|
|
|
Elmi Tədqiqat > Problem Komissiyaları > Əczaçılıq və kimya üzrə
|
Hesabat dövründə əczaçılıq və kimya üzrə problem komissiyası tərəfindən 2 iclas keçirilib. İclasların hər ikisi universitetin elmi işlər üzrə prorektoru ə.e.x., prof. R.M. Məmmədhəsənovun iştirakı ilə keçirilmişdi. İclaslarda aşağıdakı məsələlər müzakirə edilmişdi:
1-ci iclasda farmakoqnoziya və botanika kafedrasının baş müəllimi ə. e. n. T.A.Süleymanovun doktorluq dissertasiya işinin mövzusunun, iş planının və elmi məsləhətçinin müzakirəsi; həmin kafedranın assistenti S.Ş.Cərullayevanın namizədlik dissertasiya işinin mövzusunun, iş və təqvim planlarının, elmi rəhbərinin müzakirəsi; əczaçılıq kimyası kafedrasının aspirantı F.Y.Əliyevin namizədlik dissertasiya işinin mövzusunun, iş və təqvim planlarının, elmi rəhbərinin müzakirəsi olmuşdur.
Farmakoqnoziya və botanika kafedrasının baş müəllimi Tahir Abbasəli oğlu Süleymanovun doktorluq dissertasiya işi «Azərbaycan florasının tərkibində lipidlər və fenol birləşmələri saxlayan bəzi bitki növlərinin farmakoqnostik tədqiqi və istifadəsi» mövzusuna həsr edilmişdir. İşin qısa məzmunu, işin mövzusu və təqvim-mövzu planları müzakirə edilmiş, bəyənilmiş və əczaçılıq fakültəsinə təsdiq etmək üçün tövsiyyə edilmişdir.
Həmin kafedranın assistenti Səbinə Şahmərdan qızı Cərullayevanın namizədlik dissertasiya işinin mövzusu «Qırmızı ardıcın farmakoqnostik tədqiqi», iş və təqvim planları müzakirə edilmiş, bəyənilmiş və fakültənin elmi şurasına təsdiq edilmək üçün tövsiyyə edilmişdir.
Əczaçılıq kimyası kafedrasının aspirantı Fərid İskəndər oğlu Əliyevin namizədlik dissertasiya işinin «Merkurionların sintezi, onların standartlaşdırılması və əczaçılıq analizində tətbiqi» mövzusu, təqvim və iş planları bəyənilmiş, fakültənin elmi şurasına təsdiq edilmək üçün tövsiyyə edilmişdir.
2-ci iclasda əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasının baş laborantı Ə. E. Məmmədova (Qəhramanlı)-nın namizədlik dissertasiya işinin mövzusu, təqvim və iş planlarının, elmi rəhbərinin müzakirəsi; ümimi və toksikoloji kimya kafedrasının dissertantı E. F. Məmmədovun dissertasiya işinin mövzusunun dəqiqləşdirilməsinin müzakirəsi olmuşdur.
Əfsanə Elman qızı Məmmədova (Qəhrəmanlı)-nın namizədlik dissertasiya işi «Qlisirrizin turşusu əsasında kosmetoloji vasitələrin tədqiqi, texnoloji tədqiqatları və standartlaşdırılması» mövzusuna həsr edilmişdir. Onun işinin mövzusu, iş və təqvim planları bəyənilmiş, fakültənin elmi şurasına təsdiq etmək üçün tövsiyyə edilmişdir.
Elşad Fəxrəddin oğlu Məmmədovun namizədlik dissertasiya işinin mövzusunu bitkinin adı ixtisara salınmaqla qismən dəyişdirib, daha dəqiq «Diosgeninin kimyəvi-toksikoloji tədqiqi» adla verilməsi məsləhət edilmiş və təsdiq edilmək üçün fakültənin elmi şurasına tövsiyyə edilmişdir.
|

|
|
|
|
|
|
|
|