|
|
|
Elmi Tədqiqat > Gənc Alimlər şurası
|
Gənc Alimlər Şurası öz işini plana uyğun olaraq 2003-2004-cü tədris ilində davam etdirmişdir. Hər il olduğu kimi bu il də yekun elmi konfrans keçirilmiş, görülən işlər müzakirə edilmişdir. 40-a yaxın kafedranın gənc alimləri apardıqları öz elmi işlərini konfransda məruzə etdilər. Ən yaxşı elmi-tədqiqat işləri seçilmiş və mükafatlandırılmışdır. Konfransın axırında yeni tərkib təsdiq olunmuş, I cərrahi xəstəliklər kafedrasının assistenti t.e.n. E.A.Əliyev sədr, həmin kafedranın aspirantı, E.N.Əzimov isə müavin seçildi. 11 nəfərdən ibarət tərkib öz işlərinə başladılar.
Gənc Alimlər Şurasının işi müvafiq olaraq aşağıdakı komissiyalar üzrə aparılmışdır.
1. Cərrahlıq
2. Terapiya
3. Pediatriya
4. Stomatologiya
5. Əczaçılıq
6. Tibbi profilaktika
7. Nəzəri təbabət və morfologiya
8. Humanitar.
Şuranın işi plan əsasında aparılmışdır. Hər ay iclas keçirilmiş, cari məsələlər müzakirə edilmişdir. İlk iclasda sədr, müavini və iş planı təsdiqlənmişdir, GAŞ-a yeni üzvlər qəbul edilmişdir. Onların elmi-tədqiqat işləri aparmalarına köməklik edilmişdir.
Şura üzvləri təbabətin müxtəlif sahələri üzrə öz tədqiqat işlərini il boyu aparmış, respublikamızda və ondan kənarda elmi yığıncaqlarda uğurla çıxış etmişlər, bir sıra diplom və mükafatlar qazanmışlar.
Universitetin GAŞ öz əlaqələrini daim artırmağa çalışmışdır. İşlər respublika, isrərsə də bir çox xarici ölkə tibb ocaqları ilə əlaqə saxlamış, bircə elmi-tədqiqat işləri aparılmışdır. Gənc alimlərimizdən bəziləri öz elmi işlərini yerinə yetirmək üçün xarici ölkələrdə işləmişlər.
Hal-hazırda universitet gənc alimləri müxtəlif kafedralarda təbabətin aktual sahələri üzrə elmi işlərini davam etdirirlər.
|

|
|
|
|
|
|
|
|