Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Nevrologiya və psixiatriya üzrə
     2004 –ci ildə ATU–nun psixonevrologiya üzrə problem komissiyasının iki iclası keçirilmişdir. İclaslar ATU–nun elmi işlər üzrə prorektoru professor R.M.Məmmədhəsənovun iştiraki ilə keçirilmişdir.
      Birinci iclasda psixiatriya kafedrasının dosenti G.Ç.Gəraybəylinin "Homoseksualizmin kliniki sosial-psixoloji və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının mövzusu təkrar təsdiq olundu. Həmçinin həmin iclasda 2 saylı KPX–nın şöbə müdiri t.e.n. F.N.İsmayılovun "Müxtəlif genezli depressiyalar" adlı doktoluq dissertasiyasının mövzusu təsdiq olundu.
     İkinci iclasda ATU–nun psixiatriya kafedrasının "Azərbaycanın müasir sosial–iqtisadi şəraitində psixi və davranış pozuntularının etiopatogenetik, klinik və terapevtik aspektlərinin tədqiqi" adlı yeni 5 illik (2004 –2009) elmi işin mövzusu və planı təsdiq olundu.
     Həmçinin ikinci iclasda gələcək il üçün planlaşdırılan elmi işlərin və Azərbaycan Psixiariya Jurnalı növbəti cildinin çapa hazırladığı haqqında müzakirələr aparıldı.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |