AZ RU EN
Həkimlərimizlə müsahibələr
07.08.2017
BOTULİNOTERAPİYA - Professor Sədaqət Hüseynova: "Baş ağrılarının və xroniki miqrenin müalicəsində..."

Botulinoterapiya dedikdə, botulotoksin inyeksiyalarının tibbdə müxtəlif xəstəliklərin müalicəsində və estetik təbabətdə istifadəsi nəzərdə tutulur. Nevroloji pozuntuların müalicəsində botulotoksin 30 ildən artıqdır ki, istifadə edilir.

Botulinoterapiya bir neçə onillikdir mövcuddur və bu illər ərzində bütün dünyada millyonlarla insan onunla müalicə olunub. Odur ki, bu gün əminliklə demək olar ki, botulinoterapiya təbabətin əsas prinsiplərindən biri olan “ziyan vermə” prinsipinin tələblərinə tam cavab verir. İlk dəfə botulinotoksin A.Scott tərəfindən 1980-ci ildə göz əzələlərinin patoloji yığılmaları və 1986-cı ildə Fransada M.Marion tərəfindən hemifassial spazmın müalicəsində istifadə edilib. P.Klap isə otolaringoloji praktikada disfoniyaların müalicəsində bundan istifadə edib.

Tibb elmləri doktoru, professor, klinikamızın nevroloqu Sədaqət Hüseynova botulinoterapiyanın nevrologiyada tətbiqi haqqında önəmli bilgilər verib.

-Sədaqət xanım, botulinoterapiya hansı xəstəliklərin müalicəsində istifadə edilir?

-Botulinoterapiyaya əsas göstərişlər local distoniyalar (blefarospazm, hemispazm, oromandibulyar distoniya, spastic boyun əyrililiyi və müxtəlif mənşəli əzələ spastikliyi (uşaq serebral iflici, hemorragik və işemik insultlar insultları, dağınıq skleroz və s.) insultdan sonrakı hemifassial kontrakturalar və s. hesab olunur.
Botulotoksin preparatları həm də gərginlik baş ağrılarının və xroniki miqrenin müalicəsində əvəzolunmaz müalicə vasitəsi hesab edilir. 
Botulotoksin miofassial ağrı sindromlarının (bazu-kürək periartrozu, beldə ağrı, tennisist dirsəyi, üzün miofassial ağrılarında) müalicəsində də geniş istifadə edilir. 
Son illər bütün dünyada lokal hiperlordozların uğurlu müalicə üsulu kimi dəri içi botulotoksin inyeksiyaları populyarlaşmış və günlük praktikaya da daxil edilib.

-Bəs botulotoksin inyeksiyaları necə yerinə yetirilir?

-Hazırda sadalanan bütün xəstəliklər üçün botulinoterapiya metodları, prepataın istifadə qaydaları və dozaları işlənib hazırlanıb. Bir qayda olaraq bu inyeksiyalar xüsusi hazırlıq keçmiş ixtisaslı mütəxəssislər tərəfindən klinik şəraitdə yerinə yetirilir. Adekvat effekt almaq üçün ilk növbədə patologiyaya uyğun inyeksiya zonaları seçilməlidir. Sonra preparat müvafiq tələblərə uyğun şəkildə sulandırılır və qarşıda duran vəzifədən asılı olaraq məsləhət görülən dozalarda dəri içi, əzələ inyeksiyaları şəklində bədənə yeridilir.

Onu da qeyd etmək lazımdır ki, inyeksiayada sonra preparatın əsas effekti 2-3 həftə ərzində formalaşır. Bu müddətdən sonra lazım gəldikdə korreksiya məqsədi ilə müəyyən doza əlavə edilə bilər. Preparatın təsir müddəti 3-6 ay davam edir. Preparatın dozası və inyeksiya zonası düzgün və adekvat seçildikdə yanaşı təsirlər qeyd edilmir.

-Preparatın istifadəsində əsas əks-göstərişlər haqda nə deyə bilərsiniz?

- Preparata qarşı yüksək həssaslığın olması, hamiləlik və südvermə dövrü, habelə sinir-əzələ keçiriciliyinin pozulması ilə gedən nevroloji xəstəliklər (miasteniya, miastenik sindromlar və s.) əks-göstərişlər hesab edilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı