Prof. İhsan Doğramacı - Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurası, dünya şöhrətli pediatr.
İhsan Doğramacı İstanbul Tibb Fakultəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. İhsan Doğramacı Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri Fakultəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır.
İhsan Doğramacı Ankara Universitetinin Rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi.
1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı hal-hazırda Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edir.
İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.
Prof. Kamal Ələmdar oğlu - Türkiyənin İstanbul Universitetinin rektoru.
1939-cu ildə trabzon şəhərində anadan olub.1956-cı ildə İstanbul Universitetinin tibb fakultəsinə daxil olub və 1962-ci ildə universiteti bitirib. 1972-ci ildə dosent, 1978-ci ildə isə professor elmi adlarını almışdır.
Hal-hazırda İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsinin cərrahi tibb elmləri bölümünün başkanı və İstanbul Universitetinin rektoru bəzifəsində çalışır. Alman və ingilis dillərinin sərbəst bilir.
Prof. İbrahim Yıldırım - Türkiyənin İstanbul Universitetinin beynəlxalq əlaqələr üzrə prorektor, Cərrahpaşa tibb fakultəsi plastik cərrahlıq kafedrasının müdiri.
1938-ci ildə anadan olmuşdur. 1950-ci ildə Trabzon litseyini və 1963-cü ildə İstanbul Universitetinin tibb fakultəsini bitirib. Bir-çox diplom və sertifikatlara layiq görülmüşdur:
1977-ci ildə İngiltərədə "Plastik və Rekonstruktiv cərrahiyyə";1979-cu ildə Türkiyədə "Plastik və Rekonstruktiv cərrahiyyə"; 1980-cı ildə Türkiyədə Plastik cərrahiyyə dosenti;1988-ci ildə Türkiyədə Plastik cərrahiyyə professoru.
Prof. Cavad Hey’ət — Təbriz Tibb Universitetinin professoru
1946-cı ildə Türkiyənii İstanbul Universitetini bitirib.Həmim Universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində fransada Paris universitetində davam etdirmişdir.Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək irana qayıtmışdır.40 ildən artıqdır ki, Tehran Universitetində calışır. Professor Cavad Heyəti həkimlik fəaliyyəti ilə bərabər ədəbiyyatla da məşğul olur. O, 6 monoqrafiyanın və 100-dən artıq elmi əsərlərin müəllifidir. Professor Cavad Heyəti Beynəlxalq cərrahlar cəmiyyətinin idarə heyətinin və Paris akademiyasınin həqiqi üzvüdür. O, azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir. Bir neçə dəfə Bakıda olmuş və bu gəlişi zamanı Respublikamızın tibb, mədəniyyət və ədəbiyyat xadimləri ilə görüşlər keçirmişdir.
Prof. Harman van Lessen — Köln Universiteti klinikasının baş həkimi.
1991-ci ilin dekabr ayında Djüsseldorf şəhərində “Alman-Azərbaycan cəmiyyəti”yaradıb. Bu hadisəni AFR-də yaşayan azərbaycanlılarla bərabər almanlar da böyük rəğbətlə qarşılayıb.Bu cəmiyyətin prezidenti, cərrah, tibb elmləri doktoru, professor Harman van Lessendir .
Professor Harman van Lessen təhsilini ABŞ-da alıb.Cərrahiyyə İnstitutunun başçısı, Şimali Reyn-Vestfalya əyaləti cərrahlar cəmiyyətinin sədridir. Son illər Azərbaycan üşün də səmərəli işlər görüb.
Prof. Əhməd Yüksəl Bozər — Ankara Hacəttəpə Universitetinin rektoru.
1928-ci ildə Əskişəhərdə anadan olub. 1946-cı ildə Ankara kollecini, 1952-ci ildə isə Ankara Universitetinin Tibb fakultəsini bitirib.1957-ci ildə İngiltərədə uşaq cərrahlığı qospitalında olub və vətənə qayıtdıqdan sonra Türkiyədə ilk dəfə olaraq Hacəttəpə uşaq xəstəxanasında uşaq cərrahlığı servisini yaradib.1960-cı iıdə universitet tərəfindən ABŞ-a göndərilib və ilk il Bostonda , Harvard universitetində, uşaq tibb mərkəzində ürək cərrahiyyəsində ekstrakorporeal sirkulyasiya və dərinhipotermiya üzərində çalışıb, araşdırmalar aparıb. 1964-cü ildə dosent, 1969-cu ildə professor olub. Professor Əhməd Yüksəl Bozər bu günə qədər 150-dən artıq elmi işçi, dosent yetişdirib.
Prof. Ənvər Həsənoğlu — Qazi universitetinin rektoru
1946-cı ildə Kərkükdə doğulub. Azərbaycan soyludur. 1963-cü ildə İstanbul Universitetinin Tibb fakultəsinə daxil olub, 1969-cu ildə isə bitirib.1973-cü ildə assistent və baş assistent olub. 1975-ci ildə Pediatriya Nefroloji Bilim üzrə iş aparıb.1978-ci ilin sonunda Hacətəpə Universitetində dosent adini alib.1980-cı ildə erciyes Universitetinin tibb fakultəsinin uşaq səhhəti və xəstəlikləri kafedrasinin rəhbəri təyin edilib.1984-cü ildə professor olub və həmin fakultənin dekanı vəzifəsinə təyin edilib. 1988-ci ildə qazi universitetinin tibb fakultəsinin dekanlığına keçib.1992-ci ildə Qazi Universitetinə rektor keçib.Türk. ingilis və ərəb dillərini mükəmməl bilir. Professor, doktor Ənvər Həsənoğlu bir azərbaycanlı kimi Azərbaycanla sıx əlaqə saxlayır.
Prof. Ertan Dəmiraş — Gülhanə Hərbi tibb Akademiyasının Kardioloji Mərkəzinin rəhbəri, kontr-admiral
Professor Ertan Dəmiraş 1947-ci ildə Türkiyənin Merzifon şəhərində anadan olmuşdur.1964-cü ildə İstanbul Universitetinin tibb fakultəsinə daxil olmuş və orani 1970-ci ildə tibb-leytenantı hərbi rütbəsi almaqla bitirmişdir. 1973-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasinın sınaq imtahanlarını müvəffəqiyyətlə verərək ora daxil olmuş, 1974-1978-ci illərdə daxili xəstəliklər, 1980-ci ildə isə Kardiologiya üzrə ixtisasları başa vuraraq kardioloq mütəxəssis olmuşdur.
1991-ci ildə Amerika kardioloji kollecinin fəxri üzvü adını almışdır. 1997-ci ildə kontradmiral (tuğamiral) hərbi rütbəsi almaqla Gülhanə Hərbi tibb Akademiyasının Kardioloji Mərkəzinin rəhbəri təyin edilmişdir.