|
«Terapiya» üzrə problem komissiyası hesabat dövründə 17 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərmişdir (onlardan 15 nəfəri – t.e.d., professor, 2 nəfəri isə – t.e.n., dosentdir). Komissiyanın sədri t.e.d., prof. Baxşəliyev A.B., katibi isə – t.e.n., dosent Hacıyev R.F. olmuşlar.
2005-ci il dövründə Problem komissiyası altı iclas keçirmişdir.
19/II-05-ci il tarixdə keçirilmiş birinci iclasda (1-saylı protokol) Universitetin üç əməkdaşının namizədlik dissertasiyasının mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
1. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının dissertantı X.Ə.Abbasovanın namizədlik dissertasiyası mövzusu müzakirə edilib təsdiq olunmuşdur. Dissertasiyasının adı: «Şəkərli diabeti olan kəskin miokard infarktı xəstələrdə ritm pozğunluqlarının rastgəlmə tezliyi və optimal müalicə».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor R.M.Məmmədhəsənov.
2. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının baş laborantı M.A.Abdullayevanın namizədlik dissertasiyası mövzusu müzakirə edilib təsdiq olunmuşdur. Dissertasiyasının adı « Şəkərli diabetli xəstələrdə arterial hipertenziya zamanı atrial natriumuretik faktor».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor R.M.Məmmədhəsənov.
3. II müalicə-profilaktika fakultəsinin Şua diaqnostikası və Şua terapiyası kafedrasının assistenti N.S.Şahməmmədovun namizədlik dissertasiyası mövzusu müzakirə edilib təsdiq olunmuşdur. Dissertasiyanın adı: «Süd vəzisi xərçənginin erkən diaqnostikasında mammoqrafiya, termoqrafiya və ultrasəs tədqiqatlarının rolu».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor B.Ə.Baxşiyev.
1/IV-05-ci il tarixdə keçirilmiş ikinci iclasda (2 saylı protokol) Universitetin bir aspirantı və bir iddiaçı-dissertantının namizədlik dissertasiyasının mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
1. ATU-nun Dermatovenerologiya kafedrasının aspirantı G.Z.Fərəjovanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur. Dissertasiyanın adı «Reproduktiv yaşlı qadınlarda xlamidiya infeksiyasının yayılması, terapiya və reabilitasiya prinsipləri».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor M.M.Davatdarova.
2. I müalicə-profilaktika fakultəsinin kliniki farmakologiya kafedrasının iddiaçı-dissertantı N.X.Dadaşovanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
Dissertasiyanın adı «Hipertoniya xəstəliyinin metabolik sindrom ilə birgə gedişatı (klinikasının və müalicəsinin xüsusiyyətləri).
Elmi rəhbər – kaf.müd., t.e.d., professor A.B. Baxşəliyev.
14/IV-05-ci il tarixdə keçirilmiş üçüncü iclasda (3 saylı protokol) Universitetin bir assistenti və üç aspirantının namizədlik dissertasiyasının mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
1. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının assistenti A.Q.Bayramovanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.Dissertasiyanın adı «Metabolik sindromla gedən II tip şəkərli diabet xəstələrində kəskin miokard infarktının gediş xüsusiyyətləri».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor R.M.Məmmədhəsənov.
2. Həmin kafedranın aspirantı D.K.Axundovanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.Dissertasiyanın adı «Qalxanabənzər vəzinin autoimmun xəstəliklərinin diaqnostikasında bəzi kliniki-immunoloji aspektlər».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor R.M.Məmmədhəsənov.
3. I müalicə-profilaktika fakultəsinin II daxili xəstəliklər kafedrasının aspirantı L.R.Quliyevanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.Dissertasiyanın adı «Kardiomiositlərin antioksidant müdafiəsi və onun miokard infarktının gedişində rolu».
Elmi rəhbər – kaf.müd., t.e.d., professor V.Ə.Əzizov.
4. Həmin kafedranın aspirantı V.S.Məmmədovanın namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.Dissertasiyanın adı «Miokakrd infarktının inkişafı dinamikasında bioelementlərin miqdarının dəyişilməsi və onun korreksiyası üsulları».
Elmi rəhbər – kaf.müd., t.e.d., professor V.Ə.Əzizov.
13/ V-05-ci il tarixdə keçirilmiş dördüncü iclasda (4 saylı protokol) ATU-nun dermatovenerologiya kafedrasının assistenti, t.e.n. R.H.İsmaylovun doktorluq dissertasiyasının mövzusu müzakirə edilib təsdiq olunmuşdur. Dissertasiyanın adı « Melanoqenezin də-rinin disxromiyasında öyrənilməsi».
Elmi məsləhətçilər: kaf.müd., ə.e.x., t.e.d., professor M.M.Davatdarova; Ftiziopulmonologiya kafedrasının professoru, t.e.d. F.M.Abdullayev.
25/ V-05-ci il tarixdə keçirilmiş beşinci iclasda (5 saylı protokol) Universitetin bir əməkdaşının, bir aspirantının və bir iddiaçı-dissertantının namizədlik dissertasiya mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
1. Dermatovenerologiya kafedrasının baş laborantı X.A.Hacıyevanın namizədlik dissertasiyasının adı «Qarışıq herpes və sitomeqalovirus infeksiyaları olan xəstələrdə immunomodulyasiya terapiyasının immun statusuna və xəstəliyin gedişatına təsiri».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor M.M.Davatdarova.
2. Həmin kafedranın aspirantı M.M.Ağazadənin namizədlik dissertasiyasının adı «Hamar dərinin invaziv-allergik göbələk xəstəlikləri. Etiopatogenetik faktorlar, diaqnostika, terapiya və profilaktika».
Elmi rəhbər – ə.e.x., professor M.M.Davatdarova.
3. Həmin kafedranın iddiaçı-dissertantı, t/x polkovnik-leytenant E.A.Şadlinskinin namizədlik dissertasiyasının adı « Hərbi qulluqçularda qeyri-qonokokk uretritlərinin klinik-epidemioloci xüsusiyyətləri».
Elmi rəhbər – kaf.müd., t.e.d. Z.H.Fərəcov.
27/ X-05-ci il tarixdə keçirilmiş altıncı iclasda (6 saylı protokol) Universitetin bir əməkdaşının namizədlik dissertasiyasının mövzusu və bir kafedranın növbəti beş il (2006-2010) müddətinə nəzərdə tutulmuş elmi tədqiqat işinin mövzusu müzakirə edilib təsdiq olunmuşdur.
1. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının aspirantı Z.S.cəfərovanın namizədlik dissertasiyasının adı « Prostat vəzin xoşxassəli hiperplaziyası fonunda gərginlik stenokardiyası olan xəstələrdə mərkəzi, kardiohemodinamik və cinsi hormonların dəyişmə xüsusiyyətləri».
Elmi rəhbər – kaf.müd., ə.e.x., t.e.d., professor R.M.Məmmədhəsənov.
Elmi məsləhətçi – t.e.d., professor A.B.Baxşəliyev.
2. Həmin kafedranın növbəti beş il 2006-2010-cu illər müddətinə nəzərdə tutulmuş elmi-tədqiqat işinin adı: «Şəkərli diabet, qalxanabənzər vəz, piylənmə kimi xəstəliklərin bəzi patogenez, klinika, fəsad, diaqnostika müalicə məsələlərinin öyrənilməsi».

|