Axtarış:
Tələbə həyatı > Idman klubu
     Ünvan : Mərdənov Qardaşları küçəsi, bina 98.
     İdman klubunun sədri, 1995-ci ildən Əsədov Səmidəli Ağamməd oğlu.
     1952-ci ildə Bədən tərbiyəsi, həkim nəzarəti və müalicə bədən tərbiyəsi kafedrasının nəzdində yaradılıb.
     Müxtəlif kafedraların əməkdaşları, professor-müəllim heyyəti və tələbələr arasında kütləvi-idman işlərinin təşkili sahəsində ictimai orqan olan ATU-nun İdman Klubu 1952-ci ildə, bədən tərbiyəsi, həkim nəzarəti və müalicə bədən tərbiyəsi kafedrasının nəzdində yaradılıb.
     1952-1969-cu illərdə kafedrada İdman Klubunun yaranması idman işlərinin bir xeyli fəallaşmasına səbəb olub. Bu dövrdə institutda ilk dəfə olaraq idmanın müxtəlif növləri üzrə ustalığı təkmilləşdirmə bölmələri, yaradılıb və tələbələr müxtəlif miqyaslı yarışlarda iştirak etməyə başlayıblar.
     1969-1983-cü illərdə kafedranın ayrıca idman kompleksi olmadığına baxmayaraq tələbələr Ali məktəblər arasında keçirilən Spartakiadalarda müntəzəm çıxış etmişdir.
     1984-cü ildə öz quruluşuna və ölçülərinə görə Respublikada nadir bir idman kompleksinin istifadəyə verilməsi, institutda kütləvi-idman işlərinin inkişafına böyük təkan verdi. Kompleksdə 10 ixtisaslaşmış idman zalı, bir yüngül atletika maneji və 25 metrlik üzgüçülük hovuzu var.
     1991-ci ilə qədər institutun müxtəlif növləri üzrə yığma komandaları , Kaunas, Minsk, Moskva, Aşğabad, Lvov və başqa şəhərlərdə dəfələrlə yoldaşlıq görüşlərində iştirak etmiş və bir çoxunda qalib gəlmişlər, Bu dövrdə voleybolçu və həndbolçular ADRın Berlin şəhərində Qumbold adına Universitetinin Tibb fakültəsinin idmançıları ilə Beynəlxalq yoldaşlıq görüşləri keçirmişlər.
     Əgər əvvəlki illərdə bizim idmançılar Bakı və Azərbaycan çempionları olurdularsa 1995-ci ildən isə Avropa və Dünya birinciliklərində də fərqbnməyə başladılar. Məsələn, 1996-cı ildə kikboksinq üzrə Dünya birinciliyində Ceyhun Şadlinski bürünc medal qazanmış, həmin ildə uşu-sando üzrə Canpolad Budaqov Avropa çempionu, 1999-cu ildə isə Qonkonqda (KXR), keçirilən yarışda Dünya çempionu olmuşdur.
     Tələbəmiz İ.Annenko Respublikanın həndbol üzrə yığma komandasının tərkibində 1996-cı ildə Kopenhaqen şəhərində keçirilən Avropa birinciliyində iştirak edib. O, hal-hazırda da Respublikanın həndbol üzrə aparıcı komandası olan ABU- idman klubunda fəal idmançıdır.
     Voleybolçulardan Dadaşeva Aybəniz və Mehtiyeva Xatirə 1997-ci ildə İranda keçirilən İslam oyunlarında "Gənclik" yığma komandanın tərkibində II yeri tutublar.
     1998-ci ildə Tehranda (İran) keçirilən növbəti İslam oyunlarında tələbəmiz Alisa Xaleyeva üzgüçülük üzrə müxtəlif məsafələrdə 5 qızıl medal qazanmış və Respublikanın yığma komandasının tərkibində 2000 -ci Sidneydə (Avstraliya) keçirilən XXVII Olimpiya oyunlarında iştirak etmişdir.
     Bu dövrdə şahmat üzrə Parij, Madrid, Varşava və Afina şəhərlərində keçirilən beynəlxalq yarışlarda Rüfət Bağırov və Kəmalə Qurbanova dəfələrlə qalib gəlmiş və mükafat alan yerlər tutmuşlar.
     Ümumiyyətlə 1991-2005-ci illərdə müxtəlif idman növləri üzrə ATU-nun yığma komandaları Ali məktəblər arasında keçirilən Spartakiadalarda 10 dəfə Ümumkomanda birinciliyində qalib gəlmiş və hər iki ildən bir keçirilən Universiadalardan 7 dəfə qalib çıxdıqlarına görə Super Kubok qazanmışlar.
     2004-2005-ci tədris ilində "Gənclik" tələbə idman klubunun voleybol üzrə yığma komandasının tərkibində çıxış edən tələbələrimiz Musayeva Maya, Əkbərova Nigar və Seyidova Nərgiz yüksək liqada keçirilən Azərbaycan birinciliyində III yeri tutublar. Hal-hazırda başqa bir tələbəmiz Tağıyeva Taranə gənc voleybolçulardan ibarət olan Azərbaycanın yığma komandasının üzvüdür.
     1931-ci ildən bu ilə qədər bədən tərbiyəsi kafedrası tərəfindən 115 idman ustası və 1000-dən çox kütləvi-idman dərəcəliləri hazırlamışdır.
     Kafedra əməkdaşları 20 növ idmanın təkmilləşdirmə bölmələrini təşkil edib və müntəzəm olaraq məşq prosesi keçirlər.
     İdman Klubu tərəfindən professor-müəllim heyyəti və yataqxanalarda yaşayan tələbələrlə böyük idman-sağlamlıq işləri aparırlar. Müntəzəm olaraq idmanın 7-8 növü üzrə Universitetin fakültələr arası Spartakiadaları keçirilir. Universitetdə oxuyan tələbələrlə məşq keçmək üçün kafedra tərəfindən xüsusi müəllimlər ayrılıb.
     Universitetin rəhbərliyi tərəfindən tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsində kafedraya böyük köməklik göstərilir.
     Professor-müəllim heyyətinin və tələbə-idmançıların müəyyən bir qisminin yayda aktiv istirahətini təşkil etmək məqsədiylə, sağlamlaşdırma planına və idman işlərinə uyğun olaraq, Xudatda dəniz kənarında yerləşən Nabran qəsəbəsində idman-sağlamlıq düşərgəsi yaradılıb.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws