AZ RU EN WEBMAIL
Həkimlərimizlə müsahibələr
30.01.2018
Baş ağrısı bir çox həyati təhlükəli xəstəliklərin əlaməti ola bilər

Baş ağrısı cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu Nuridə Tağıyeva deyir ki, bu ağrılar bir çox həyati təhlükəli xəstəliklərin əlamətləri ola bilər.

“Baş ağrısı beynin bir əlamət olsa da, bəzi hallarda beyin şişləri, subaraxnoid qanaxma, menengit, sinusit və ya böyük hüceyrəli arterit kimi həyati təhlükəli xəstəliklərin bir əlaməti də ola bilər. Bu xəstəliklərlə əlaqəsi olmadan yaranan baş ağrısı tablosu birincili baş ağrılarıdır və bunların 90%-ni miqren və gərginlik baş ağrısı və daha çox kişilərdə rast gəlinən "cluster " tipli baş ağrıları təşkil edir”.

Nevroloq miqrenin daha çox qadınlarda, adətən başın bir tərəfində rast gəlinən şiddətli baş ağrısı olduğunu bildirib: “Ağrı zoqquldayıcı xarekterdə, sanki nəbz atar kimi olur. Stress , aclıq,yorğunluq, kəskin qoxular, parlaq işıqlar, yuxusuzluq, menstrual dönəmlər, soyuqlama, mövsüm dəyişiklikləri ağrıları şiddətləndirə bilir. Ağrı zamanı xəstələr işıqdan, səs-küydən narahat olur, ürək bulanma, qusma halları müşahidə olunur. Yatmaqla, başı şal ilə bağlamaqla rahatlıq tapırlar. Ataklar 4-72 saat çəkə bilər”.

Miqrenin diaqnozu barədə danışan nevroloq, bunun nevroloji müayinə və anamnez ilə qoyulduğunu deyib: “Mrt və ya CT ilə diaqnoz qoyulmur, sadəcə digər xəstəlikləri inkar etmek üçün istifadə edilə bilər. Miqren diaqnozu qoyulduqdan sonra ayda 2 dəfə olan ağrılara, atak müalicəsi 2 dəfədən artıq olan baş ağrılarına isə mütləq ən az 3 aylıq proflaktik müalicə tələb olunur”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı