Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Terapiya üzrə
     "Terapiya" üzrə Problem komissiyası hesabat dövründə 17 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərmişdir. Onlardan 15 nəfəri tibb elmləri doktoru, professor, 2 nəfəri isə - tibb elmləri namizədi, dosentdir.
     Komissiyanın sədri - t.e.d., professor A.B.Baxşəliyev, katibi isə - t.e.n., dosent R.F.Hacıyevdir.
     2004-cü hesabat ilində Problem komissiyası dörd iclas keçirmişdir.
      27/II_04-cü il tarixində keçirilmiş birinci iclasda (1-saylı protokol) Universitetin iki əməkdaşının doktorluq və bir əməkdaşının - namizədlik dissertasiyasının mövzuları müzakirə edilib təsdiq olunmuşdur:
     1. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının dosenti T.T.Əliyevanın: "II tip şəkərli diabetin müalicəsinə müasir yanaşma və xroniki fəsadlarının profilaktikası" adlı doktorluq dissertasiyasının mövzusu.
     2. I müalicə-profilaktika fakultəsinin II daxili xəstəliklər kafedrasının assistenti M.M.Əsgərovun: "II tip şəkərli diabetli xəstələrdə arterial hipertenziya" adlı doktorluq dissertasiyasının mövzusu.
     Elmi məsləhətçilər: t.e.d., prof. Əzizov V.Ə. və t.e.d., prof. Mirzəzadə V.A.
     3. Dermatovenerologiya kafedrasının assistenti Q.S.Məmmədovanın: "Urogenital trakt infeksiyası ilə birləşmiş həqiqi penfiqusun gedişatının xüsusiyyətləri və kompleks müalicə metodları" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.d., prof. M.M.Davatdarova.
     12/V-04-cü il tarixdə keçirilmiş ikinci iclasda (2-saylı protokol) Universitetin üç əməkdaşının namizədlik dissertasiyalarının mövzuları müzakirə edilib təsdiq olunmuşdur:
     1. I daxili xəstəliklər və reanimatologiya kafedrasının baş laborantı A.Z.Bağırovanın:
     "Ürəyin kəskin miokard infarktı xəstəliyində orqanizmin ümumi statusunda gedən dəyişiklər və onların korreksiyası" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.d., prof., ə.e.x. A.Ə.Axunbəyli.
     2. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının baş laborantı K.S.Xappalayevanın: "II tip şəkərli diabetli xəstələrin monitorinqi" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.n., dosent T.T.Əliyeva.
     3. II müalicə-profilaktika fakultəsinin daxili xəstəliklər kafedrasının baş laborantı A.H.Mustafayevanın: "Alimentar piylənməsi olan xəstələrdə gizli şəkərli diabetin aşkar olunması" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.d., prof., ə.e.x. R.M.Məmmədhəsənov.
     12/VI-04-cü il tarixdə keçirilmiş üçüncü iclasda (3-saylı protokol) Universitetin bir əməkdaşının doktorluq dissertasiyasının və iki əməkdaşının namizədlik dissertasiyalarının mövzuları müzakirə edilib təsdiq olunmuşdur:
     1. I müalicə-profilaktika fakultəsinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının assistenti N.T.Zamanovun: "Anemiya ilə müşaiyət olunan revmatoid artritli xəstələrdə ürəyin koronar xəstəliyinin diaqnostikası, klinik gediş və differensial müalicə xüsusiyyətləri" adlı doktorluq dissertasiyasının mövzusu.
     Elmi məsləhətçi - t.e.d., prof., ə.e.x. A.Ə.Axunbəyli.
     2. Dermatovenerologiya kafedrasının baş laborantı E.M.Novruzovun: "Kişilərin urogenital yolunun iltihabı xəstəliklərinin inkişafında anaerob mikrofloranın rolu" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.d., prof., ə.e.x. M.M.Davatdarova.
      3. Daxili xəstəliklərin propedevtikası II kafedrasının assistenti V.Q.Yusifovun: "Eksperimental hipertireoz zamanı qalxanabənzər vəzdə baş verən morfofunksional dəyişiklər və "Yodurdu" Sərvətinin köməyi ilə həmin dəyişiklərin tənzimlənməsi" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - t.e.d., prof. C.T.Məmmədov.
     Elmi məsləhətçi - t.e.d.,prof. Q.S.Qarayev.
     29/VI-04-cü il tarixdə keçirilmiş dördüncü iclasda (4-saylı protokol) Universitetin dörd əməkdaşının namizədlik dissertasiyalarının mövzuları müzakirə edilib təsdiq olunmuşdur:
     1. Ağ ciyər xəstəlikləri kafedrasının assistenti C.M.İsmayılzadənin: "Tərkibində Teofillin saxlayan dərman formalarının Yüksək Təzyiqli Maye Xromatoqrafiya üsulu ilə miqdar təyinatı və klinik əhəmiyyəti" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - ə.e.x., akademik Ə.B.İnsanov.
     2. Həmin kafedranın assistenti Ş.M.Vəliyevanın: "Vərəmlə xəstələnməyə meylli olan uşaq və yeniyetmələrdə irsi qan anomaliyalarının rolunun öyrənilməsi" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - ə.e.x., akademik Ə.B.İnsanov.
     3. Həmin kafedranın assistenti R.İ.Bayramovun: "Vərəmlə xəstələnməyə görə risk qrupuna aid uşaq və yeniyetmələrdə hormonal statusun xüsusiyyətlərinin öyrənilməsi" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - ə.e.x., akademik Ə.B.İnsanov.
     4. Həmin kafedranın assistenti A.E.İmanovanın: "Vərəmlə xəstələnməyə görə risk qrupuna aid olan uşaq və yeniyetmələrdə immunoselektiv profilaktikanın perspektivləri" adlı namizədlik dissertasiyasının mövzusu.
     Elmi rəhbər - ə.e.x., akademik Ə.B.İnsanov.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |