Axtarış:
Elmi Tədqiqat > Problem Komissiyaları > Gigiyena və peşə xəstəlikləri üzrə
      Azərbaycan Tibb Universitetinin «Gigiyena» problem komissiyası universitetin elmi işlər üzrə prorektorluğunun daimi nəzarəti altında fəaliyyət göstərmiş, müzakirə olunan əsas məsələlərə (dissertasiya mövzuları, elmi-metodik materiallar, monoqrafiyalar, planlı elmi mövzular və s.) elmi işlər üzrə prorektor, ə.e.x., prof.R.M.Məmməd-həsənovun rəsmi göstərişilə baxılmışdır.
      2005-ci il ərzində problem komissiyanın 3 iclası keçirilmişdir.
      Problem komissiyanın 1-ci iclası 5 may 2005-ci il tarixdə keçirilmişdir.
      Gündəlikdə müzakirə olunan məsələ, uşaq və yeniyetmələr, əmək gigiyenası kafedrasının aspirantı c.İ.Salixovanın müdafiəyə təqdim etdiyi «Müasir neft-bitum istehsalında əmək şəraitinin gigiyenik qiymətləndirilməsi və işçilərin sağlamlıq vəziyyəti» dissertasiya işinin müzakirəsi.
      Müzakirədə Komissiyanın üzvlərindən prof.Kazımov M.A., dos.Məmmədov A.M., dos.Qurbanov Ə.S. iştirak etdilər. Onlar təqdim olunan dissertasiya işinə aid bir sıra iradlarını bildirdilər.
      Komissiyanın 11 noyabr 2005-ci il tarixdə keçirilmiş ikinji ijlasında müzakirə olunan məsələlər aşağıdakılardan ibarət olmuşdur.
     1. ATU-nun Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının 2006-2010-cu illər üçün yerinə yetirilməsi nəzərdə tutulan «Hipertoniya xəstəliyinin risk amillərinin sosial-gigiyenik qiymətləndirilməsi və onların aktivliyinin azaldılması üçün kompleks preventiv tədbirləri» mövzusundakı elmi-tədqiqat işinin planı.
     2. ATU-nun Uşaq və yeniyetmələr, əmək gigiyenası kafedrasının uşaq və yeniyetmələr bölməsi üzrə 2006-2010-cu illər üçün «Azərbaycanda kimsəsiz uşaqların sağlamlıq göstəricilərinin yaş dinamikası» mövzusunda elmi-tədqiqat işinin planı.
     3. ATU-nun Uşaq və yeniyetmələr, əmək gigiyenası kafedrasının 2006-2010-cu illər üçün (əmək gigiyenası bölməsi) «Neft emalı zamanı müxtəlif tezlikli elektromaqnit sahəsinin və digər istehsalat amillərinin işçi orqanizminə müştərək təsirinin fizioloji-gigiyenik öyrənilməsi» mövzusunda elmi-tədqiqat işinin planı.
     Müzakirələrdə komissiyanın üzvləri tərəfindən çıxış edənlər işlərin aktuallığını qeyd edərək, mövzuların adında və planda bəzi dəyişikliklərin aparılmasını vacib bildilər. Aparılan düzəlişdən sonra müzakirə olunan işlərin tibbi-profilaktika və tibbi-biologiya fakultəsinin Elmi Şurasına təqdim edilməsini tövsiyə etdilər.
     Komissiyanın 17 noyabr tarixində keçirilmiş üçüncü iclasında ATU-nun qidalanma və Kommunal gigiyena kafedrasının 2006-2010-cu illər üçün elmi-tədqiqat işinin planı müzakirə olundu.
     Mövzu – «Müxtəlif əhali qrupları arasında yod defisiti səviyyəsinə duzun universal yodlaşdırılması proqramının effektivliyinin qiymətləndirilməsi».
     Müzakirədə çıxış edən komissiya üzvləri planın təsdiq edilməsi üçün fakultə elmi şurasına təqdim olunmasını tövsiyə etdilər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |