|
2005-ci il ərzində fakültənin Problem komissiyasında 4 iclası olmuşdur və burada 4 dissertasiya mövzusunun müzakirəsi aparılmışdır ki, bunlardan 2-si doktorluq, 2-si isə namizədlik dissertasiyasıdır.
Tibb elmləri doktoru elmi ad almaq üçün dissertasiyaların mövzuları:
1. ''Şaquli diş-çənə anomaliyasında kompleks şəkildə aparılan profilaktika, diaqnostika üsulları və müalicə taktikasına müasir yanaşma'' – Stomatologiya fakültəsinin dosenti Qasımova Ziba.
2. ''Stomatoloji protez və aparatların hazırlanma praktikasında tibbi təmiz termoplastın Azərbayjanda tətbiqinin eksperimental və kliniki əsaslanması'' – Ortopedik stomatologiya kafedrasının dosenti Səfərov Alqış Mayıs oğlu.
Tibb elmləri namizədi elmi adı almaq üçün dissertasiyaların mövzuları:
1. ''Çadırlarda yaşayan məcburi köçkünlərin əsas stomatoloji xəstəliklərinin kliniki-epidemioloji aspektləri və müalicə-profilaktika tədbirlərinin xüsusiyyətləri'' – Stomatoloq Əmirova S.Q. Elmi rəhbər – prof.Paşayev Ç.A.
2. ''Bakı şəhərində uşaq kontinqenti arasında ortodonik tələbatın vəziyyəti və xüsusiyyətləri'' – Stomatoloq Farez İ.M. Elmi rəhbər – prof.Paşayev Ç.A.
Müzakirə olunan işlərin mövzuları müsbət rəylə stomatoloji fakültənin Elmi Şurasında təsdiq olunması üçün qərarlar alındı.

|