|
Azərbaycan Tibb Universitetinin epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyası hesabat ilində 8 nəfərdən ibarət tərkibdə işləmişdir, o cümlədən: sədr- tibb elmləri doktoru, prof.İ.Ə.Ağayev (epidemiologiya kafedrasının müdiri), katib- biologiya elmləri namizədi, assistent S.R.Vəzirova (epidemiolo-giya kafedrası), üzvlər- tibb elmləri doktoru, prof. M.Z.Niftullayev (epidemiologiya kafedrası), tibb elmləri doktoru, prof.Z.Ö.Qarayev (mikrobiologiya kafedrasının müdiri), tibb elmləri doktoru prof. Ə.S.Səmədov (mikrobiologiya kafedrası), tibb elmləri doktoru, prof. E.M.Ağayeva (mikrobiologiya kafedrası), tibb elmləri namizədi, dos. Ə.H.Vəliyev (yoluxucu xəstəliklər kafedrası), tibb elmləri namizədi, dos. M.M.Muxtarov (yoluxucu xəstəliklər kafedrası).
Problem komissiyasının işi tərtib olunmuş plana uyğun surətdə həyata keçirilmiş və aşağıdakı sahələri əhatə etmişdir:
- doktorluq və namizədlik dissertasiyaları mövzularının müzakirəsi və təsdiqi;
- epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə dissertantların və aspirantların illik hesabatlarının müzakirəsi;
- kafedraların elmi- tədqiqat işlərinin müzakirəsi və təsdiqi;
- elmi- tədqiqat işlərinin nəticələrinin müzakirəsi.
Hesabat ilində problem komissiyasının işinin əsas bölməsi Azərbaycan Tibb Universitetinin profil kafedralarında yerinə yetirilən doktorluq və namizədlik dissertasiyaları mövzularının və planların müzakirəsi olmuşdur.
Müzakirə edilmiş dissertasiya planları epidemiologiya və mikrobiologiya kafedralarına təqdim olunmuşdur. Həmin planlar aşağıdakılardır:
1. «Azərbaycanda iersiniozların mikrobioloji və kliniki-epidemioloji təzahürünün xüsusiyyətləri» mövzusunda doktorluq dissertasiyasının planı. İcraçı-ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının doktorantı, t.e.n. R.Ə.Əhmədova. Elmi məsləhətçi-prof. M.S.Qasımov, prof. Z.Ö.Qarayev.
2. «Azərbaycanda helmintozların müasir gedişinin epidemioloji və klinik-mik-robioloji xüsusiyyətləri» mövzusunda doktorluq dissertasiyasının planı. İcra-çı-ATU-nun epidemiologiya kafedrasının dosenti X.N.Xələfli. Elmi məslə-hətçi - prof.İ.Ə.Ağayev.
3. «Bakterial endotoksinlərin infeksion və immun proseslərə təsiri» mikrobiologiya və immunologiya mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı–ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının aspirantı S.F.Əliyeva. Elmi rəhbər-prof. Z.Ö.Qarayev.
4. «Azərbaycanda İİV-infeksiyanın klinik-epidemioloji xüsusiyyətləri və bu infeksiya üzərində epidemioloji nəzarətin təşkilinin elmi əsasları» mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı-ATU-nun epidemiologiya kafedrasının dissertantı G.Ə.Emamyari. Elmi rəhbər-prof. İ.Ə.Ağayev.
5. «Ahıl yaşlı B və c hepatitli xəstələrdə sitokinlər» mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı-ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının dissertantı M.Ü.Nəcəfizadə. Elmi rəhbər-prof. Z.Ö.Qarayev.
6. «Amilolitik fermentlərin aktiv prodüsentlərinin tətqiqi və onların sintezinin biotexnoloji əsasları» mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı-ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının baş laborantı Y.A.Baxışova. Elmi rəhbər-b.e.d., prof. E.M.Ağayeva. Elmi məsləhətçi–P.Z.Muradov.
Təqdim olunmuş dissertasiya işlərinin müzakirəsi zamanı onların aktuallığı, elmi- təcrübi əhəmiyyəti, mövzuların vaxtında yerinə yetirilməsi üçün kafedralarda lazımi şəraitin olması qeyd olunmuş və təsdiq olunmaları məsləhət görülmüşdür.
Mövzuların hamısı iddiaçıların dissertantı olduqları kafedraların elmi- tədqiqat işləri planlarına daxildir. Bu işlər epidemiologiyanın, mikrobiologiyanın, aktual problemlərinə həsr olunmuşdur.
Hesabat ilində epidemiologiya kafedrasının 2005-2010-cu illər üçün «Azərbaycanda bağırsaq infeksiyaları və invaziyalarının epidemiologiyasının, ekologiyasının və nozocoğrafiyasının xüsusiyyətləri» mövzusunda beşillik elmi- tədqiqat işinin yerinə yetirilməsi müzakirə edilmişdir.
Problem komissiyasının iclaslarında, yerinə yetirilmiş elmi- tədqiqat işlərinin nəticələrinin təcrübəyə tətbiqinin müzakirəsinə də geniş yer verilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində səhiyyənin praktik orqanlarında istifadə edilmək üçün metodik tövsiyələr işlənib hazırlanmış və nəşr edilmişdir.

|