AZ RU EN
Həkimlərimizlə müsahibələr
04.12.2017
Öküz teniyası-Az qızardılmış ət və ya yaxşı qızardılmamış xörəklər yedikdə...

Respublikamızın təbii-iqlim şəraiti, əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin geniş yayılması üçün şərait yaradır.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova dünyada sayı 250-yə çatan helmintozların Azərbaycanda 30-a yaxın növünə rast gəlindiyini deyir.

“Helmintozların klinikasını bilməyib, vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicənin adekvat aparılmaması bu xəstəliklərin əhali arasında geniş yayılmasına səbəb olur. Bu səbəbdən helmintozlar nəinki əhalinin sağlamlığına, əmək qabliyyətinə zərərli təsir göstərir, hətta kənd təsərrüfatının maldarlıq sahəsinə ciddi ziyan vurur. Məsələn, teniarinxoz ocaqlarında finioz xəstəliyinə tutulmuş iri buynuzlu mal-qara arıqlayır, südü azalır, hətta yararsız hala düşür”.

Həkim-qastroenteroloq bu xəstəliyi öküz teniyasının (Taeniar hynchus saginatus) törətdiyini deyib: “Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq 4 ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır, 3-4 aydan sonra isə xəstədən qurdun buğumları xaric olunur. Qurdun uzunluğu 4-15 metrəyə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır. Xəstələrdə vaxtaşırı qurdun axırıncı buğumlardan nəcislə yada sərbəst şəkildə xaricə tökülür və bununla da xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir”.

İ. Əmiraslanova onu da bildirib ki, bu yaxınlarda 46 yaşında qadın belə bir şikayət ilə ona müraciət edib:” Xəstə əsasən ümumi halsızlıq, tənginəfəslik, tez yorulma, iştahanın pozulması, baş ağrıları, ara bir qusma, alt paltarında tez- tez qurd hissəciklərinin xaric olduğunu və qarnında sancı xarakterli ağrıların olduğunu bildirdi. Şikayətləri və nəcisin ümumi müayinəsinin (tenia yumurtalarının aşkarı) əsasında xəstəyə teniarinxoz diaqnozu qoyuldu və müvafiq müalicə təyin edildi. Müalicə nəticəsində qurd baş hissəsi ilə bağırsaqdan xaric olundu”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı