AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
07.10.2019
Hamiləlik zamanı vərəm aşkarlanarsa...

Vərəm ağır xəstəlik olsa da, müalicə olunur. Bəzən isə hamiləlik zamanı qadınların vərəm olduğu aşkarlanır. Belə düşüncələr də səslənir ki, vərəm olan qadınlar hamilə qala bilməz. Halbuki, hamiləlik aktiv vərəmin və erkən müalicə olunan qadınların risk dərəcəsini artırmır. Bunu Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrası Ağciyər vərəmi və hamiləlik tibb üzrə fəlsəfə doktoru Səbinə Babayeva deyir.

 

Doktor S.Babayeva bildirir ki, hamiləlik zamanı vərəmin yayılması regiondan və əhalinin sıxlığından asılıdır: «Əgər vərəmin ağır forması hamiləliyin sonunda və zahılıq dövründə proqressivləşirə, bu, çox işləmək, pis qidalanmaq, hamiləlik vaxt xroniki yorulmaqla əlaqədardır. Bu zərərli faktorların birləşməsi immunitetin aşağı düşməsinə, vərəm prosesinin kəskinləşməsinə xidmət edir”.

 

Doktor qeyd edir ki, vərəmin ən çox rast gəlinən forması ağciyərdə prosesin olmasıdır. Qadınların yarısında bu proses simptomsuz keçir: «Amma digər yarısında xəstəlik subfebrilent, öskürək, tərləmə və çəkinin azacıq da olsa, artması ilə müşayiət olunur. Vərəmin digər formaları - meninqit, böyrəklərin zədələnməsi, sümük vərəm kimi hallarda nadirən rast gəlinir”.

 

S.Babayevanın sözlərinə görə, hamiləlik zamanı vərəm aşkar olunan qadını mütləq risk qrupuna daxil etmək lazımdır. Vərəmli hamilələrdə Manty reaksiyası 48 və 72 saatdan sonra dəri reaksiyasını qiymətləndirmək lazımdır: “Lakin bu zaman müsbət nəticə aktiv patoloji prosesin başlandığı göstərmir. Sonra da müayinə lazımdır -bəlğəmin vərəm mikrobakteriyasına əkilməsi,döş qəfəsinin rentgenoloji müayinəsi (qarın nahiyəsinin ekranlaşdırılması ilə) diqqətlə aparılmalıdır. Diaqnoz bəlğəmdə vərəm mikrobakteriaysının aşkar olunub-olunmamasına əsasən qoyulur.

 

Vərəm təsdiqlənən zaman izoniazid və etambutal təyin edilir. Proses çox ağır formada gedərsə, və yaxud göstərilən dərmanlara rezistentlik yaranarsa, onda I trimestrdən sonra rifamisin təyin olunur. Streptamisin dölün VIII kəllə sinirinin zədələnməsini verir. Müalicə ftiziatorun nəzarəti altında ciddi olaraq aparılır. Bəlğəmində vərəm mikrobakteriyası aşkar olunan qadınlar vərəm əleyhinə dispanserdə yatmalıdır.

Əgər aşağıdakı hallar müşahidə olunarsa, onda 12 həftəliyə qədər hamiləlik pozulması məsləhətdir:

-müalicə pis tabe olan, ağciyərdə yayılmış destruktiv proses olduqda;

-əvvəlki hamiləlikdə prosesin kəskinləşməsi;

-sor 2 ildə miliar vərəm, yaxud meninqit keçirdikdən sonra;

-yanaşı gedən xəstəliklər varsa - böyrək, diabet və ürək damar çatışmazlığı;

-gec dövrdə hamiləliyin pozulması.

 

Vərəmli xəstələrdə doğuş ayrı şöbədə və ya müəssisədə aparılır. Əgər qadın hamiləliyin sonunda, doğuş anında vərəm əleyhinə terapiya alıbsa, ciftin histoloji müayinəsinin aparılması vacibdir. Əgər vərəm mikrobakteriyaları ifraz olunmazsa, döşlə qidalanmaya icazə verilir. Əks halda, yenidoğulmuş izolə olunur və süni qidalanır.

 

S.Babayeva deyir ki, bəzi hallarda döl də infeksiyaya yoluxa bilər. Bu, o hallarda baş verir ki, döl infeksiyaya yoluxmuş dölyanı mayeni udsun. Yaxud yoluxma doğuş vaxtı da ola bilər. Ümumilikdə isə dölün yoluxması çox nadir hallarda baş verir və adətən yenidoğulmuş praktik sağlam olur. Belə körpələri doğuşdan sonrakı ilk 6 həftə ərzində BCJ ilə vaksinasiya etmək lazımdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı