AZ RU EN
Həkimlərimizlə müsahibələr
06.07.2017
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev: “El arasında deyilir ki, guya Azərbaycan xalqı xəstələndikdə, həkimə gec müraciət edirlər. Amma elə deyil...”

ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev Tədris Cərrahiyyə Klinikasında professional cərrahlar yerləşdiyini qeyd edir: “Universitet xəstəxanası bütün dünyada o biri klinikalardan fərqlənir. Fərq ondadır ki, burada professional cərrahlar briqadası olur, bura müraciət edən insanlar da həcmli və mürəkkəb əməliyyatlara məruz qalırlar. Universitet xəstəxanası bütün dövlətlərdə bu rolu oynamaq üçün yaradılır. Azərbaycanda da bu var. Xarici ölkələrdə universitet xəstəxanası daim birinci hesab edilir”.

Bizim xəstəxanada mümkün qədər əməliyyatların çoxunu laporoskopik etməyə üstünlük verdiyini qeyd edən professor bu günün gələcəyin, bu günün və dünənin ən böyük proqramının laporoskopik əməliyyat olduğunu dedi: “Bu əməliyyat növü az invozivdir. Ağrısızdır, həyat keyfiyyəti yüksək olur bu əməliyyatlardan sonra. Bağırsaq xərçəngləri, mədə xərçəngləri, biz artıq bunların hamısını laporoskopik yolla edirik. Deyilir ki, 70 yaşından yuxarı insanlarda laporoskopik əməliyyatlar uyğun deyil. Lakin bizim praktika bunu göstərir ki, 70 yaşdan yuxarı xəstələrdə də laporoskopik əməliyyat icra etmək mümkündür. Bunun üçün də bizim universitet xəstəxanamızda bütün anestesioloji və reanimatoloji xidmət çox yüksək səviyyədədir”.

Mübariz Əliyev həmçinin müqayisə edilərsə, ümumi cərrah olaraq, ona daha çox öd yollarının problemləri ilə əlaqədar olan, daş xəstələlikləri ilə, bağlı əməliyyatlarını icrası üçün müraciət edildiyini dedi: “Günümüzdə əsasən başqa klinikalardan diaqnostik səhvlər nəticəsində, ağırlaşıb bura gələn xəstələrlə çox sıx rastlaşırıq. Biz hərdən deyirik ki, guya Azərbaycan xalqı xəstələndikdə, həkimə gec müraciət edirlər. Amma elə deyil... İtalyan da, alman da, rus da həkimə gec gedir. Bəlkə də elə ən tez gedən bizim millətdir. Lakin, diaqnostik səhvlər olur. Biz öyrəşmişik həmişə müalicə həkiminin səhvlərini araşdırmağa. Amma diaqnostikanın səhvlərini araşdıran yoxdur. Məsələn, o gün bir xəstə gəlib, bir özəl klinikada qastroskopiya edilib, mədəyə baxılıb, nəticə kimi qastrit yazılıb. 3 gün sonra xəstə özünü pis hiss edib, baxdıq ki, mədə xərçəngidir. Yəni bu cür mədədə bu dərəcə yayılmış xərçəngi görmürlər. Xəstə də beləliklə, müalicəsində yubanmış olur. Bununla demək istəyirəm ki, xəstə müraciət edir vaxtında, amma, diaqnostik səhv olur, xəstə boşuna vaxt itirir, müalicəsi səhv gedir”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı