AZ RU EN
Həkimlərimizlə müsahibələr
10.05.2017
ATU-nun Ortopedik stamotologiya kafedrasının asistenti Elmar Babayev:

Bu gün dünya əhalisinin böyük qismi diş və diş əti xəstəliklərindən əziyyət çəkir. Bir çox insan da dişlərə düzgün şəkildə qulluq qaydasından xəbərsizdir. Bu baxımdan dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stamotoli kafedrasının asistenti Elmar Babayev "Report"a açıqlamasında dişlərə düzgün qulluq göstərilməsinin zəruriliyindən danışıb. 

Həkim-stomatoloq bildirib ki, dişləri gün ərzində iki dəfə fırçalamaq lazımdır: "Bu standart şablon qaydadır. Bundan əlavə, dişlərin fırçalanma qaydasına da riayət etmək vacibdir. Adətən, pasiyentlərimiz müraciətlərində dişlərini gündə iki dəfə fırçalasalar da, yenə də kariyesin əmələ gəlməsindən şikayətlənirlər. Əslində, insanların 60-70 faizi dişlərin necə fırçalanması ilə bağlı suala düzgün cavab verə bilmir. Təbii ki, qidalanma da əsas rol oynayır. Karbohidratla zəngin qidalar və içkilər nə qədər çox qəbul olunsa, onda dişlərin strukturunda daşınmalar baş verdiyindən kariyes əmələ gəlir. Belə olduğu təqdirdə pasiyentlər həkimə müraciət etmək məcburiyyətində qalırlar".

Onun sözlərinə görə, hər kəs 6 aydan bir dişlərə qulluqla bağlı stomatoloqa müraciət etməlidir: "Adətən, dişlərin bir-birinə toxunan hissələrində də kariyes əmələ gələ bilər. Bu da fırçanın daha çox girə bilmədiyi yerlər də olur. Bu zaman qidalanmadan sonra xüsusi diş saplarından istifadə etmək lazımdır. Hətta belə hallarda diş əti xəstəlikləri də yarana bilər. Təbii ki, bu zaman peşəkar gigiyena üçün həkimə müraciət etmək lazımdır. Diş əti xəstəliklərində şəxsi gigiyena kömək edə bilmir. Lakin bəzən pasiyent düzgün fırçalamaq qaydalarına riayət etdikdə də diş əti xəstəlikləri ilə bağlı problemlər aradan qalxır. Düzgün fırçalamaq dedikdə fırça ilə yuxarıdan aşağı, yaxud dairəvi hərəkətlər nəzərdə tutulur. Yəni dişin ön hissəsini fırçalamaq lazımdır və bu da dişin üzərindəki ərpi təmizləmək üçündür. Ərpin tam təmizlənməsi üçün dişlərarası şırımların, kontakt nöqtələrin fırçalanmasınınheç bir effekti yoxdur. Dişlərarası şırımlardakı qida qalıqlarını təmizləmək lazımdır. Düzünə fırçalamaqla bunların heç birinə nail olmaq mümkün deyil".

E.Babayev deyib ki, dişlər mütləq şəkildə səhər və axşam yalnız qidalanmadan sonra fırçalanmalıdır: "Bəzən pasiyentlər səhər yuxudan oyanan kimi qidalanmadan əvvəl dişlərini fırçalayırlar. Təbii ki, bunun heç bir mənası yoxdur. Çünki əsas məqsəd qida qəbulundan sonra dişlərin üzərində qalan qida qalıqlarının təmizlənməsidir. Ona görə də qidalanmadan sonra dişləri təmizləmək məqsədəuyğundur. Axşam da yatmamışdan əvvəl qida qəbulundan sonra dişlər fırçalanmalıdır. Statistik nəticələr gün ərzində iki dəfə dişlərin fırçalanmasının həm sağlamlıq, həm də gözəllik üçün zəruri olduğunu göstərir. Diş xəstəlikləri arasında ən çox yayılan kariyesdir. Bu da zamanla dişlərin məhvinə gətirib çıxarır. Həkimə vaxtında müraciət etməklə bunun qarşısını almaq olur. Diş əti xəstəliyinə isə kariyesə nisbətən az rast gəlinir. Uşaqlara isə ilk süd dişləri çıxan vaxtdan fırçadan istifadə etmək lazımdır. Bu, çətin ola bilər. Amma təmizləmək lazımdır". 

Mütəxəssis vurğulayıb ki, protezlərin yuyulması və təmizlənməsi əsas şərtdir: "Protezlər də normal dişlərə qulluq edildiyi şəkildə təmizlənməli və imkan daxilində suyun içərisinə qoyulmalıdır. Protez dişlər üçün xüsusi həblər var və suya qarışdırmaqla onun içərisinə qoymaq lazımdır. Bəzən pasiyentlər protezləri çıxarmadan yatırlar. Bu da məsləhət deyil. Çünki protezin təzyiqi nəticəsində çənə sümüyünə yüklənmə olur".

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı