Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Pediatriya üzrə
     Hesabat ilində pediatriya kafedrasında aparılan elmi-tədqiqat işlərinin planı, hesabatı, aspirantların və iddiaçıların dissertasiya mövzularının müzakirəsi, təsdiq olunması ilə məşğul olmuşdur.
     2005-ci ildə Pediatriya Problem Komissiyası 6 namizədlik və 1 doktorluq dissertasiyasının mövzusunu müzakirə edərək pediatriya fakültəsinin elmi şurasında təsdiq olunması üçün tövsiyyə etmişdir.
     Pediatriya Problem Komissiyasının iclasları ATU-nun elmi işlər üzrə prorek-toru prof. Məmmədhəsənov R.M., problem komissiyasının üzvləri prof.Musayev S.N., prof.Əyyubova A.A., prof.Əsgərov V.F., prof.Tağıyev N., prof.Hacıyev Ə., prof.Həsə-nov S. və s. iştirakı ilə keçdiyi iclaslar çox məzmunlu və maraqlı olub. Bu isə elmi-tədqiqat işlərinə başlayan gənclər üçün böyük əhəmiyyət kəsb edir.
     2005-ci hesabat ilində aşağıdakı doktorluq və namizədlik dissertasiyalarının mövzuları müzakirə olunub və təsdiq edilib:
     1.ATU-nun Elmi-tədqiqat mərkəzinin kiçik elmi işçisi t.e.n.Qabulov H.H. təqdim etdiyi doktorluq dissertasiyası (məsləhətçilər – prof.Əyyubova A.A. və prof.Mizernitski İ.L. - Moskva) mövzusu: ''Azərbaycanın müxtəlif coğrafi iqlim zonalarında yaşayan uşaqlarda allergik xəstəliklərin epidemioloji, klinik-funksional və immunoloji xüsusiyyətləri'' müzakirə olunub.;
     2. cəfərova K.A. – uşaq yoluxucu xəstəliklər kafedrasının baş laborantının namizədlik dissertasiyasının mövzusu: ''Kiçik yaşlı uşaqlarda irinli menin gitlərin etiopatogenetik xüsusiyyətləri, ilkin diaqnostik, müalicə və profilaktika prinsipləri'', elmi rəhbər t.e.d., prof.Əsgərov V.F.;
     3. İbrahimova N.Y. – 2 saylı uşaq klinik xəstəxanasının ordinatorunun namizədlik dissertasiyasının mövzusu: ''Xroniki övrənin klinik-patogenetik formalarının xüsusiyyətləri və uşaqlıq dövründə onların terapiyasına yanaşma'' elmi rəhbər t.e.d. Hacıyev K.
     4. İmanov E.Ə. – uşaq xəstəlikləri propedevtikası kafedrasının aspirantının namizədlik dissertasiyasının mövzusu: ''Mitral qapağın prolapsı sindromu olan uşaqlarda miokardın bioelektrik stabilliyinin və sol mədəciyin geometriyasının vəziyyəti'' – elmi rəhbər prof.İsayev İ.
     5. Şəkərova L.A. uşaq yoluxucu xəstəlikləri kafedrasının baş laborantının namizədlik dissertasiyasının mövzusu: ''Современные особенности течения хрониче-ского вирусного гепатита у детей и использование виброакустической терапии в комплексном лечении'', elmi rəhbər – prof.Əsgərov V.F.
     6. Məmmədova V.M. – uşaq yoluxucu xəstəlikləri kafedrasının baş laborantı namizədlik dissertasiyasının mövzusu: ''''Клинико-патогенетическое значение метаболических нарушений при менингококковой инфекции у детей'' elmi rəhbər prof.Əsgərov V.F.
     7. Uşaq yoluxucu xəstəliklər kafedrasının klinik ordinatoru Alışova G.N. namizədlik dissertasiyasının mövzusu: ''Müasir şəraitdə uşaqlarda irinli serptik infeksiyalarının klinik-epidemioloji xüsusiyyətləri və onların profilaktikası'' elmi rəhbər prof. Əsgərov V.F.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |