AZ RU EN
Həkimlərimizlə müsahibələr
29.11.2017
Ürək-damar problemləri yaradan səbəblər-stress, şəkərli diabet, təzyiq...

Ürək-damar problemlərinin yaranmasına əsasən şəkərli diabet, piylənmə, təzyiq, stress, böyrək çatışmazlığı və s. kimi xəstəliklər səbəb olur.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov deyir ki, stress ürək problemlərinin yaranmasında başlıca amillərdən biridir.
Onun sözlərinə görə, insanlar fərqli səbəblərdən yaranan stress faktorundan əziyyət çəkirlər.

“Təəssüf ki, ölkəmizdə fərqli səbəblərdən yaranan stress faktoru var ki, bundan da insanlarçox əziyyət çəkirlər. Bu gün ürək problemlərinin yaranmasında stress amili önə keçir. İnsanların özlərini fərd olaraq tanımamaları və özlərinə qarşı laqeyd münasibətləri tək ürəklə bağlı deyil, digər problemlərin də ortaya çıxmasına səbəb olur”.

F.Səmədov deyir ki, təzyiq bu gün cəmiyyətimizdə insanlar arasında kütləvi hal alıb:

“Hətta gənclər belə bundan əziyyət çəkirlər. Hər kəsi düşündürən bir məsələ də tam sağlam bir insanda təzyiqin oynamasıdır. Bu, normal haldır. Cəmiyyətimizdə işçi təzyiqi anlayışı var. Bu qəbul edilən təzyiq normasıdır, bəzi insanlar yalnız sırf şikayəti olduğu halda təzyiqlərini tez-tez ölçdürürlər. Bu gün insult xəstələrinin 90%-i tənzimlənməmiş təzyiqi olan xəstələrdir. Belə insanlar özləri-özlərinə həkim olmaq istəyirlər, amma başa düşmürlər ki, sonradan yaranacaq problemlərin qarşısını almaqda çətinlik çəkəcəklər”.

Kardioloq təzyiq, şəkərli diabet, siqaret istifadəsi, piylənmə, oturaq həyat tərzi ürək-damar problemlərini yaradan başlıca səbəblər olduğunu vurğulayıb: “Əgər təzyiqi olan insanın bir risk amili varsa, bu problemlərdən üçü bir insanda cəmlənərsə, bu, daha ciddi risk amili deməkdir. Bu problemlərə zamanında müdaxilə olunarsa, belə halda yarana biləcək ən ciddi xəstəliklərin qarşısını almış olarıq. Məsələn, 50 yaşında təzyiqi yüksək olan bir şəxs iki həblə təzyiqini normasında saxlaya bilər. Bununla da insult riskini çox kəskin şəkildə azaltmış olar”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı