AZ RU EN
Həkimlərimizlə müsahibələr
26.04.2017
ATU-nun dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov:

Dərinin göbələk xəstəlikləri-dermatomikozlar əhali arasında yayılmasına görə irinli dəri xəstəliklərindən sonra ikinci yeri tutur. Göbələklər təbiətdə çox geniş yayılıblar. Onlara torpaq, su, ağac, heyvan və insanlarda təsadüf edilir. Lakin göbələklərin az bir qismi patoloji xüsusiyyətə malik olub heyvanlarda və insanlarda xəstəlik törədir. Göbələk xəstə insanlardan sağlamlara bilavasitə və ya dolayı yolla xəstələrin istifadəsində olmuş əşyalar vasitəsilə keçir.

Bu sözləri müsahibəsində Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının dosenti, tibb elmləri namizədi Elşad Novruzov bildirib.

Həkim deyib: “Ölkəmizin isti və buna münasib tərləmə çox olan yerləri-çimərlik, hovuz və ümumi hamamlarda göbələk xəstəliklərinə daha çox təsadüf edilir. Göbələk xəstəliyinin tez-tez rast gəlinən növü əlvan dəmrovdur. Əlvan dəmrov-göbələk xəstəlikləri sırasına daxil olub, dərinin ancaq buynuz təbəqəsini, yəni üst səthini zədələyir.

Mövsümə uyğun olaraq yay fəslində xəstəliyin əmələ gəlməsi və ya kəskinləşməsi müşahidə olunur. Çox tərləyən, tosqun insanlarda, sinədə körpücük sümük nahiyəsində, yuxarı ətraflarda, kürəkdə, başın tüklü hissəsinin ənsə nahiyəsində, gövdədə və çox nadir hallarda üzdə çəhrayı ləkələrə təsadüf edilir. Xəstəlik zamanı bu ləkələr qəhvəyilərlə və daha sonra depiqmentasiya, yəni rəngin itməsi ilə əvəzlənir. Xəstələri qaşınma hissi narahat etmir. Küt alətlə ləkənin üzərini sürtdükdə cüzi kəpəklənmə müşahidə edilir. Əksər insanlarda xəstəliyin qışda sağaldığı, yayda isə yenidən əmələ gəldiyi kimi fikir formalaşıb. Bu tamamilə yanlış fikirdir. Sadəcə qışda ləkələrin sağlam dəri rəngindən seçilməməsi tərləmənin olmaması və ya azalması ilə əlaqədardır.

Əlvan dəmrovun xəstə şəxsdən sağlamlara ötürülməsi geyim və yataq dəstləri, dəsmal və sairə bu kimi əşyalardan birgə istifadə ilə də əlaqəli ola bilər.

Ümumiyyətlə qeyd edilən əlamətləri özlərində müşahidə edən şəxslərin həkim-dermatoloqa müraciət etmələri tövsiyə edilir”.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı