Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Stomatologiya üzrə
     Stomatologiya fakultəsinin 2004-cü ildə 4 iclası olub. 2004-cü il ərzində Problem Komissiyasının iclasında 5 namizədlik, 2 doktorluq dissertasiyalarının mövzuları müzakirə olub.
     Bunlardan 08.04.2004-cü il tarixdə keçirilmiş iclasda terapevtik stomatoogiya kaferasının assistenti E.M.Abdullayevanın, 8 saylı stomatoloji poliklinikanın həkimi R.E.Əliyevin, ATU-nun stomatologiya klinkasının həkimi İ.İ.Güləliyevin dissertasiya mövzusunun müzakirəsi olumuşdur.
     Müzakirədə prof.Babayev T.Ə., prof.Yusifov Y., prof. Kərimov E.E., prof. Əhmədov Ə.Ə., dos.Qasımov R.İ. tərəfindən dissertantlara suallar verilib və komissiyanın bütün üzvlərinin iştirakı ilə qərar alınıb.
     30.06.2004-cü il tarixdə keçirilən iclasda cərrahi stomatologiya kafedrasının aspirantı A.A. Yusibova və ortopedik stomatologiya kafedrasının assistenti Ə.Niyazova prof.Ç.A.Paşayev, prof.T.H.Hüseynova, dos.R.K.Qasımov tərəfindən suallar verildi. İddiaçılar suallara ətraflı cavab verəndən sonra Komissiyanın üzvləri mövzuların Elmi Şurada təsdiq edilməsini tövsiyyəsi haqqında qərar verdilər.
     13.10.2004-cü il tarixdə keçən Problem Komissiyasının iclasında ortopedik stomatologiya kafedrasının assistenti A.D.Əliyevin doktorluq dissertasiyasının mövzusu müzakirə olunub.
     Problem Komissiyasının iclası ATU-nun Elmi İşlər üzrə prorektoru prof. R.M. Məmmədhəsənovun iştirakı ilə keçirilmişdir.
     Bu iclasda prof. Ç.A.Paşayev, t.e.d. R.Q.Əliyeva, prof. T.H.Hüseynova, prof.Y.Yusibov iddiaçıya suaallar verib və ətraflı cavabalar aldıqdan sonra dissertasiyanın mövzusunu Elmi Şurada təsdiq olunması tövsiyyə edilib, müsbət rəyli qərar alınıb.
     21.10.2004-cü il tarixdə keçən Problem Komissiyasının iclası ATU-nun Elmi İşlər üzrə prorektoru prof.R.M.Məmmədhəsənovun ihtirakı ilə keçirilib. Bu iclasda terapevtik stomatologiya kafedrasının dosenti R.M.Əhmədbəylinin doktorluq dissertasiyasının mövzusu müzakirə olunub. İddiaçının çıxışından sonra prof.T.H.Hüseynova, t.e.d. Z.İ.Qarayev, prof.E.E.Kərimov, prof.R.M.Məmmədhəsənov, prof.Y.Yusibov, dos.R.K.Qasımov suallar verdilər. Lakin sualların cavabları komissiyanın üzvlərini qane etmədi.
     Professor R.M.Məmmədhəsənov, professor T.H.Hüseynova, professor E.E.Kərimov, professor Y.Yusibov, t.e.d. Z.İ.Qarayev, professor Ç.A.Paşayev, dos.R.K.Qasımov, dos. S.A.Məmmədova çıxış edib öz rəylərini söylədilər. Komissiyanın üzvləri bununla bağlı, bu dissertasiyanın mövzusunu Elmi Şurada müzakirə edilməməsi haqqında qərar verdilər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |