|
|
|
Elmi Tədqiqat > Problem Komissiyaları > Epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə
|
Azərbaycan Tibb Universitetinin epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə problem komissiyası hesabat ilində 8 nəfərdən ibarət tərkibdə işləmişdir, o cümlədən sədr: - tibb elmləri doktoru, prof. İ.Ə.Ağayev (epidemiologiya kafedrasının müdiri), katib – biologiya elmləri namizədi, assistent S.R.Vəzirova (epidemiologiya kafedrası), üzvləri: akademik N.N.Əliyev (yoluxucu xəstəliklər kafedrasının müdiri), tibb elmləri doktoru, professor Z.Ö.Qarayev (mikrobiologiya kafedrasının müdiri), tibb elmləri doktoru, professor M.Z.Niftullayev (epidemiologiya kafedrası), tibb elmləri doktoru, professor Ə.S.Səmədov (mikrobiologiya kafedrası), tibb elmləri namizədi, dosent M.M.Muxtarov (yoluxucu xəstəliklər kafedrası), dos.Ə.H.Vəliyev (yoluxucu xəstəliklər kafedrası).
Problem komissiyasının işi tərtib olunmuş plana uyğun şəraitdə həyata keçirilmiş və aşağıdakı sahələri əhatə etmişdir:
- doktorluq və namizədlik dissertasiyaları mövzularının müzakirəsi və təsdiqi;
- epidemiologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə dissertasiyaların və aspiranturaların illik hesabatının müzakirəsi;
- kafedranın elmi-tədqiqat işlərinin müzakirəsi və təsdiqi;
- elmi - tədqiqat işlərinin nəticələrinin müzakirəsi:
Hesabat ilində problem komissiyasının işinin əsas bölməsi Azərbaycan Tibb Universitetinin profil kafedralarda yerinə yetirilən doktorluq və namizədlik dissertasiyaları mövzularının və planlarının müzəkirələri olmuşdur.
Müzakirə olunmuş dissertasiya planları epidemiologiya, mikrobiologiya kafedrasından təqdim olunmuşdur. Həmin planlar aşağıdakılardır:
1. "Heliobakteriozun etiopateqenezi, mikrobioloji diaqnostikası, müalicə və profilaktika prinsipləri" mikrobiologiya mövzusunda doktorluq dissertasiyasının planı. İcraçı - ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının dosenti Əliyev Mehman Həbib oğlu.
Elmi məsləhətçilər – prof. Z.Ö.Qarayev, prof. Ə A Hidayətov.
2. "Qadınlarda cinsiyyət üzvlərinin qarışıq virus infeksiyalarının ultrasəs semiotikasının epidemioloji cəhətdən qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı – ATU-nun epidemiologiya kafedrasının dissertantı Orucova Fəridə Hüseyn qızı. Elmi rəhbərlər: professor İ.Ə.Ağayev və H.F.Bağırova.
3. "Ayaqlarda milkoozların etiopatogenetik xarakteristikası və terapiyası" mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının dissertantı N.A.Abdullayeva. Elmi rəhbərlər: prof.Z.Ö.Qarayev və prof.C.S.Ağakişiyev.
4. "Qida məhsulları kontaminantları – mikrotoksinlərin və onların prodüsentləri olan göbələklərin ekoloji və mikrobioloji xarakteristikası" mövzusunda doktorluq dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının dissertantı Seyidova Gülər Mir Cəfər qızı. Elmi məsləhətçi: prof. Z.Ö.Qarayev.
5. "Müxtəlif mənbələrdən alınmış aktinomisetlər və onların xəstəlik törədən formalarının mikrobioloji xarakteristikası" mövzusunda doktorluq dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının assistenti Ağayeva Nigar Ağabala qızı. Elmi məsləhətçilər: prof.Z.Ö.Qarayev, prof. H.S.Qasımova.
6. "Heliobakteriozun mikrobioloji və seroloji diaqnostikası" mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının baş laborantı Əliyeva Həyat Mobil qızı. Elmi rəhbər Ə.S.Səmədov.
7. "Limfoplastik leykemiyalı xəstə uşaqlarda sistemik kandidoz" mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının dissertantı Cavadov Samir Sabir oğlu. Elmi rəhbərlər: prof. Z.Ö.Qarayev və t.e.d. T.S.Dadaşova.
8. "Baldırın və pəncənin odlu silah travmalarının etiopatogenetik müalicəsi prosesində yaraların mikrobioloji xarakteristikası" mövzusunda namizədlik dissertasiyasının planı. İcraçı – ATU-nun mikrobiologiya, virusologiya və immunologiya kafedrasının baş laborantı R.B.Bayramova. Elmi rəhbər: prof.Z.Ö.Qarayev və t.e.n., tibb xidməti polkovniki M.O.Məsimov elmi məsləhətçi tövsiyə olunsun.
Təqdim olunmuş dissertasiya işlərinin müzakirəsi zamanı onların aktuallığı, elmi - təcrübə əhəmiyyəti, mövzuların vaxtında yerinə yetirilməsi üçün kafedralarda lazımi şəraitin olması qeyd olunmuş və təsdiq olunmaları məsləhət görülmüşdür.
Mövzuların hamısı iddiaçıların dissertantları olduqları kafedraların elmi-tədqiqat işləri planlarına daxildir. Bu işlər epidemiologiyanın, mikrobiologiyanın aktual problemlərinə həsr olunmuşdur.
Hesabat ilində epidemiologiya kafedrasının 2001 – 2005-ci illər üçün Azərbaycan Respublika bağırsaq və qan infeksiyaları və invaziyalarının epidemiologiyası, ekologiyası, onlar üzərirində nəzarət sisteminin təkmilləşməsi və bu xəstəliklərin proqnozlaşdırılması mövzusunda beş illik elmi–tədqiqat işinin yerinə yetirilməsi müzakirə edilmişdir.
Problem komissiyasının iclaslarında, yerinə yetirilmiş elmi–tədqiqat işlərinin nəticələrinin təcrübəyə tədbiqinin müzakirəsinə də geniş yer verilmişdir.
Aparılan tədqiqatlar nəticəsində səhiyyənin praktik orqanlarında istifadə edilmək üçün metodik tövsiyyələr işlənib hazırlanmış və nəşr edilmişdir.
|

|
|
|
|
|
|
|
|