Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Hərbi tibbi problem üzrə
     Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin problem komissiyyası universitet rektorunun 3 fevral 2001-ci il tarixli, 16 saylı əmrinə əsasən yaradılmış və həmin vaxtdan əsasnaməyə müvafiq olaraq tərkibi 15 nəfərdən ibarət olmaqla fəaliyyət göstərməkdədir. Son üç il ərzində problem komisiyyasının iclasları universitet rektorunun 188 saylı 10 sentyabr 2002-ci tarixli yeni əmrinə uyğun olaraq, üzvlərinin sayı 15 nəfər qalmaqla yeni tərkibdə keçirilmişdir.
     Komissiya bu müddətdə fəaliyyətini Azərbaycan Resrublikası Ali məktəblərin problem komissiyalarının və ATU-nun Hərbi Tibb Fakultəsinin hərbi təbabət üzrə problem komissiyasının haqqında əsasnamələrinin, eləcə də, universitet rəhbərliyinin əmr və sərancamlarının tələblərinə uyğun olaraq qurmuşdur. İlin ilk iclasında problem komissiyanın funksional və prosedur məsələlərinə yenidən qayıdılmış və hesabat dövründə iclasların gedişində funksional və prosedur qaydalarına ciddi əməl olunmuşdur. İl ərzində hərbi təbabətin xüsusiyyətləri nəzərə alınmaqla fakültə problem komissiyasının fəaliyyət istiqamətləri gözlənilmişdir. Bu müddətdə iclasların keçirilməsində yetərsay gözlənilmiş, komissiya üzvlərinin fəallığına və sərbəst fikir mübadiləsinə şərait yaradılmışdır. Hesabat dövründə çıxarılan qərarların icrasına və yerinə yetirilməsinə ciddi nəzarət olunmuş, iclasların protokolları müvafiq qaydada tərtib edilmişdir.
     Fakultə problem komissiyanın hesabat ili müddətində 3 iclası keçirilmişdir. İl ərzində keçirilən yığıncaqlarda, fakültənin problem xarakterli məsələləri, o cümlədən dissertasiya işlərinin mövzuları, elmi rəhbər və məsləhətçilərin təsdiqi müzakirə olunmuş, dissertasiya işlərinin yekun hesabat məruzələri dinlənilmiş, hərbi təbabət üzrə dərs vəsaitlərinin və monoqrafiyaların müzakirəsi aparılmış, Fakultə Elmi Şurası qarşısında müvafiq məsələlər barədə vəsadət qaldırılmışdır. İl üçün aktual və problematik məsələlərin müzakirəsinə aidiyyatı üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təbabət üzrə aparıcı mütəxəssisləri, ATU-nun müxtəlif kafedralarının professor və dossentləri dəvət edilmiş, onların rəyi nəzərə alınmışdır. Müasir hərbi təbabətin bəzi problemlərinin ümumi xarakterliyini və aktuallığını nəzərə alınıb, Tiflis Dövlət Tibb Universitetinin rektoru professor A. Teliyanın birgə elmi-tədqiqat işlərinin aparılmasına dair təklifi müsbət qiymətləndirilmişdir.
     Rəhbər sənədlərin tələblərinə müvafiq olaraq, dissertasiya mövzuları müzakirə edilməzdən əvvəl lazimi sənədlər toplanılmış, zərurət olduqda universitetin elmi şübəsindən məsləhətlər alınmış, sənədlərin tərtibində AAK-ın tələbləgri ciddi gözlənilmişdir.
     İl ərzində fakultə problem komissiyasında müzakirə olunan dissertasiya işləri:
     1. T/x pokovnik-leytenantı Rafail Sərxan oğlu Əhmədovun tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Hərbi qulluqçularda donmaların reaktivliyə qədər mərhələsinin kompleks müalicəsi (cərrahiyyə ixtisası-14.00.27)» adlı dissertasiya işinin movzusunun və elmi rəhbərin müzakirəsi və təsdiqi. ( elmi rəhbər ATU-nun I-cərrahi xəstəliklər kafedrasının müdiri, t.e.d., professor Həsən Abbas oğlu Sultanov);
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |