Axtarış:
Dekanlıq > İstehsalat Təcrübəsi dekanlığı
     Ünvan: AZ0022 Bakıxanov küç., 23. Telefon: 495-43-41.
     DEKAN : dos. ƏLİYEV Ş.X.
     Yüksək ixtisaslı tibbi kadrların hazırlamansında İstehsalat təcrübəsi Tibb Universitetinin tədris proqramında xüsusi yer tutur.
     1932/33 illərdə İstehsalat təjrübəsi fasiləsiz olaraq bütün kurslarda keçirilmişdir. Ali tibbi təhsil 1930/40-cı illərdə əvvəlcə 4 illik, sonralar isə 5 illik olmuşdur.
     Müalicə- profilaktika fakultəsinin I kurs tələbələri tədris ilinin sonunda kiçik tibb işçisi, II kursda daxili xəstəliklərdən (uşaq xəstəlikləri, sinir, dəri- zöhrəvi xəstəlikləri də daxil olmaqla), cərrahiyyədən (desmurgiya ilə) və mama- ginekologiya üzrə feldşerlik və nəhayət IV kursda həkim köməkçisi proqramları üzrə istehsalat təcrübəsi keçmişlər.
     1932- ci ildən fəaliyyət göstərən Pediatriya fakultəsinin (1934- cü ilə qədər bu fakultə "Ana və uşaqların mühafizəsi" fakultəsi adlanırdı) I kursunda tələbələr kiçik tibb işçisi , II kursda uşaq xəstəxanalarında orta tibb işçisi proqramı üzrə, III kursu bitirmiş tələbələr terapiya və cərrahiyyə klinikalarında , doğum evlərində, uşaq xəstəxanalarında, IV kursda isə subordinator kimi istehsalat təcrübəsi keçmişlər. Həkim diplomu almamış 50 günlük istehsalat təcrübəsini rayon xəstəxanalarında keçmişlər.
     Tibbi- profilaktika fakultəsinin (əvvəl Sanitar- profilaktika, sanitar- gigiyena fakultəsi adlanıb) tələbələri I kursda tibb idarələrində kiçik tibb işçisi, II kursda sanitar- gigiyenik müəssisələrində, həmçinin içtimai və qida sənaye müəssisələrində laborant, III kursda sanitar- epidemioloji idarələrdə və 20 gün müalicə idarələrində orta tibb işçisi kimi , IV kurs tələbələri 3 ay kolxoz, sovxoz və istehsalat müəssisələrində epidemioloji dəstələrdə sanitar həkim, 3 həftə isə müalicə idarələrində həkim köməkçisi kimi istehsalat təcrübəsi keçmişlər.
     1932-33- cü illərdən başlayaraq istehsalat təcrübəsi III kursdan sonravə IV kursdan V kursa keçərkən saxlanılmışdır. 1938-39-cü illərdən isə yalnız sonuncu kursda istehsalat təcrübəsi saxlanılmış, qalanları isə tədris planından çıxarılmışdır.
     Tibb elminin nəzəri və təcrübi aspektlərinin inkişafı ilə əlaqədar tibb təhsili 6 ilə qədər uzadılır və 1946- ci il qəbulundan sonra 6 illik təhsil keçmiş SSRİ ərazisində bərqərar oldu.
     1991-ci ildə Müstəqil Azərbaycan Respublikası özünün "Təhsil qanunu"nu qəbul etdi. Keçmiş Sovetlər Birliyində və müasir dövrlərdə ali tibb təhsili bir daha öyrənilərək, gələcək həkim və əczaçı kadrların hazırlamasında istehsalat təcrübəsinin rolu və yeri bir daha müəyyənləşdirildi.
     Ali tibb və əczaçı təhsilində aparılan istehsalat təcrübəsi Respublika səhiyyə Nazirliyinin diqqət mərkəzində duran məsələlərdəndir.
     Son illərdə Elmi- tədqiqat , Müalicə- profilaktika , Sanitar- gigiyenik və Əczaçılıq müəssisələrinin strukturunda baş vermiş dəyişikliklərlə əlaqədar, eləcə də Tibb Universiteti tələbələrinin təcrübi hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "N.Nərimanov adına ATU-nun tələbələrinin istehsalat təcrübəsi keçmələri üçün bazaların təsdiq edilməsi barədə"29.12.1987- ci il tarixli 495 saylı əmri öz qüvvəsini itirmiş hesab edilməklə, Səhiyyə Nazirliyi tərəfindən 16 may 1996-ci il tarixli 92 saylı, 23 may 2002-ci il tarixli 59 saylı əmrlər verilmişdir. Bu əmrə əsasən Bakı şəhərində 13 Elmi- tədqiqat müəssisəsi, 83 müalijə- profilaktika müəssisəsi, 12 gigiyena- epidemioloji mərkəzi, kliniki xəstəxanalar nəzdindiki apteklər daxil olmaqla 45 əçzacılıq müəssisələri, Respublika ərazisində 64 tibb müəssisələri istehsalat təcrübəsi keçmək üçün ATU tələbələrinin istifadəsinə verilmişdir. Son illərdə istehsalat təcrübəsi dekanlığı tərəfindən tələbələr və təcrübəyə rəhbərlik edən müəllimlər üçün xüsusi yaddaş kitabçaları işlənilib hazırlanmışdır.
     Tədris planına müvafiq olaraq "Müalicə işi" ixtisası üzrə təhsil alan tələbələr 3 il yay istehsalat təcrübəsi keçirlər. III kursu müvəffəqiyyətlə bitirmiş tələbələr yay imtahan sesiyasından sonra ümumi cərrahiyyə və daxili xəstəliklərin propedevtikası fənnlərinin tədrisi vaxtı əldə etdikləri nəzəri və təcrübi bilikləri möhkəmləndirmək məqsədilə, həmçinin orta tibb işçilərinin vəzifə borclarına aid təcrübi işlərlə daha sıx əlaqədə olmaq məqsədilə 4 həftə müddətində şəhər xəstəxanalarının cərrahi və terapevtik profilli şöbələrində "Orta tibb işçisi" proqramına müvafiq istehsalat təcrübəsi keçirlər.
     IV kursun sonunda nəzərdə tutulan 4 həftəlik "Sahə həkiminin köməkçisi" proqramı üzrə istehsalat təcrübəsi şəhər poliklinikalarında keçirilir.
     Müalicə- profilaktika fakultəsinin V kursunu bitirmiş tələbələr 6 həftə müddətində "Terapiya", "Cərrahiyyə" və "Mamalıq- ginekologiya" ixtisasları üzrə həkim köməkçisi kemi şəhər və rayon xəstəxanalarında istehsalat təcrübəsi keçirlər. Hər ixtisasa 2 həftə vaxt ayrılmaqla müvafiq olaraq cərrahiyyə və terapiya şöbələrində , doğum evlərində stasionar şəraitində təcrübə keçirilir.
     Pediatriya fakultəsində təhsil alan tələbələr tədris proqramına müvafiq olaraq Müalicə- profilaktika fakultəsində olduğu kimi 3 il müddətində istehsalat təcrübəsi keçirlər.
     III kursun sonunda uşaq xəsitəliklərinin propedevtikası, daxili xəstəliklərin propedevtikası və ümumi cərrahiyyə fənnləri üzrə nəzəri bilik əldə edən tələbələr "Xəstə uşaqlara qulluq" proqramı üzrə uşaq xəstəxanalarında 4 həftə istehsalat təcrübəsi keçirlər.
     Fakultənin IV kursunu bitirmiş bütün tələbələr uşaq poliklinikalarında "Ərazi uşaq həkiminin köməkçisi" proqramı üzrə 4 həftəlik istehsalat təcrübəsi keçirlər.
     Aparılan yeni islahatlarla əlaqədar son 5 ildə Pediatriya fakultəsinin tələbələri V kursu bitirdikdən sonra "Pediatriya" ixtisası üzrə təcrübə keçirlər. Uşaq xəstəxanalarında keçirilən 2 həftəlik ixtisas təcrübəsi ilə yanaşı Müalicə- profilaktika fakultəsinin tələbələri ilə eyni qaydada hərəsi 2 həftə müddəti olmaqla "Cərrahiyyə", "Terapiya" və "Mamalıq" ixtisasları üzrə istehsalat təcrübəsi keçirilir.
     Ümumiyyətlə V kursu bitirmiş tələbələri rayonlara istehsalat təсrübəsinə göndərərkən, onlar kollektivlərdə sanitariya- maarifi işinin təşkilində, elmi- praktiki konfransların keçirilməsində fəal iştirak edirlər.
     Tibbi- profilaktika və Tibbi- biologiya fakultəsində yeni islahatlarla əlaqədar istehsalat təcrübəsi 2 istiqamətdə- ixtisas və müalicə işləri üzrə aparılır.
     kursun sonunda Şəhər və Rayon Gigiyena və Epidemioloji Mərkəzlərdə "Laborant " proqramı üzrə 2 həftə müddətində , III kursun sonunda "Orta tibb işçisi" proqramı üzrə 2 həftəlik, IV kursun qış imtahan sesiyasından sonra "Terapiya" və "Cərrahiyyə" ixtisasları üzrə 2 həftə müddətində həkim köməkçisi proqramı üzrə, IV kursun sonunda isə gigiyena və Epidemioloji Mərkəzlərdə həkim köməkçisi proqramı üzrə istehsalat təcrübəsi keçirlər.
     Tibbi- biologiya ixtisası üzrə I kurs tələbələri 4 həftə müddətində Elmi Tədqiqat Mərkəzinin bazasında "Eksperimental heyvanlara qulluq" proqramı üzrə tədris istehsalat təcrübəsi, III kursu bitirdikdən sonra 2 həftə müddətində "Orta tibb işçisi" proqramı üzrə, IV kursun tələbələri yay imtahan sesiyasından sonra "Biokimya" ixtisası üzrə biokimyəvi laboratoriyalarda, "Biofizika" ixtisası üzrə Respublika Diaqnostika Mərkəzində 4 həftə müddətində istehsalat təcrübəsi keçirlər.
     Tədris proqramındaki yeni islahatlardan sonra Stomatologiya fakultəsinin II kurs tələbələri yay imtahan sesiyasından sonra "Stomatoloci xəstəliklərin profılaktikası" proqramı üzrə uşaq stomatoloji poliklinikalarda 2 həftəlik, III kursun qış sesiyasından sonra 2 həftə müddətində "Orta tibb işçisi" proqramı üzrə, III kursun sonunda 3 həftə müddətində "Terapevtik stomatologiya" proqramı üzrə ,IV kursun qış imtahan sesiyasındlan sonra 2 həftə "Cərrahi stomatologiya" proqramı üzrə, IV kursun sonunda 3 həftəlik "Ortopedik stomatologiya" ixtisası, V kursun qış imtahan sesiyasından sonra "Uşaq stomatologiyası" üzrə istehsalat təcrübəsi keçirlər.
     Əczaçılıq fakultəsinin tədris proqramında aparılan dəyişiliklərlə əlaqədar istehsalat təcrübəsi proqramında da bəzi dəyişiliklər aparılmışdır.
     Fakultənin II kurs tələbələri yay imtahan sesiyasından sonra 2 həftə propedevtik aptek təcrübəsi, III kursun qış imtahan sesiyasından sonra "Həkimə qədərki yardım" proqramı üzrə 2 həftə müddətində Təcili Yardım Xəstəxanasında, III kursun sonunda "Dərman bitkilərinin yığılması və becərilməsi" proqramı üzrə 3 həftəlik, 2 həftə müddətində "Dərman formalarının texnologiyası" proqramı üzrə şəhər apteklərində, IV kursda "Hazır dərman formalarının texnologiyası" proqramı üzrə 2 həftəlik zavod təcrübəsi, 2 həftə müddətində "Əczaçılıq kimyası" və "Əczaçılıq iqtisadiyyatının təşkili" proqramları üzrə zavod və aptek təcrübəsi keçirlər.
     İstehsalat təcrübəsinin gedişinə metodiki rəhbərlik və nəzarət Tibb Universitetinin müvafiq kafedralarının əməkdaşları və baza rəhbərləri tərəfindən aparılır.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws