Axtarış:
Elmi Tədqiqat > Gənc Alimlər şurası
     2004-2005-ci tədris ilində Universitet gənc alimlər şurası öz işini plana uyğun şəkildə aparmışdır. İlin axırında yekun elmi konfrans keçirilmişdir. 44 kafedranın gənc alimləri yerinə yetirdikləri elmi-tədqiqat işlərini məruzə şəklində konfransda çıxış etmişdilər. Onların içərisindən yaxşıları seçilmiş, mükafatlandırılmışdır. Konfransın axırında yeni Şura üzvləri və sədr seçilmuşdir. Sədr I cərrahi xəstəliklər kafedrasının assistenti, t.e.n. E.A.Əliyev, müavin isə həmin kafedranın aspirantı, E.N.Əzimov olmuşdur. Sədr və müavindən başqa müxtəlif kafedralardan 11 nəfər gənc alim şurasının üzvləri kimi yeni tərkibdə fəaliyyətə başlamışdır.
     Gənc Alimlər Şurasının işini aparmaq üçün aşağıdakı komissiyalar təşkil olunmuşdur.

     1. Cərrahlıq
     2. Terapiya.
     3. Pediatriya
     4. Stomatologiya
     5. Əczaçılıq
     6. Tibbi profilaktika
     7. Nəzəri təbabət və morfologiya
     8. Humanitar.

     Hər ay Şuranın iclası keçirilmiş, nəzərdə tutulan məsələlər müzakirə edilmişdir. Birinci iclasda sədr, müavin və şuranın iş planı təsdiq olunmişdir, İl boyu yeni müxtəlif kafedralardan Şuraya yeni üzvlər qəbul edilmişdir. Gənc alimlərin kafedralarda elmi-tədqiqat işlərini aparmaqda onlara köməklik göstərilmişdir.
     Universitetimizin gənc alimləri öz elmi işlərini uğurla aparmış, respublikamızda və ondan kənarda keçirilən elmi konfransda çıxış etmiş, bir sıra diplom və mükafatlara layiq görülmüşlər.
     Gənc alimlər şurası digər tibb ocaqları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işlərinin aparılmasında yaxından iştirak etmişdir. Bəzi gənc alimlərimiz elmi işlərini xarici ölkələrdə yerinə yetirmək üçün orada işləməyə getmişlər.
     Hal-hazırda universitet gənc alimləri müxtəlif kafedralarda təbabətin aktual sahələri üzrə elmi işlərini davam etdirirlər.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |