Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Tibbi-bioloji ixtisaslar üzrə problem komissiyasının hesabatı
     Hesabat dövründə tibbi-bioloji ixtisaslar üzrə problem komissiyası aşağıda göstərilən tərkibdə fəaliyyət göstərmişdir:
     Prof. E.K.Qasımov (histologiya, sədr), prof. Q.Ş.Qarayev (ETM, sədr müavini), dos. Z.X.Rəhimov (insan anatomiyası, katib), prof. V.B.Şadlinski (insan anatomiyası), prof. R.Ə.Əsgərov (insan anatomiyası), prof. F.İ.Cəfərov (normal fiziologiya), prof. R.A.Axundov (ETM), prof. M.M.Qəniyev (farmokologiya), prof. Z.C.İsmayılova (farmokologiya), prof. C.T.Təqdisi (pat. fiziologiya), prof. İ.M.İsayev (pat. anatomiya), prof. M.Ş.Cahangirov (pat. anatomiya), prof. Ə.Mehrəliyev (tibbi-biologiya), prof. M.Ə.Salmanov (tibbi biologiya), prof. A.M.Əfəndiyev (biokimya), prof. İ.Ə.Həsənov (histologiya), prof. S.Hüseynov (normal fiziologiya), prof. M. Bünyadov (məhkəmə təbabəti), dos. İ.Musayev, dos. Y.X.Hidayətov (tibbi biologiya).
     Hesabat dövründə komissiyanın 4 iclası keçirilmişdir.
     I iclas (09.02.2004-cü il). Biokimya kafedrasının dissertantı C.M.Qurbanovun "Psixonevroloji və digər xəstəliklər zamanı bioenerjinin biokimyəvi göstəricilərə təsiri" adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d. prof. A.M.Əfəndiyev), normal fiziologiya kafedrasının dissertantı M.Babayevin "Ekstremal şəraitdə motiyasion mərkəzlərin morfofizioloji xüsusiyyətlərinə B-lipotropin və B-endorfinin təsiri " adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası (elmi rəhbər t.e.d., prof. F.İ.Cəfərov) müzakirə olunaraq təsdiq edilmək üçün müvafiq elmi şuralara tövsiyyə edilmişdir.
     II iclas (03.06.2004-cü il). Normal fiziologiya kafedrasının aspirantı İ.Ə.Xudaverdiyevin "Alkoqol motivasiyasının mərkəzi və periferik mexanizmlərində renin angiotenzin sisteminin rolu" (elmi rəhbər t.e.d., prof. F.İ.Cəfərov) adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyası müzakirə olunaraq təsdiq edilmək üçün fakültə Elmi Şurasına tövsiyyə edilmişdir.
     III iclas (23.09.2004-cü il). İnsan anatomiyası kafedrasının dissertantı İ.Q.Bayramovanın "İnsanın dilaltı sümüyünün yaş və cinsi xüsusiyyətləri" adlı namizədlik dissertasiyasi (elmi rəhbər t.e.d., RTEA-nın akademiki), insan anatomiyası kafedrasının dissertantı İ.Ə.Qiyasbəylinin "Qadın sidik kanalının limfoid aparatının struktur xarakteristikası" adlı namizədlik dissertasiyası (elmi rəhbər dos. N.T.Mövsümov), insan anatomiyası kafedrasının dissertantı, 1 saylı tibb məktəbinin anatomiya kafedrasının müəllimi N.H.Əliyevanın "Postnatal ontogenezdə insanın qida borusunun limfoid törəmələrinin morfoloci xarakteristikası" adlı namizədlik dissertasiyası (elmi rəhbər t.e.d. RTEA-nın akademiki V.B.Şadlinski), farmokologiya kafedrasının aspirantı E.M.Musayevanın "Peritonial intoksikasiya zamanı qaraciyərdə baş verən funksional pozğunluğun farmokologiya xarakteristikası" adlı namizədlik dissertasiyasının mövzu, plan və annotasiyaları müzakirə olunaraq təsdiq olunmaq üçün müvafiq elmi şuralara tövsiyyə edilmişdir. Farmokologiya kafedrasının dissertantı ass. S.T. Quliyevanın araşdırdığı "Tipik və atipik neyroleptiklərin təsir mexanizmində baş beynin niqrosriotal və mezolimbik difaminergik sistemlərinin rolunun müqayisəli öyrənilməsi" adlı dissertasiya işinin icrası zamanı nəzərdə tutulan effektlərlə yanaşı bəzi yeniliklər meydana çıxması ilə əlaqədar olaraq dissertasiya mövzusunun adının dəyişdirilməsi məsələsi müzakirə olunmuşdur. Komissiyanın qərarı ilə dissertasiya işinin adı dəyişdirilib "Kiesium kanallarının inqibitorları ilə tipik və atipik neyroleptiklərin qarşılıqlı təsir mexanizminin neyrofarmakoloci öyrənilməsi, baş beynin baş beynin difaminergik strukturunun rolu" kimi təsdiq edilmək üçün (elmi rəhbər prof. M.M.Qəniyev və elmi məsləhətci RTEA-nın akademiki K.S.Rayevski) fakültə elmi şurasına tövsiyyə olunsun.
     IV iclas (14.12.2004-cü il). Məhkəmə təbabəti kafedrasının baş laborantı E.V.Şirinovun "Azərbaycan Respublikası şəraitində istehsalat travmalarının məhkəmə tibbi baxımdan qiymətləndirilməsi" adlı namizədlik dissertasiyasının (elmi rəhbər t.e.d. M.O.Bünyadov) mövzu, plan və annotasiyası fakültə elmi şurasına tövsiyyə olunmuşdur.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |