endokrinologiya, 1993.
7. M.M. Ağayev – Нарушение сердечно-сосудистой системы при хронической почечной недостаточности, 1989.
8. Y.Z.Qurbanov, A.A.Nəsibli- Применение реоглюмана в комплексном лечении больных стенокардией и постинфарктным кардиосклерозом, 1991.
9. M.M. Ağayev – Böyrək xəstəliklərinin semiotikası və diaqnostikası, 1993.
10. Y.Z.Qurbanov – Ürək xəstəlikləri, 1995.
11. Y.Z.Qurbanov- Daxili xəstəliklərin təsnifatı və diaqnostik meyarları, 1996.
12. Y.Z.Qurbanov- Daxili xəstəliklərin propedevtikası, 1997.
13. M.M.Ağayev - Daxili xəstəliklərin propedevtikası, 1997.
14. R.F.Təhməzov – İridodiaqnostika, 1998.
15. R.F.Təhmazov - Теоретические и практические основы современной, 2000.
16.Y.Z.Qurbanov – Xəstəlik tarixinin yazılma sxemi, 2001.
17. Y.Z.Qurbanov, A.A.Nəsibli – Ümumi kliniki laborator müayinə üsullarının tədrisinə dair, 2001.
18. Y.Z.Qurbanov- Xəstənin klinik müayinəsi, 2001.
19. R.F.Təhməzov – Müasir Şərq təbabəti, 2002.
20. M.M.Ağayev - Daxili xəstəliklərin propedevtikası, 2003.
Kafedranın əməkdaşları:
1. Qurbanov Y.Z.- t.e.d., professor, kafedra müdiri.
2. Ağayev M.M.- t.e.d., professor.
3. Təhməzov R.F.- t.e.d., professor.
4. Adıgözəlova F.Y.- t.e.n. dosent.
5. Nəsibli A.A. - t.e.n., dosent.
6. Əfəndiyev İ.Z.- t.e.n., assistent.
7. Rzayeva R.Ə.- assistent.
8. İsgəndərov B.M.- assistent
9. Hüseynov C.H.- assistent.
10. Əliyeva F.M. .- assistent.
11. Əlixanova S.Ə.- assistent.
12. Şirinov M.Y.- assistent.
13. Məmmədova İ.M.- assistent.
14. Qabulova R.İ.- t.e.n., assistent.
15. Novruzova M.S.- assistent.
16. Qasımova E.Q.- baş laborant.
17. Musayeva T.M.-baş laborant.
Kafedranın əsası qoyulan gündən 11 doktorluq və 43 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Bu dövrdə 1258 məqalə çap olunmuşdur.
Daxili xəstəliklərin propedevtikası kafedrası təşkil edildiyi vaxtdan (prof.M.Ə.Əfəndiyev) Azərbaycan kurortologiyanın inkişafı sahəsində geniş elmi-tədqiqat işləri aparmışdır. İlk dəfə klinikada (A.Nəsibli və Y.Qurbanov) Ürəyin limfodrenajının stimulyasiyasına aid elmi-tədqiqat işləri aparılmış, ÜİX-yi zamanı vacib patogenetik müalicə prinsipləri işlənib tərtib edilmiş. Prof.Y.Z.Qurbanovun rəhbərliyi altında II tip şəkərli diabet zamanı ÜİX-nin epidemiologiyası, kliniki gedişi və patogenezinin bəzi xüsusiyyətlərinin öyrənilməsi, yeni müalicə və profilaktika prinsiplərinin araşdırılması problemi üzrə elmi-tədqiqat işləri aparılır, yeni diaqnostik kriteriyalar tərtib edilmişdir.
|