|
|
|
Elmi Tədqiqat > Problem Komissiyaları > Nevrologiya və psixiatriya üzrə
|
|
2005-ci ildə ATU-nun psixonevrologiya üzrə problem komissiyasının iki iclası keçirilmişdir. İclaslar ATU-nun elmi işlər üzrə prorektoru professor R.M.Məmməd-həsənovun iştirakı ilə keçirilmişdir.
Birinci iclasda nevrologiya və tibbi genetika kafedrasının assistenti S.P.Ələkbə-rovanın ''Анализ течения, факторы риска и прогноз ишемического инсульта'' adlı namizədlik dissertasiyasının mövzusu və elmi planı təsdiq olundu. Həmin iclasda fizioterapiya kafedrasının assistenti U.U.Məmmədovanın ''Применение нативного нафталана в сочетании с магнитным полем у больных с диабетической энцефалопатией'' adlı namizədlik dissertasiyasının mövzusu və elmi planı təsdiq olundu.
İkinci iclasda ATU-nun II nevrologiya və tibbi genetika kafedrasının ''Uşaqlarda perinatal ensefalopatiya fonunda baş verən müxtəlif üzvi xəstəliklər zəminində məktəbəqədər dövrdə müşahidə olunan intellektual defisitin medikamentoz korreksiyasının optimallaşdırılması'' movzulu yeni 5 illik 2006-2010 illər üçün nəzərdə tutulmuş elmi işin mövzusu və planı təsdiq olundu.
Həmçinin ikinci iclasda gələcək il üçün planlaşdırılan elmi işlərin və Azərbaycan Psixiatriya jurnalı növbəti cildinin çapa hazırlığı haqqında müzakirələr aparıldı.
Eyni zamanda sonuncu iclasda psixiatriya və nevrologiya üzrə yerinə yetirilən namizədlik və doktorluq dissertasiyaların gedişatı haqqında məlumatlar dinlənildi.
Professor A.A.Sultanov 2005-ci ilin sentyabrında Misirin Qahirə şəhərində keçirilmiş 13 Ümumdünya Psixiatriya Konqressin haqqında və Azərbaycan Psixiatrların həmin forumda iştirakı haqqında komissiya üzvlərinə məlumatları təqdim etdi.

|
|
|
|
|
|
|
|