AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
02.10.2018
“Süd vəzi axardaxili papilloma və axardaxili xərşəng diaqnozundan öncə pasientlər mütləq duktoqrafiya müayinəsindən keçməlidir”

“Süd vəzi axardaxili papilloma və axardaxili xərşəng diaqnozunu qoymamışdan əvvəl pasientlər mütləq duktoqrafiya müayinəsindən keçməlidir”. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının aparıcı mammoloq-radioloqu, Avropa Radioloji Dərnəyinin həqiqi üzvü, ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı Günel Qəmbərova belə deyir. Onun sözlərinə görə, duktoqrafiya müayinəsi Azərbaycanda ancaq Tibb Universitetinin Tədris Terapevtik Klinikasında aparılır.

 

Duktoqrafiya barədə məlumat verən G. Qəmbərovanın bildirdiyinə görə, bu, süd vəzi axarlarının kontrastlı müayinə metodudur: “Müayinə vasitəsilə axarların konturları,vəziyyəti, tip və kalibrisi barədə məlumat veririk. Heç bir müayinə süd vəzi axarlarını bu müayinə vasitəsi kimi dəqiq informativliklə göstərə bilmir. Əgər süd vəzi axarlarında patoloji sekresiya, qanlı, qəhvəyi, irinli ifrazat gəlirsə, seroloji müayinə və mütləq duktoqrafiya müayinəsi aparılmalıdır. Bu, yeganə metoddur ki, axacaqdaxili papiloma, pappilomatozu, süd vəzi axacaqdaxili xərçəngi göstərə bilir”.

 

G. Qəmbərovanın sözlərinə görə, USM və mammoqrafiyada, eləcə də həkimin vizual və palpator baxışı zamanı pasientdə heç bir kütlə görünmürsə, buna baxmayaraq, ifrazat gəlirsə, burda yeganə üsul duktoqrafiyadır: “Bu, əsas olaraq axacaqdaxili hər bir problemi, onların yerləşməsini, forma və ölçüsünü və axarın hansi lokalizasiyada yerləşməsini ən dəqiq təyin edən müayinə metodudur”.

 

Doktor Günel Qəmbərova qeyd edir ki, bu müayinə həkimdən çox həssaslıq və incəlik tələb edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı