Axtarış:
Elmi Tədqiqat > ATU-nun elmi fəaliyyəti

     Böyük elmi potensialı olan Tibb Universitetinin əməkdaşlarının fəaliyyəti çox-sahəli olaraq respublikada səhiyyənin bir çox aktual məsələlərini əhatə etmişdir.
     Respublikada vərəm ilə mübarizənin inkişafı (DOTS) proqramına uyğun vərə-min aşkar olunması, diaqnostikası və müalicəsinə dair seminarlar, konfranslar ağ ciyər xəstəlikləri kafedrasının əməkdaşları tərəfindən keçirilmişdir. DOTS proqramının tət-biqinin vəziyyətinin yerlərdə öyrənilməsi məqsədi ilə respublikanın müxtəlif rayon-larında ezamiyyətdə olmuşlar.
     Onkologiya kafedrasının əməkdaşları tərəfindən şişönlü xəstəliklərin ilkin pro-filaktikası, müayinə metodları, ilkin diaqnostika ilə tanışlıq, ümumiyyətlə, sağlam həy-at tərzinin təbliği aparılmışdır. Hesabat ilində respublikanın müxtəlif şəhər və rayon tibb müəssisələrinin onkoloqları təkmilləşmə kursları keçmişlər. Eyni zamanda mütə-madi olaraq kafedra əməkdaşları respublikanın müxtəlif rayon tibb müəssisələrində onkoloci xəstələrə məsləhətçilik ediblər.
     Mama-ginekoloqlar UNİSEF Azərbaycan təşkilatı və SN-nin birgə ''Təhlükəsiz analıq və yenidoğulmuşlara qulluq'' proqramı üzrə respublikanın rayonlarında trey-ninqlərdə iştirak etmişdilər (Masallı, Yardımlı).
     Daxili xəstəliklər kafedralarının əməkdaşları tərəfindən Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarında kənd zəhmətkeşlərinə yüksək ixtisaslı təmənnasız tibbi yardım göstərilmiş və ehtiyacı olan xəstələrə pulsuz dərman preparatları paylanılmış-dır. Həkimlər üçün elmi-praktik seminar keçirilmiş və müasir təbabətin aktual pro-blemlərinə həsr olunmuş mühazirələr oxunmuşdur.
     Həmçinin rayon xəstəxanalarında Fransanın ''Servier'' firması ilə birgə Amerika ürək Assosiasiyasının, Avropa və Amerika kardioloqlar Assosiasiyalarının tövsiyyələri əsasında hazırlanmış ''Stenokardiyanın müasir müalicəsi'' və ''Preduktalın stenokar-diyanın müalicəsində rolu'' mövzusunda dəyirmi masa keçirilmişdir. Həkimlərə yeni tibb ədəbiyyatları və Ümumdünya Səhiyyə Təşkilatının arterial hipertoniyalı və şəkərli diabeti olan xəstələrə tövsiyyə olunmuş kitabçaları hədiyyə verilmişdir.
     Pediatriya kafedraların əməkdaşları Respublika SN və UNİSEF təşkilatı ilə bi-rgə ''Ana südü ilə qidalanma haqqında'' proqramının Azərbaycan şəraitinə uyğun-laşdırılması istiqamətində işçi qrupunun tərkibində fəal iştirak ediblər. Bu proqram çərçivəsində Respublikanın bir sıra rayonlarında ezam olunub proqramın həyata keçi-rilməsinə nəzarət ediblər (Ağdam, Xanlar, Göyçay, Beyləqan, Bərdə, Ağcabədi).
     Gigiyena kafedrasının əməkdaşları Azərbaycan Respublikası Səhiyyə Nazirliy-inin UNİSEF ilə birgə ''Respublikada yod defisitli xəstəliklərlə mübarizə və onun profilaktikası'' və ''Dəmir defisitli anemiya və onun profilaktikası''na aid treninqlərin keçirilməsi haqqında Səhiyyə Nazirliyinin əmrinə əsasən Azərbaycan Respublikasının 40-a yaxın rayonlarında həkimlər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri (icra ha-kimiyyətinin, bələdiyyənin, qadınlar, gənclər təşkilatlarının, kütləvi informasiya vasitə-lərinin və s.) nümayəndələri ilə treyninqlər keçirilmişdir. Eləcə də respublikanın 18 ray-onunda Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) laboratoriyalarında duzun yodlaşdırılmasına nəzarətin təşkil və mümkünlüyünün monitorinqi həyata keçirilmiş-dir.
     Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Asiya İnkişaf Bankının əmək-daşlığı çərçivəsində CACF 9005 ''Keçid dövründə olan Asiya dövlətləri üçün aztəminatlı anaların və uşaqların qidalanmasının yaxşılaşdırılması'' layihəsinə görə yod defisitli xəstəliklər və onun profilaktikası yolları, duzun universal yodlaşdırılması'' və ''Dəmir defisitli anemiya ilə mübarizə üsulu kimi unun dəmirlə zənginləşdirilməsi'' mövzularına aid 11 pilot rayonda tibb, təhsil işçiləri və ictimaiyyət nümayəndələri ilə treninqlər keçi-riblər. Həmçinin respublika ərazisində yerləşən 15 gömrük məntəqəsi əməkdaşları ilə də müvafiq treninqlər keçirilmişdir.
     Problem elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən Bakı şəhər ai-lənin planlaşması məsləhətxanasına irsi qan xəstəliklərini aşkar etmək üçün yeni gene-tik müayinə üsullarının öyrənilməsinə metodik kömək göstərmişdir.
     İnsan anatomiyası kafedrasının əməkdaşları tərəfindən respublikada fəaliy-yətdə olan tibb məktəblərində insan anatomiyası fənnini tədris edən müəllimlərə ixti-saslarını artırmaq məqsədi ilə elmi-pedaqoji və metodik cəhətdən kömək olunub.
     Stomatoloqlar respublikanın 5 rayonunda (Cəlilabad, Kürdəmir, Şəmkir, Gə-dəbəy, Şəki) əhali arasında stomatoloci müayinə aparmış və onlara konsultativ yardım etmişlər.
     Əczaçılıq kafedralarının əməkdaşları SN Mərkəzi Nəzarət laboratoriyasının dərman preparatları ekspertiza şöbəsi və ''Azərfarm LTD'' müəssisənin nəzarət-analitik laboratoriyası ilə müntəzəm olaraq əlaqə saxlayır, müraciət olduqda məsləhətlərlə və təcrübi işlərlə kömək göstərirlər.
     Hərbi kafedraların əməkdaşları MN Baş Sanitariya-epidemioloci Nəzarət Mər-kəzinin mütəxəssisləri ilə mütəmadi əlaqə saxlamış aktual epidemik ocaqların ləğvinə görə tədbirlərin hazırlanması, müxtəlif gigiyenik məsələlər üzrə ekspert rəylərinin tərti-bində konsultativ kömək göstərmişlər.
     2004-cü ilin mart ayından Tibbi İnformasiya Mərkəzi (TİM) Açıq Cəmiyyət İn-stitutu – Yardım Fondu birbaşa ATU-nun tabeçiliyinə keçirilib və fəaliyyətinin yeni mərhələsində müxtəlif tədbirlərin hazırlanmasına xüsusi diqqət yetirir. Hesabat ilində mərkəzdə ''Dərman müalicəsinin yeni müasir istiqamətləri mövzusunda seminar keçi-rildi: seminarda ATU-nun bir sıra kafedralarının, Elmi-Tədqiqat Mərkəzinin, Elmi Onkologiya Mərkəzinin əməkdaşları iştirak etmişdilər.
     Universitetin I uşaq xəstəlikləri, cərrahi xəstəlikləri, uşaq yoluxucu xəstəlikləri kafedraların əməkdaşları Naxçıvan Dövlət Universitetində mühazirələr oxumuş və imtahan qəbul etmişlər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |