|
Hesabat dövründə tibbi-bioloji ixtisaslar üzrə problem komissiyası aşağıda göstərilən tərkibdə fəaliyyət göstərmişdir:
Prof. E.K.Qasımov (histologiya, sədr), prof. Q.Ş.Qarayev (ETM, sədr müavini), dos. Z.X.Rəhimov (insan anatomiyası, katib), prof. V.B.Şadlinski (insan anatomiyası), prof. R.Ə.Əsgərov (insan anatomiyası), prof. F.İ.cəfərov (normal fiziologiya), prof. R.A.Axundov (ETM), prof. M.M.Qəniyev (farmokologiya), prof. Z.c.İsmayılova (farmokologiya), prof. c.T.Təqdisi (pat. fiziologiya), prof. İ.M.İsayev (pat. anatomiya), prof. M.Ş.cahangirov (pat. anatomiya), prof. Ə.Mehrəliyev (tibbi-biologiya), prof. M.Ə.Salmanov (tibbi biologiya), prof. A.M.Əfəndiyev (biokimya), prof. İ.Ə.Həsənov (histologiya), prof. S.Hüseynov (normal fiziologiya), prof. M. Bünyadov (məhkəmə təbabəti), dos. İ.Musayev (pat. fiziologiya), dos. Y.X.Hidayətov (tibbi biologiya).
Hesabat dövründə komissiyanın 4 iclası keçirilmişdir.
I iclas (25.02.2005-ci il). Fiziologiya kafedrasının aspirantı A.F.Baxşıyevanın "Eksperimentdə müxtəlif mənşəli alkoqol motiyasiyasının mərkəzi mexanizmində anqiotenzin II rolu " adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər AMEA-nın müxbir üzvü, prof. F.İ.cəfərov), patoloji anatomiya kafedrasının baş müəllimi Ə.B.Həsənovun "Xroniki narkotik intoksikasiya zamanı immunsistem üzvlərinin funksional morfologiyası " adlı doktorluq dissertasiyasının mövzu, plan və annotasiyası, farmakologiya kafedrasının assistenti E.A.Şadlinskinin «Metalbirləşməli radioprotektorların qanın laxtalanmasına və əks laxtalanma sisteminə təsiri» adlı biologiya elmləri namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər prof. M.M.Qəniyev), məhkəmə təbabəti kafedrasının dissertantı, Müdafiə Nazirliyi Mərkəzi Məhkəmə Tibbi Ekspertizasının bölmə rəisi, tibb xidməti mayoru H.M.Kazımovun «İnsan tüklərinin xüsusi çəkisi və onun məhkəmə tibbi ekspertizada əhəmiyyəti» adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d. M.Q.Bünyatov), farmakologiya kafedrasının assistenti S.M.Poluxovanın «Palladium, platin tərkibli radioprotektorların farmakoloji xüsusiyyətlərinin tədqiqi» adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası, patoloji anatomiya kafedrasının assistenti A.Ə.Ələkbərovun «Yanıq xəstəliyi zamanı ağ ciyərlərin intramural sinir aparatının və simpatik qanqlionların patomorfologiyası» adlı namizədlik dissertasiyasının elmi rəhbəri prof. İ.M.İsayevin vəfatı ilə əlaqədar olaraq elmi məsləhətçi prof. M.S.cahangirovun tövsiyyə olunması ass. T.R.Əliyevanın dissertasiya işinin adının «Yerli anafilaksiya reaksiyalarında qanda və limfada gedən laxtalanma dəyişiklikləri və onların bəzi mikroelementlərlə korreksiyası» əvəzinə elmi tədqiqata daha uyğun olan «Artyus fenomeni zamanı qanın və limfanın laxtalanma dəyişiklikləri və onun litium mikroelementi ilə korreksiyası» adlandırılması məsələləri müzakirə olunaraq təsdiq edilmək üçün müvafiq fakültə elmi şuralara tövsiyyə olunmuşdur.
II iclas (30.03.2005-ci il). İnsan anatomiyası kafedrasının baş müəllimi E.Ə.Xıdırovun "Süd vəzilərinin normada, xərçəngönü displastik törəmələri və xərçəngi zamanı vaskulyarizasiya və angioarxitektonikası" adlı doktorluq dissertasiyasının mövzu, plan və annotasiyası (elmi məsləhətçilər: RTEA-nın akademiki t.e.d., V.B.Şadlinski və GEA-nın Natişvili adına EMİ-nin prof., t.e.d. U.A.Qabunixa), insan anatomiyası kafedrasının baş müəllimi A.B.İsayevin «Müxtəlif rejimli fiziki yük zamanı skelet və ürək əzələsi toxumasında baş verən morfo-funksional dəyişikliklərin müqayisəli cəhətdən qiymətləndirilməsi» adlı doktorluq dissertasiyasının mövzu, plan və annotasiyası (elmi məsləhətçilər: RTEA-nın akademiki t.e.d., V.B.Şadlinski və TBEA-nın akademiki Z.Q.Saqareli) müzakirə olunaraq təsdiq edilmək üçün fakültə Elmi Şurasına tövsiyyə edilmişdir.
III iclas (28.09.2005-ci il). İnsan anatomiyası kafedrasının stajçı-assistenti N.R.cabbarovanın "Qadın sidik kanalı vəzilərinin müxtəlif yaş dövrlərində morfoloji xüsusiyyətləri" adlı namizədlik dissertasiyasinın mövzu, plan və annotasiyası (elmi rəhbər dos. t.e.d. N.T.Mövsümov), biokimya kafedrasının aspirantı M.Ə.Musayevin "Methemoqlobinemi- və hemoqlobinopatiyalarla birgə formalarının biokimyəvi xüsusiyyətləri" adlı namizədlik dissertasiyasının mövzu, annotasiya, təqvim planı (elmi rəhbər prof. A.M.Əfəndiyev), insan anatomiyası kafedrasının baş laborantı N.M.Mustafayevanın "Müxtəlif yaş dövrlərində insanın plevra sinirlərinin makro-mikroskopik anatomiyası" (elmi rəhbər prof. R.Ə.Əsgərov), biokimya kafedrasının dosenti G.İ.Əzizovanın "İkincili immun defisitlərin patogenezində metabolik dəyişikliklərin rolu" adlı doktorluq dissertasiyasının mövzu, plan və annotasiyası (elmi məsləhətçilər: prof. A.M.Əfəndiyev və REA-nın akademiki A.A.Vorobyov) məsələləri müzakirə olunmuşdur. Dissertantlar elmi mövzuları haqqında ətraflı məlumat vermiş, sonra komissiya üzvlərinin suallarına cavab vermişlər. Komissiya üzvləri dissertasiya mövzularının aktual olduğunu qeyd etmişlər və təsdiq olunmaq üçün müvafiq fakültə elmi şuralarına tövsiyyə etmişlər.
IV iclas (10.11.2005-ci il). Histologiya, embriologiya və sitologiya kafedrasının assistenti İ.O.Əliyevanın "Normada və şiş transformasiyası zamanı sümük matriksi komponentlərinin immunhistokimyəvi tədqiqi və klinik əhəmiyyəti" adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d. dos. H.K.Muradov), histologiya, embriologiya və sitologiya kafedrasının assistenti G.H.Sadıqovanın "Sümük şişlərinin erkən diaqnostikasında axıcı sitometrik metodun tətbiqi və kliniki əhəmiyyəti" adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d. dos. H.K.Muradov), patoloji anatomiya kafedrasının assistenti A.Ə.Ələkbərovun "Yanıq xəstəliyi zamanı ağciyərlərin intramural sinir aparatının və simpatik sinir qanqlionlarının patomorfologiyası" adlı namizədlik dissertasiyasına M.Ş.cahangirovun II elmi rəhbər təyin olunması, patoloji anatomiya kafedrasının assistenti T.N.Mirzəyevanın "Viruslu infeksiyalar zamanı /Sadə herpes və sitomeqalovirus/ ciftdə baş verən morfofunksional dəyişikliklər" adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d. prof. M.Ş.cahangirov), biokimya kafedrasının 2006/2010-cu illər üçün "Müxtəlif mənşəli osteoporozlar zamanı xəstələrin qanında biokimyəvi dəyişikliklərin öyrənilməsi" (mövzunun elmi rəhbəri biokimya kafedrasının müdiri prof. A.M.Əfəndiyev), biokimya kafedrası nəzdində elmi-tədqiqat laboratoriyasının 2006/2010-cu illər üçün "Trombositopeniyalar və onların irsi kollagenozlarla birgə formalarının biokimyəvi, immunoloji və proteolitik öyrənilməsinin planı" (mövzunun elmi rəhbəri prof. A.M.Əfəndiyev), ATU-nun neyrofiziologiya və funksional neyrokimya problem elmi-tədqiqat laboratoriyasının 2006/2010-cu illər üçün "Ürək-damar sisteminin mərkəzi və periferik, xolinergik və peptidergik neyrokimyəvi mexanizminin qarşılıqlı əlaqəsi" mövzusuna aid elmi-tədqiqat işinin 5 illik planı müzakirə olunmuş və təsdiq olunmaq üçün müvafiq elmi şuralara tövsiyyə olunmuşdur.

|