Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Hərbi tibbi problem üzrə
     Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin problem komissiyası universitet rektorunun 3 fevral 2001-ci il tarixli 16 saylı əmrinə əsasən yaradılmış və həmin vaxtdan tərkibi 15 nəfərdən ibarət olmaqla əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərməkdədir. Son iki il ərzində problem komisiyyasının iclasları universitet rektorunun 188 saylı 10 sentyabr 2002-ci tarixi əmrinə uygun olaraq, üzvlərinin sayı 15 nəfər qalmaqla yeni tərkibdə keçirilmişdir.
     Komissiya bu müddətdə fəaliyyətini Azərbaycan Respublikası Ali məktəblərin problem komissiyaları və ATU-nun Hərbi Tibb Fakültəsinin hərbi təbabət üzrə problem komissiyası haqqında əsasnamələrinin, eləcə də, universitet rəhbərliyinin əmr və sərəncamlarının tələblərinə uyğun olaraq qurmuşdur. İlin ilk iclasında komissiyanın funksional və prosedur məsələlərinə yenidən qayıdılmış və hesabat dövründə iclasların gedişində funksional və prosedur qaydalarına ciddi əməl olunmuş, hərbi təbabətin xüsusiyyətləri nəzərə alınaraq fakültə problem komissiyasının fəaliyyət istiqamətləri gözlənilmişdir. İl ərzində iclasların keçirilməsində yetərsay gözlənilmiş, komissiya üzvlərinin fəallıgına və sərbəst fikir mübadiləsinə şərait yaradılmışdır. Hesabat dövründə çıxarılan qərarların icrasına və yerinə yetirilməsinə ciddi nəzarət olunmuş, iclasların protokolları müvafiq qaydada tərtib edilmişdir.
     Fakültə problem komissiyanın hesabat ili müddətində 4 iclası keçirilmişdir. İl ərzində keçirilən yığıncaqlarda, fakültənin problem xarakterli məsələləri, o cümlədən dissertasiya işlərinin mövzuları, elmi rəhbər və məsləhətçilərin təsdiqi müzakirə olunmuş, dissertasiya işlərinin yekun hesabat məruzələri dinlənilmiş, hərbi təbabət üzrə dərs vəsaitlərinin və monoqrafiyaların müzakirəsi aparılmış, Fakülə Elmi Şurası qarşısında müvafiq məsələlər barədə vəsadət qaldırılmışdır. İl üçün aktual və problematik məsələlərin müzakirəsinə aidiyyatı üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təbabət üzrə aparıcı mütəxəssisləri, ATU-nun müxtəlif kafedralarının professor və dossentləri dəvət edilmiş, onların rəyi ilə hesablaşılmışdır. Rəhbər sənədlərin tələblərinə müvafiq olaraq, dissertasiya mövzuları müzakirə edilməzdən əvvəl lazımi sənədlər toplanılmış, zərurət olduqda universitetin elmi şöbəsindən məsləhətlər alınmış, sənədlərin tərtibində AAK-ın tələbləri ciddi gözlənilmişdir.
     İl ərzində fakültə problem komissiyasında müzakirə olunan dissertasiya işləri:
     1. T/x polkovniki Beslan Nurbala oğlu Hüseynovun tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Qarın yatalağının cərrahi ağırlaşmalarının müalicəsinin müasir aspektləri (cərrahiyyə ixtisası-14.00.27)» adlı dissertasiya işinin mövzusunun və elmi rəhbərin müzakirəsi və təsdiqi. ( Elmi rəhbər ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, t.e.d., professor Həsən Abbas oğlu Sultanov);
     2. Mülkü Müdafiə Tibb Xidmətinin təşkili kursunun baş müəllimi Aqil Hidi oğlu Musayevin tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Bağırsaq disbakteriozunun inkişaf mexanizmləri və onların korreksiyasının yeni üsulları (Epidemiologiya ixtisası-14.00.30)» adlı dissertasiya işinin mövzusunun və elmi rəhbərin müzakirəsi və təsdiqi ( ATU-nun Epidemiologiya kafedrasının professoru, t.e.d. M.Z.Niftullayev);
     3. T/x polkovnik-leytenantı Rafail Sərxan oğlu Əhmədovun tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Donmaların reaktivliyəqədərki mərhələsinin kompleks müaliəcəsi (cərrahiyyə ixtisası-14.00.27)» adlı dissertasiya işinin mövzusunun və elmi rəhbərin müzakirəsi və təsdiqi. (Elmi rəhbər - ATU-nun I-cərrahi xəstəliklər kafedrasının müdiri, t.e.d., professor Həsən Abbas oğlu Sultanov).
     İlkin hazırlığı və gedişi haqqında hesabatı dinlənilən tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün iddia olunan elmi işlər və monoqrafiyalar :
     1. ATU-nun Hərbi Tibb Fakültəsinın cərrahiyyə kafedrasının dissertantı, Dövlət Sərhəd Xidməti hərbi hospitalının ordinatoru, tibb xidməti mayoru A.İ.Qafarovun «Hərbi qulluqçularda travmatik heterotopik osteogenezin kompleks müalicə sistemi» mövzusunda namizədlik dissertasiya işinin gedişi və ilkin hazırlığı haqqında hesabatı müzakirə edilib və müsbət rəy verilib;
     2. ATU-nun Hərbi Tibb Fakültəsinın cərrahiyyə kafedrasının rəisi, t.e.n., tibb xidməti polkovniki M.O.Məsimovun «Ətrafların ağır odlu silah travmalarının cərrahiyyəsi» monoqrafiyası müzakirə edilib və çap olunması üçün üniversitet Böyük Elmi Şurası qarşısında vəsadət qaldırılıb.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |