AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
29.08.2018
ATU həkimləri 10 faiz şansı olan xəstəni əməliyyat etdilər

Yaşlı qadında daxili orqanların törəməsi çıxarılıb

Azərbaycan Tibb Universitetinin həkimləri mürəkkəb əməliyyatı icra etməklə ölkəmizin səhiyyə tarixində daha bir uğura imza atmış olublar. 67 yaşlı qadının daxili orqanlarını bürümüş törəmə uğurla çıxarılıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun sözlərinə görə, 67 yaşlı xəstədə qarın nahiyəsinin sol tərəfində küt ağrılardan şikayətlə klinikaya daxil olub: Xəstənin qəbzliklə bağlı problemləri var idi. Bəlli oldu ki, xəstənin retroperitondan inkişaf edən böyük bir törəməsi var. Törəmənin dalağa, yoğun bağırsağa və sol böyrəyə, sol böyrəküstü vəziyə bitişdiyi aşkarlandı. Xanım bizdən əvvəl bir neçə klinikada ətraflı müayinələrdən keçibmiş.Xəstənin yanaşı ağır ürək problemləri var idi. Xanımın vəziyyətini kritik hesab etdikləri üçün digər klinikalarda xəstəni cərrahi əməliyyat etməkdən imtina etmişdilər”.

 

A.Namazovun sözlərinə görə, xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etdikdə bir neçə gün qidalanması pozulduğundan, üzülmüş vəziyyətdə olub: “Bir neçə gün müvafiq hazırlıq verildikdən sonra xəstə və yaxınlarına bütün əməliyyat riskləri izah edilərək, əməliyyata qərar verildi. Çünki xəstədə ciddi dərəcədə qaraciyər çatışmazlığı var idi.Böyük cərrahi riski qiymətləndirərək xəstəni əməliyyata aldıq. Xəstə böyük anestezioloji və cərrahi risklə əməliyyat olundu. Retroperitoneal nahiyədə inkişaf edən törəmə N blok şəklində xaric olundu. 6 saat davam edən əməliyyat zamanı dalaqla sol böyrək, sol böyrəküstü vəz və yoğun bağırsağın sol hissəsi - yəni sol tərəfli hemikolektomiya icra edildi. Xəstəyə transverzostoma formalaşdırıldı”.

 

Həkim bildirir ki, hazırda xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilir. Xəstə 10 gün sonra evə buraxılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı